Günbəgün gözəlləşən, tarixin canlı salnaməsinə çevrilən ulu diyarımızı müstəqillik illərindən əvvəlki vaxtı ilə müqayisə edəndə sanki bir möcüzə ilə qarşılaşırsan.

Ulu Öndər siyasətinə sədaqət, xalqa, millətə məhəbbət Naxçıvanı başdan-başa dəyişib. Hüsnünə insan əllərinin qüdrətindən naxışlar vurulub. İnsan zəkası və dövlət qayğısı ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının Babək rayonu da digər rayonlarımız kimi inkişaf edir, böyüyür, abadlaşır.

1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi.

Sevindirici haldır ki, Ulu Öndərimizin qayğısı ilə yaradılan Babək rayonunda aparılan abadlıq, yenidənqurma, tikinti-quruculuq işləri rayonun simasını tamamilə dəyişmişdir. Bunu rayona yolu düşən hər kəs təsdiq edə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Bu gün ölkəmizin bütün guşələrində Heydər Əliyevin nişanələri, yadigarları vardır. Onlardan biri də xalqımızın böyük oğlunun himayəsi ilə təşkil olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonudur”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Babək rayonunun təşkil olunmasının 40 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 16 fevral 2018-ci il tarixdə rayonun 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam rayonun gəncləri tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi vaxtilə demişdir: “Hər bir yerin qəzeti gərək o yerin ayinəsi olsun”. Rayonda fəaliyyət göstərən “Şərqin şəhəri” qəzeti də öz funksiyasını lazımi şəkildə yerinə yetirir.

Muxtar Rzazadə, “Şərqin səhəri” qəzetinin baş redaktoru:

- Ötən əsrin 70-ci illərində-yəni sovet imperiyasının mövcud olduğu bir vaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü  ilə yeni bir rayonun təşkil edilməsi dahi şəxsiyyətin mətanətini, iradəsini ortaya qoyurdu. Ömrünün gənclik illərini Ərəb xilafətinə qarşı döyüşə həsr etmiş, ərəb xilafətinin 6 böyük ordusunu məhv etmiş bir sərkərdənin adını əbədiləşdirmək məhz ulu öndər Heydər Əliyevə nəsib olmuşdur. Ötən 40 il ərzində Babək rayonu böyük bir inkişaf yolu keçib. Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan bu rayon bu gün hərtərəfli inkişafı ilə diqqəti cəlb edir. Bu inkişaf prosesi müstəqillik illəri ilə bağlıdır. Bu gün baxsaq görərik ki, Babək rayonunda abadlaşmayan çox az sayda kənd qalıb.

“Şərqin səhəri” qəzeti olaraq üzərimizə düşən ən mühüm vəzifələrdən biri budur ki, rayonun inkişaf salnaməsini yaradaraq gələcək nəsillərə ötürək. Bu bizim qarşımızda duran ən böyük vəzifələrdən biridir. Bu gün muxrar respublikamızda mətbuat orqanları dövlətimizin qayğısı ilə əhatə olunub, bu bir reallıqdır. Çünki cəmiyyətdə mətbuatın rolu hər zaman üstün tutulub. Tarixi şəxsiyyətlərimizdən olan Səməd bəy Mehmandarovun belə bir sözü var: - mətbuatı bağlamaqdansa, parlamenti bağlamaq lazımdır. Yəni cəmiyyətdə mətbuatın rolu parlamentin rolundan yüksəkdir. Təbii ki, bu sözlər 1918-20-ci illərdə deyilib. Amma ümumilikdə götürsək mətbuatın rolu çox böyükdür. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək, jurnalistlər bu günün salnaməçiləridirlər. Yəni bugünkü yazılan inkişaf tarixini olduğu kimi gələcək nəsillərə ötürmək lazımdır. Bu mənada rayonun mətbuat orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Bugünkü inkişaf, tərəqqi, yenilik, müasirlik öz əksini olduğu kimi qəzet səhifələrində tapmalıdır. Bu il rayonda abadlıq-quruculuq işləri geniş vüsət alacaq. Görülən tədbirlərin davamı olaraq rayonun düşmənlə üzbəüz yerləşən sərhəd məntəqələri olan Yuxarı Buzqov və Aşağı Buzqov kəndlərində kompleks quruculuq işlərinin aparılması nəzərdə tutulub. Bu, bölgə sakinlərinə göstərilən qayğının davamıdır.  Bundan əlavə, Babək qəsəbəsindəki məscidin bərpası nəzərdə tutulub. “İmamzadə” türbəsində bərpa işlərinin aparılması da diqqətdə saxlanılıb. Bu işlər həm də 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olmasına bir töhfədir. Naxçıvana üz tutan turistlər Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin gözəlliyinə şahid olacaqlar. Onlar Naxçıvandakı İslam Mədəniyyəti abidələrinin  necə hifz olunduğunu, necə sahib çıxıldığını görəcəklər. Təbii ki, bunların əsasında müstəqillik illərinin uğurları dayanır.  

Arzu Qasımov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru:

-Azərbaycanın beş min illik tarixə malik olan qədim şəhəri olan Naxçıvan “Gənclər Paytaxtı”na ev sahibliyi edir. Bu təsadüfi deyil. Gözlənilən hal idi. Ona görə ki, muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər üçün hər cür şərait yaradılır. Biz gənclər yaradılan şəraitdən elə istifadə etməliyik ki, Vətənimiz, millətimiz, dövlətimiz üçün daha uğurlu fəaliyyət göstərmiş olaq. Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Muzey rayonda ən çox üz tutulan mərkəzlərdən birinə çevrilmişdir. Muzeydə rayonun tarixi, mədəniyyəti qorunub yaşadılır və gələcək nəsillərə təbliğ olunur. Muzey əməkdaşları əhalinin artan mənəvi tələbatını dolğun şəkildə ödəmək üçün hər cür imkanlardan istifadə edir. Muzeyin əsas siması isə bələdçidir. Bələdçi muzey haqqında məlumatları gələn qonaqlara çatdırmalıdır. Ona görə də biz bələdçilərin geniş dünyagörüşünə malik olmasını, onların Azərbaycan və dünyanın qabaqcıl muzeylərində gedən iş prinsiplərini öyrənməsini tələb edirik. Muzeyə ekskursiyaya  gələnlər daha çoxdur. Biz onların suallarını dolğun cavablandırırıq.

Bu gün muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı Babək rayonunda da uğurla həyata keçirilir.

Aytəkin Babayeva, müəllimə:

-Tarixən hər  bir xalq  öz gələcəyini  gənclərlə  bağlamışdır. Hər bir    ölkənin həyatında  gənclərin rolu  böyükdür. Gənclər ölkənin  iqtisadi, mədəni sahəsində  əllərindən gələni  edirlər və MR-də  də bu, belədir. Gənclər bir sıra sahələrdə fəallıq göstərirlər.

Azərbaycan Respublikasında  gənclər siyasətinin  əsası ulu  öndər  Heydər Əliyev tərəfindən qoyulmuşdur. O,  həmişə gənclərə önəm vermiş,  ümid bəsləmişdir. Dəfələrlə qeyd etmişdir ki,  Azərbaycanın gələcəyi məhz gənclərin  əlindədir. Əsası Ulu Öndər tərəfindən  qoyulan  gənclər siyasəti bu gün də Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.  Onun yüksək  diqqət və qayğısı  nəticəsində  Azərbaycan  gəncləri  fəallıq  nümayiş  etdirirlər.

Tusi Həsənli, müəllim:

-Ümummilli liderimiz Heydər Əliyev hələ o zaman başa düşürdü ki, bu rayonun yaradılması çox vacibdir və bilirdi ki, özülü çürük olan imperiya dağılacaq və müstəqil Azərbaycan dövləti yaranacaq. Azərbaycan xalqının mənəvi dəyərlərinə qayıtması üçün məhz Azərbaycanın qəhrəman oğlu Babəkin adını bu rayona verdi. Rayon Babək qəhrəmanlığını, Babək şücaətini özündə göstərdi. Daim Ümummilli Liderin ənənələrinə sadiq qaldı.

Mən bir təhsil işçisi olaraq qeyd edə bilərəm ki, bu gün biz gənclərə məktəblərdə gözəl şərait yaradılıb. Bu şərait inkişaf etmiş dövlətlərdə belə yoxdur. Naxçıvan MR-in ərazisində gənclərin potensial imkanlarının üzə çıxarılması üçün hər cür şərait yaradılmışdır. Bu da bizim gələcəyimizin etibarlı əllərdə olduğunu göstərir. Biz gənclərin üzərinə düşən vəzifə milli dəyərlərimizə bağlılığı nümayiş etdirməkdən ibarətdir. Milli dəyərlərə bağlılıq bizim ilk öncə soykökümüzdən irəli gəlir. Ümummilli lider  Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.

Azərbaycanın daim çiçəklənməsi, bayrağımızın yüksək zirvələrdə dalğalanması, ordumuzun zəfər çalması üçün əlimizdən gələn bütün fürsətdən yararlanmalı və dəyərləndirməliyik. Biz şagirdlərimizi elə yetişdirməliyik ki, millətə, Vətənə daim xeyirli və sədaqətli övladlar olsunlar.                      

Natiq Məhəmmədli, həkim-oftalmoloq:

-Naxçıvan şəhəri “Gənclər Paytaxtı” seçilib. Həqiqətən də gənclərə göstərilən qayğı təqdirəlayiqdir. Bir ildən artıqdır ki, Babək rayonunda işləyirəm. Pasiyentlərə öz köməyimi göstərməyə çalışıram. Əsas müraciətlər gözlərin zəifləməsi ilə bağlıdır. Bunun da əsas səbəbi kompyuter, texnologiyanın inkişafından kor-koranə istifadə ilə bağlıdır.  Qoruyucu eynəklərdən istifadə etmədikdə gözlərin zəifləməsi halları müşahidə olunur. Bu kimi xəstəliklərin  qarşısının alınması üçün Naxçıvanda mühüm tədbirlər görülür. Qonşu ölkələrdə təcrübə mübadiləsində olmağımız işimizə xeyir verir. Bundan mən də yararlanmışam. Ötən il Türkiyənin Ərzincan şəhərində təcrübədə oldum. Bəhrəsi çoxdur. Çalışıram öyrəndiklərimi xəstələrimə tətbiq edim, onların sağlamlıqlarına  qovuşmasına yardımçı olum.

Elnur Abbasov, YAP Babək rayon gənclər təşkilatının sədri

- Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı xarakter daşıması, dövlətçiliyin və müstəqilliyin qorunması Yeni Azərbaycan Partiyasının platformasının təməl prinsipidir. Ötən dövr ərzində Ümummilli Liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü rayonda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edir. Babək rayonu böyüyüb inkişaf etdikcə YAP Babək rayonu təşkilatı da böyüyərək, təşkilatlanaraq öz sıralarını genişləndirir. Hazırda təşkilatın 6748 nəfər üzvü vardır ki, onlardan da 2292 nəfərini gənclər təşkil edir. Təsadüfi deyil ki, rayonun idarə, müəssisə və təşkilatlarında çalışanların əksəriyyətini gənclər təşkil edir. Rayon gəncləri istər MR, istərsə də ölkədə baş verən yeniliklərin  şahidi olur, inkişafdan geri qalmırlar. Dövlətin gənclərə göstərdiyi qayğıya əməli işimizlə cavab verməyə çalışırıq.   

Aytəkin Süleymanova, Gənclər və idman idarəsinin əməkdaşı:

- İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu mühüm amil nəzərə alınaraq rayonda idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Rayon gəncləri göz oxşayan Olimpiya İdman Komplekslərində idmanla məşğul olur, MR və ölkə səviyyəli turnirlərdə iştirak edir, yüksək nailiyyətlər qazanırlar. Ölkəmizdə gənclərlə işin düzgün təşkili onların uğurlar qazanmasına səbəb olur.

Bəli, bu gün bütün sahələrdə uğurlar əldə edən babəkli gənclər muxtar respublikanın da inkişafında fəallıq göstərirlər. Bu ondan irəli gəlir ki, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı onlarda ruh yüksəkliyi yaradır, inamla addımlamağa, sabaha nikbin ruhla baxmağa vadar edir.

Adilə Səfərova,

Naxçıvan Televiziyasının baş redaktoru

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bu dəfəki Yay məktəbi gələcəyin tibb işçiləri üçün təşkil olunub

21-08-2018-17-17 Xəbərlər

Bu dəfəki Yay məktəbi gələcəyin tibb işçiləri üçün təşkil olunub

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Tibb Kollecinin fəal tələbələrinin iştirak...

Naxçıvanda yeni xidmət rəisi təyin edildi

21-08-2018-17-03 Rəsmi

 Naxçıvanda yeni xidmət rəisi təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 21-də Ə...

Ukrayna yeni aviasiya raketini sınaqdan keçirib

21-08-2018-16-44 Xəbərlər

 Ukrayna yeni aviasiya raketini sınaqdan keçirib

Ukrayna yeni istehsal etdiyi “Oskol” 80 millimetrlik kalibrli aviasiya raketini ...

Şahtaxtı məktəbində təmir işləri başa çatıb

21-08-2018-16-27 Xəbərlər

Şahtaxtı məktəbində təmir işləri başa çatıb

NUHÇIXAN xəbər verir ki, Kəngərlinin bir sıra müəssisələrində payız-qış aylarınd...

Həkim-məsləhət komissiyalarının fəaliyyəti müzakirə olunub

21-08-2018-16-11 Xəbərlər

Həkim-məsləhət komissiyalarının fəaliyyəti müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində bu ilin 7 ayı ərzində həkim-mə...

Yaponiyada şagirdlərin təhsili üçün süni intellektli robotlardan istifadə ediləcək

21-08-2018-15-58 Xəbərlər

Yaponiyada şagirdlərin təhsili üçün süni intellektli robotlardan istifadə ediləcək

Yaponiya hökuməti məktəblərdə uşaqların ingilis dilinə yiyələnmək bacarıqlarının...

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

21-08-2018-15-46 Xəbərlər

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsi...

Daxili işlər orqanlarında orta və böyük rəis heyəti üzrə vəzifələrin tutulması üçün test imtahanı keçirilir

21-08-2018-15-33 Xəbərlər

Daxili işlər orqanlarında orta və böyük rəis heyəti üzrə vəzifələrin tutulması üçün test imtahanı keçirilir

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis hey...

Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib

21-08-2018-15-13 Xəbərlər

Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğul...

Rusiyanın polis robotları bu ölkələrdə xidmət göstərə bilər

21-08-2018-14-59 Xəbərlər

Rusiyanın polis robotları bu ölkələrdə xidmət göstərə bilər

Rusiyanın “Promobot” robot istehsalçısı şirkəti 2019-2020-ci illərdə Özbəkistana...

Təzyiqi normallaşdırmaq üçün qidalanmada bu 4 dəyişiklik edin

21-08-2018-14-46 Xəbərlər

Təzyiqi normallaşdırmaq üçün qidalanmada bu 4 dəyişiklik edin

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış sağlamlıq problemidir.

Sözün sayəsində dünyanı dolaşdım

21-08-2018-14-16 Xəbərlər

Sözün sayəsində dünyanı dolaşdım

Əməkdar jurnalist Flora Xəlilzadənin 65 yaşı tamam olur

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qohumu beynəlxalq axtarışa verilib

21-08-2018-14-00 Xəbərlər

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qohumu beynəlxalq axtarışa verilib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmisi oğlu Narek Sarkisyan beynəl...

Naxçıvanda sabaha olan hava proqnozu

21-08-2018-13-43 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanı...

Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək

21-08-2018-13-22 Xəbərlər

Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək

Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan türkdilli xalqları...

Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

21-08-2018-12-44 Xəbərlər

Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

ABŞ-ın “Lockheed Martin” hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün y...

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

21-08-2018-12-20 Xəbərlər

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolle...

“Antik ədəbiyyat və biz” kitabı çapdan çıxıb

21-08-2018-12-05 Xəbərlər

“Antik ədəbiyyat və biz” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası”...

Məhərrəm ayının başlama vaxtı açıqlanıb

21-08-2018-11-52 Xəbərlər

Məhərrəm ayının başlama vaxtı açıqlanıb

“Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra i...

Türkiyəli rejissorun filmi Oskar mükafatına namizəd seçilib

21-08-2018-11-39 Xəbərlər

Türkiyəli rejissorun filmi Oskar mükafatına namizəd seçilib

Türkiyəli rejissor Nuri Bilgə Ceylanın ekranlaşdırdığı “Ahlat Ağacı” filmi 91-ci...

Naxçıvanda 24 məzun orta məktəbi medalla bitirib - FOTOLAR

21-08-2018-11-20 Xəbərlər

Naxçıvanda 24 məzun orta məktəbi medalla bitirib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərini xüsusi ...

Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb

21-08-2018-11-02 Xəbərlər

Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurba...

Dünyada ən davamlı material hazırlanıb

21-08-2018-10-44 Xəbərlər

Dünyada ən davamlı material hazırlanıb

ABŞ-ın Sandia Milli Laboratoriyasında işləyən alimlər qrupu dünyada ən davamlı m...

Naxçıvandakı qədim yaşayış yerləri Cənubi Qafqaz arxeologiyasının açarıdır - FOTOLAR

21-08-2018-10-30 Xəbərlər

Naxçıvandakı qədim yaşayış yerləri Cənubi Qafqaz arxeologiyasının açarıdır - FOTOLAR

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tarix və mədə...

Neftin qiyməti bahalaşır

21-08-2018-10-17 Xəbərlər

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb

21-08-2018-10-04 Xəbərlər

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa ç...

Ötən günün mənzərəsi

21-08-2018-09-51 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Qaraciyər sağlamlığını qorumağın yolları

21-08-2018-09-37 Xəbərlər

Qaraciyər sağlamlığını qorumağın yolları

Qaraciyərin fəaliyyətinə, eyni zamanda, bir sıra xəstəliklərin və piylənmənin qa...

Avqustun 21-də xarici valyutaların manata qarşı məzənnələri

21-08-2018-09-25 Xəbərlər

Avqustun 21-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 21 avqust tarixindən etibarən valyuta məzənnələrini açı...

UEFA ən yaxşı oyunçuların siyahısını açıqlayıb

21-08-2018-09-12 Xəbərlər

UEFA ən yaxşı oyunçuların siyahısını açıqlayıb

UEFA 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçularının siyahısını açıqlayıb.