Naxçıvanın müqəddəs ocaqları: İmamzadələr

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib.

Sərəncamda deyilir: “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır”.

Respublikamızın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsinə verdiyi əsaslı töhfələrdən biridir.

Naxçıvan Muxtar Respublikasında da dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Tarixi abidələr, dini ziyarətgahlar bərpa olunur, məscidlər tikilir. Hazırda muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Keçirilən dini ayinlər, dini bayramlar milli və mənəvi dəyərlərimizə, İslam ənənələrinə uyğun olaraq təşkil olunur. Müqəddəs “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarasının burada olması, həmçinin imamzadələr, pirlər  ta keçmiş zamanlardan Naxçıvanda islami dəyərlərin mövcudluğunu sübut edir.  Bundan başqa bir sıra tarixi abidələrimizin üzərində Qurandan ayələrin yazılması bu qədim diyarın İslam aləmindəki mövqeyinin göstəricisidir. Məsələn, XII əsrin yadigarı olan Mömünə Xatun türbəsindəki medalyonlarda dini xarakterli kəlamlar əks olunub.

Muxtar respublika ərazisində İslam mədəniyyətinin qiymətli abidələri sırasına İmamzadələr də daxildir. Müxtəlif bölgələrdə yerləşən hər 3 İmamzadə bərpa olunaraq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd Peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Onu da deyək ki, hazırda Azərbaycan ərazisində Naxçıvanla yanaşı, Şamaxıda, Bərdədə, Gəncədə və Masallıda da İmamzadələr var. Bu sahədə araşdırma aparmış tədqiqatçılara görə Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələri ən çox Azərbaycandadır. İmamzadələr  bütün müsəlman aləminin qiymətli, dəyərli abidələridir.

Həmin İmamzadələrdən üçü Naxçıvan şəhərində və muxtar respublikamızın fərqli bölgələrində yerləşir. Şərur rayonunun Xanlıqlar kəndində yerləşən və Parçı İmamzadəsi deyilən abidə XVI əsrdə İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələrdən biridir. İmamzadə 7-ci İmam Musa Kazımın oğlu şahzadə İbrahimin məzarı üstündə tikilib, uzun illər ziyarətgah və inanc yeri olub.

İmamzadə giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. İmamzadə 2015-ci il fevralın 15-də bərpa edilərək əhalinin istifadəsinə verilib. Bərpa işləri zamanı İmamzadənin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanıb. Parçı İmamzadəsi bu gün də insanların diqqətini çəkir, ziyarətçilər dini inanc yeri kimi bu müqəddəs ocağa üz tuturlar.

Muxtar respublikamızda mövcud olan 3 İmamzadədən biri də Naxçıvan şəhərində yerləşən İmamzadədir. XVI-XVIII əsrlərə aid edilən İmamzadə kompleksi 3 binadan ibarətdir. Kompleksdən azca aralı başqa bir türbə də vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunub, üstü günbəzlə örtülüb. Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmayıb. İmamzadə kompleksinə daxil olan binalar isə bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansamblı yaradıb. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olub. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Kompleksə daxil olan  imamzadə türbəsinin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbrin üstü sənduqə formasında düzəldilib. Qəbrin üzərində epitafiya-məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə bu qəbirdə şiələrin 8-ci imamı Rzanın oğlu dəfn edilib. Epiqrafçı alim İ.Əzimbəyovun keçən yüzilliyin 20-ci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, “bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir, ərəb və əcəmlərin hakimi, sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həzrət Rufai bəy əmr etmişdir”.        Memarlıq kompleksi 2004-cü ildə bərpa olunaraq əhalinin istifadəsinə verilib.

“Naxçıvan Abidələri Ensiklopediyası”nda qeyd olunur ki, orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri -xanəgah kimi istifadə ediblər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından sonra və bərpa olunmuş məqbərəyə bitişik məscid təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməyib.

Digər bir İmamzadə isə Babək rayonunun Nehrəm kəndində yerləşir. 18-ci əsr memarlıq abidəsi olan abidə bir çox dəyişikliklərdən, təmir və bərpadan sonra günümüzə qədər gəlib çatıb. Planda kvadrat formasında olması, divarlarlndakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi tikilinin ilk məscid tiplərinə aidliyini göstərir.

İmamzadə məscid, türbə, təkyə və  yardımçı bir neçə binadan ibarət böyük kompleksdir. Bunlarla bərabər türbənin içərisində bir qəbir də var. Qəbrin üstü sənduqə formasındadır. Kitabə olmadığından onun kimə aidliyi dəqiq deyil. Camaat arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunub. Türbə daxilində, divarlarda, günbəzvari çərçivələrdə dini xarakterli kəlamlar yazılıb.

İmamzadə bu gün sadəcə olaraq kənd sakinlərinin deyil, həm də müxtəlif bölgələrdən gələn qonaqların diqqət mərkəzindədir. Zəvvarlar İmamzadəni ziyarət edir, nəzirlər verir, dualar edirlər.

İmamzadələr Naxçıvanın qədimliyini sübut etməklə yanaşı, həm də şəhərin İslam aləmindəki yerini və nüfuzunu göstərir. İmamzadə kompleksi kimi binalar Azərbaycan milli memarlığının və incəsənətinin parlaq nümunələridir. Bu cür ziyarətgahlar insanların ibadət və dua etmələrinə imkan yaradır. Belə müqəddəs ocaqlar həm də insanlar arasında həmrəylik, birlik yaradır, onlara pak duyğular aşılayır.

İnsanlar sidq ürəklə bu ziyarətgahlara üz tutur, öz arzu və niyyətlərini söyləyirlər. İmamzadə ziyarətgahları zaman-zaman insanlarda mənəvi kamilliyin formalaşmasında bir məbədgah rolunu oynayıb. Məbədgahların qorunması milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və ehtiramın ifadəsidir. Biz bu cür abidələrimizi təbliğ etməklə, tanıtmaqla muxtar respublikamızda dini turizmin inkişafına nail ola bilərik. Əshabi-Kəhf ziyarətgahı dini-mədəni kompleksi il ərzində dünyanın dörd bir yanından gələn minlərlə turisti qəbul edir. İmam övladlarının dəfn edildiyi İmamzadə kimi müqəddəs ocaqların tanıdılması İslam ölkələrindən bura daha çox zəvvarın gəlməsini təmin edə bilər.

Ruhiyyə Rəsulova

"İki sahil"  qəzeti 25.01.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...

Mən İstanbulda Naxçıvanı gördüm

11-12-2018-15-22 Xəbərlər

Mən İstanbulda Naxçıvanı gördüm

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz.

Sədərəkdə monitorinq keçirilib

11-12-2018-14-46 Xəbərlər

Sədərəkdə monitorinq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti S...

Naxçıvanda sabaha olan hava proqnozu

11-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Nakhchivan news - VİDEO

11-12-2018-14-00 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...