Naxçıvanlı sənətkar ağaclara ikinci həyat verir

Naxçıvan televiziyasının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Adilə Səfərovanın “Ədalət” qəzetində Naxçıvanlı sənətkar ağaclara ikinci həyat verir” sərlövhəli məqaləsi dərc olunub. Məqlədə qədim Naxçıvan diyarında bədii oyma sənətinin bugünkü davamçısı olan Akif Həsənovun yaradıcılıq fəaliyyətindən bəhs olunur, yerdən səmaya doğru boy atan ağacın insan oğlu tərəfindən necə sənət incisinə çevrilməsi barədə söhbət açılır.

Naxcivantv.az həmin məqaləni oxucularına təqdim edir:                         

“Qədim odlar yurdu Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan diyarı tarixi abidələri, yeraltı və yerüstü sərvətləri maddi mədəniyyət nümunələri ilə məşhurdur. Tarixi abidələrimizə yeni görkəm verən, daha da əsrarəngiz, ecazkar edən elementlərdən biri də bu tikililərin əksəriyyətində ağacoyma sənəti nümunələrinə geniş yer verilməsidir.

Ağacoyma sənət növü şərq memarlığının incisi sayılır. MR-da bu sənəti yaşadan el sənətkarlarına hərtərəfli diqqət və qayğı gösrərilir. Naxçıvanda şəbəkə və ağacoyma sənəti ilə məşğul olan sənətkarlardan biri də Naxçıvan Biznes Mərkəzinin nəzdindəki xalq yaradıcılığı emalatxanasında fəaliyyət göstərən Akif Həsənovdur. Onunla ilk baxışda qarmaqarışıq görünən, müxtəlif ağac qoxularının, boyaların ətri gələn emalatxanasında görüşürük. Onu da deyim ki, ağacoyma sənəti eləcə də şəbəkə ilə məşğul olan ustaların əksəriyyətinin musiqiyə, xalq mahnılarmıza xüsusi aludəçiliyi var. Elə Akif usta da bu aludəçilikdən xali deyil. Emalatxanada masa üzərindəki radiodan həzin xalq mahnılarımız süzülüb içəri dolur, burada başqa bir ab-hava yaradır. Hiss olunur ki, sənətkarın incəsənətin bütün növlərinə marağı böyükdür.

Onunla söhbət edə-edə rəflərə düzülmüş bir-birindən zərif əl işlərinə tamaşa edirəm. Sənətkarın ürəyinin hərarəti, qəlbinin hökmü ilə ərsəyə gətirdiyi sənət əsərləri, görünüşü və mükəmməlliyi ilə diqqəti cəlb edir. Bir-birindən gözəl əl işləri sanki tariximizin uzaq-yaxın, keçmişindən xəbər verir, dil açıb danışır. Bu işlər həm də sənətkarın sonsuz səbrindən, dünyaya fərqli baxışından, keçmiş, bu gün və  gələcək arasında böyük diqqətlə toxuduğu körpünün nəfis cizgilərindən xəbər verir.

Yaxşı sənətkar tarixdən də, ədəbiyyatdan da, incəsənətdən, musiqidən də agah olmalıdır. Xalqın keçmişini, adət-ənənələrini, sənətə baxışını da dərindən duymalı, dünəndən bu günə qoyulan mirası-el sənətkarlığını layiqli bir şəkildə yaşatmalıdır. Bu baxımdan Akif ustanı əsl el sənətkarı adlandırmaq olar.

Akif usta ilə söhbətimiz zamanı dedi ki, son zamanlar şüşə üzərində işlədiyi rəsmlərə də sənətsevərlər tərəfindən böyük maraq göstərilir. Xüsusi üslubda işlənən portretlərə maraq böyükdür. Ağacoyma sənəti ilə, xüsusilə şəbəkə ilə məşğul olan usta həndəsəni də,  riyaziyyatı da yaxşı bilməlidir. Çünki, şəbəkə ustadan yüksək dəqiqlik, səbr, dözüm, bütün dünyanı bir kənara qoymanı tələb edir. Gərək bu işlə məşğul olanda bütün fikirləri, qayğıları, gündəlik məsələləri, üzərində düşündüyün layihələri bir kənara qoyasan. Bu mənada ki, əgər bu işlə məşğul olursansa gərək başqa işləri kənara qouasan, heç nə düşünməyəsən. Başqa sözlə, bu sənət həm də insandan mənəvi möhkəmlik tələb etməklə bərabər o işlə məşğul olanda tərki-dünyalıq tələb edir. Bəlkə də bu səbəbdəndir ki, bir neçə əsrdə şərqdə bu sənətlə məşğul olan yüzlərlə böyük sənətkar meydana gəlib. Bu sənət islamın təşəkkül tapmasından sonra da inkişaf edib.

Akif üstanın dediyinə görə  bu sənətə gəlişi ömrünün 13-cü ilinə təsadüf edib. Uşaq vaxtından ağaclara, onların sirli-sehirli naxışlarına marağı olub. Sonralar ağac parçalarından fiqurlar düzəltməyə çalışıb, yavaş-yavaş bu sənətin böyük dünyasına daxil olub. Ağac təkcə ustadan kəsilib yonulmağı tələb etmir, bu işdə ürəyin hərarəti, his və həyəcanları da köməyə gəlir. Əgər emalatxanama bu sənətlə məşğul olan başqa biri gəlsə o qədər bilir ki, hansı iş əhvalımın yaxşı halının, hansı işsə kədərli zamanlarımın məhsuludur. Onun “Naxçıvanın qədim abidələri”, “Buta”, “Dədə Qorqud”, “Mömünə Xatın”, “Naxçıvanın xəritəsi” adlı əsərləri olduqca yaradıcı zəhmətin məhsulu hesab olunur. Akif Həsənov 1 mart 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilmişdir.

 “Ağacların üzərindəki hər bir naxış, hər bir nöqtə ulu yaradanın bir yazısı, işarəsi, bir sözüdür. Ona görə də bu naxışlarla yaxşı rəftar etmək, onlara həssas müna sibət göstərmək lazımdır. Bax o zaman ağaclar sənə istədiyini verir” -deyən Akif usta onu da xüsusilə qeyd etdi ki, əgər yaxşı bir sənət əsəri yaratmaq istəyirsənsə, gərək onu satmaq, ondan qazanc götürmək fikri ilə işə yaxınlaşmayasan. Yalnız ağaca təmənna sız münasibət sözün həqiqi mənasında yaxşı işləri ortaya çıxara bilər. Əgər ondan təmənnan varsa, yəni ona olan sevgin təmmənasız deyilsə iş də yaxşı alınmayacaq.

El sənətkarı deyir ki, bu işlərin hazırlanması üçün ilk olaraq kağız üzərində eskizin çəkilməsi vacib şərtdir. Eskiz çəkiləndən sonra artıq düzəldəcəyin fiquru düşüncəndə yaradırsan. Düşüncədən real işə keçirilməsi isə üçüncü mərhələdir. İşləri ərsəyə gətirmək üçün qoz, fındıq,  tut, fısdıq və armud ağacından  istifadə edirəm. Bu ağaclar necə deyərlər, onlara verdiyim suallara tez cavab verir, zəhmətimi bəhrələndirirlər.

Məni bu işə həvəsləndirən amillərdən biri də sənətə və sənətkara MR-da verilən yüksək qiymətdir. MR-da keçirilən sərgi və festivallarda  mən də iştirak etmişəm. Növbəti sərgilərə yeni əsərlərlə çıxmaq üçün daim axtarışdayam. Yüzdən artıq eskizlərim var. Mənim üçün payız-qış ayları daha əlverişlidir. Vaxtımın çoxunu emalatxanada keçirirəm. Bu sənətlə 40 ildən çoxdur ki, məşğulam. Ancaq görürəm ki, hələ yaradılası çox əsər var. Nə qədər ki, ürəyim döyünür işləməliyəm.

Bədii oyma sənətinin bu günkü davamçısı olan Akif usta təbiəti ən yaxşı sənətkar adlandırır. Çünki, cansız daş parçası da, yamyaşıl yarpaqlardan süzülüb düşən bir yağış damlası da, yerdən səmaya doğru boy atan ağac da böyük bir sənət incisi kimi insan oğlunu daim valeh edir.

Akif Həsənov da bu incəlikləri dərindən duyan, quru ağacdan ustalıqla istifadə edərək əsərlər yaradan bir sənətkar, ağacoyma ustasıdır. O, bu gün öz şagirdlərinə sənətinin sirlərini sevərək öyrədir. Oğlu İsgəndər Həsənov da onun sənətinin davamçısıdır.

O bu gün Naxçıvan şəhərində işıqlı, ağac ətri duyulan gözəl emalatxanasında fəaliyyət göstərir və bu sənətə öz töhfələrini verir.

Yorulmaq nədir bilməyən Akif usta böyük dramaturq Hüseyn Cavidin şüşə üzərində işlədiyi

                                                                                                                                                                   Bəxtiyarsan əgər çəkdiyin əmək

                                                                                                                                                                      Cahan sərgisinə versə bir çiçək

ibrətamiz kəlamını özünə örnək bilir”.

                                                                              Adilə Səfərova,

               Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi,

                                                                                    “Ədalət” qəzeti

                                                                                 1 fevral 2017-ci il

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

20-10-2018-17-31 Xəbərlər

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılı...

Naxçıvanda sabaha olan hava proqnozu

20-10-2018-14-33 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlan...

Gənclər yeni layihə hazırlayıblar

20-10-2018-11-03 Xəbərlər

Gənclər yeni layihə hazırlayıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu muxtar re...

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

20-10-2018-10-41 Xəbərlər

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Ötən günün mənzərəsi - VİDEO

20-10-2018-10-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

20-10-2018-09-26 Xəbərlər

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabr ayının 19-da Azərbaycan energetiklərinin təltif e...

Gənclər arasında yeni intellekt oyunu keçirilib

19-10-2018-18-53 Xəbərlər

Gənclər arasında yeni intellekt oyunu keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il ...

Ali Məclisin Sədri Sərəncam imzaladı

19-10-2018-18-26 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da ...

Culfa və Ordubad rayon gəncləri hərbi xidmətə yola salınıb

19-10-2018-17-43 Xəbərlər

Culfa və Ordubad  rayon gəncləri hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Culfa və Ordubad  rayonunda çağırışçıların hərbi xidmət...

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

19-10-2018-17-04 Xəbərlər

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri D...

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

19-10-2018-16-14 Xəbərlər

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin ol...

Gənclər Ordubadda ekskursiyada olub

19-10-2018-15-31 Xəbərlər

Gənclər Ordubadda ekskursiyada olub

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizm imkanlarının tanıdılması  mə...

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

19-10-2018-15-18 Xəbərlər

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Naxçıvandan Buenos-Ayresə uzanan yol

19-10-2018-14-36 Xəbərlər

Naxçıvandan Buenos-Ayresə uzanan yol

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Naxçıvanda sabaha olan hava proqnozu

19-10-2018-13-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlan...

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

19-10-2018-11-37 Xəbərlər

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq əra...

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

19-10-2018-10-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi – VİDEO

19-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi – VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

18-10-2018-19-50 Xəbərlər

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

Bu il 40 yaşını qeyd edən Babək rayonu böyük inkişaf yolu keçib.

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

18-10-2018-19-28 Xəbərlər

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci...

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

18-10-2018-18-28 Xəbərlər

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni ekspona...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

18-10-2018-18-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gü...

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

18-10-2018-17-31 Xəbərlər

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

NUHÇIXAN xəbər verir ki, peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” kurs...

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

18-10-2018-17-14 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Türkmənistan Respublikasının Müstəqillik Günü münasibət...

“Naxçıvan” Universitetində konfrans keçirilib

18-10-2018-16-51 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Dövlət Müstəqilliyi Günü il...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

18-10-2018-16-36 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali M...

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

18-10-2018-16-13 Xəbərlər

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

3 ən ziyanlı gigiyenik vərdiş

18-10-2018-15-52 Xəbərlər

3 ən ziyanlı gigiyenik vərdiş

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

18-10-2018-15-22 Xəbərlər

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici...

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

18-10-2018-15-08 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə Naxçıv...