Qarabağlar Türbə Kompleksinin bərpası bəşər mədəniyyətinə verilən töhfədirGörkəmli pedaqoq və elm xadimi Əziz Şərif nahaq yerə Naxçıvanı ərazicə kiçik, mənəviyyatca böyük diyar adlandırmayıb.

Naxçıvan dünya elm, siyasət, hərb, ədəbiyyat və incəsənətinə verdiyi töhfələri, yetişdirdiyi görkəmli şəxsiyyətləri və memarlıq abidələri ilə zəngindir. İlk görənlər tarixi abidələrlə zəngin bu diyarı açıq səma altında muzey də adlandırırlar. Sovetlər dönəmində gözdən uzaq, könüldən iraq düşmüş Naxçıvanın qapıları indi bütün dünyaya açıqdır. Son 20 ildə keçdiyi sürətli inkişaf yolu bu bölgəni qısa zaman kəsiyində dünyanın ən müasir şəhərləri sırasına çıxarmışdır. İndi Naxçıvan mötəbər  tədbirlərin,  beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu qədim diyar 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” seçilib. Şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyi bu qədim oğuz yurdu bəşər mədəniyyətini zənginləşdirən qədim və orta əsr memarlıq abidələri ilə zəngindir. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət  üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib. 12-ci əsrdə Naxçıvan memarlığının ən yüksək zirvəsini fəth edən memar Əcəmi yaradıcılığı təkcə Azərbaycan memarlığına deyib, həm də Şərq memarlığına güclü təsir edib. 

Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra tarix və mədəniyyət abidələri tədqiq edilərək pasportlaşdırılıb. Abidələrin bərpası da həyata keçirilən təqdirəlayiq işlər sırasındadır. Son illər Naxçıvanqala, Xanlıqlar kəndindəki Parçı imamzadəsi, Gülüstan türbəsi, Əlincəqala və digər  onlarla  abidə bərpa olunaraq  ziyarətçilərin istifadəsinə verilib. Zəngin tarixi-mədəni irsin daşıyıcısı olan 1200-dən artıq tarixi abidənin 57-si dünya əhəmiyyətli abidələr sırasındadır. Dünya memarlığının inciləri siyahısına daxil edilmiş abidələr sırasında Qarabağlar Türbə Kompleksinin xüsusi yeri vardır. Abidə orta əsr Azərbaycan memarlığının nadir sənət əsərlərindəndir.

Bu yaxınlarda muxtar respublikada səfərdə olmuş fransalı rejissor Jan Claude Forestier  öz təəssüratlarını calameo.com portalında belə qeyd edir: «Ərazi kiçik olsa da, memarlıq baxımından zənginliyi ilə seçilir. Ərazidəki əksəri müsəlman və türk üslubunda tikilmiş bu abidələrin incəliyi və geometrik detalları insanı heyran edir. Abidələr çox mükəmməl şəkildə yenidən bərpa olunub.» Qarabağlar türbəsini ziyarət edən rejissor bu kompleksin Azərbaycanın abidələri arasında ən möhtəşəmlərdən biri olduğunu qeyd edir. “Abidə tarixi İpək Yolunun üzərində yerləşən ən nüfuzlu dayanacaq nöqtəsi və ən azı 40 minarəyə sahib dini kompleksin tək sahibidir”,-deyə bildirir.  

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna, oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi hesab olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanılıb. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılıb.

Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlıdır. Şəhərin Yaxın Şərq ölkə­ləri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Bəzi mənbələrin məlumatlarına görə, şəhərin əsası XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulmuşdur. Şəhərin Elxanilər dövründə (1256-1353) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar vardır. Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir.
Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd etmişlər. Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə on iki bucaqlı olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarımsilindrlərin üzərində içərisində ərəb əlifbası ilə “ləiləhəilləllah Məhəmmədən Rəsulallah” (Allah­dan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur) kəlməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə söhbətimiz zamanı bildirdi ki, bu tip ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə edilib. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə türbəsinin memarının eyni şəxs olduğunu bildirmişlər. Vəli Baxşəliyev bununla belə Qarabağlar türbəsinin konstruksiyasının fərqləndiyini də qeyd etdi: “Türbənin özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərinə, dünyanın dörd tərəfinə yönəlmiş və türbənin görünüşünün mükəmməlliyini təmin etmişdir. Ehtimal ki, türbənin dörd baştağlı quruluşu əski inanclarla bağlı olmuşdur. Baştağların səthi kaşılar vasitəsilə həndəsi və nəbati üslubda naxışlanmışdır. Türbənin gövdəsini təşkil edən yarım­silindrlərin yuxarı hissəsində kaşılarla işlənmiş kitabələrin qalıqları saxlanmışdır. Ehtimal ki, bu kitabələr Qurani-Kərimdən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir.”

Naxçıvan İslam dünyasının qədim şəhərlərindəndir, bunu bölgənin Qarabağlar Türbə Kompleksi  kimi qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir. İslam mədəniyyəti nümunələri ilə zəngin olan bu qədim şəhər bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanın inciləri sayılan bu abidələrin bərpası, qorunması isə öz növbəsində bəşər mədəniyyətinə verilən töhfədir.

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

""İkisahil "qəzeti  

15.02.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

17-06-2018-21-05 Xəbərlər

“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

İyunun 17-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gün...

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

17-06-2018-20-30 Xəbərlər

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə «Voice of Asta...

“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb

17-06-2018-19-29 Xəbərlər

“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün ikinci o...

Göydə Allah, yerdə siz

17-06-2018-18-55 Xəbərlər

Göydə Allah, yerdə siz

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər ...

“Rusiya 2018”: Serbiya millisi Kosta-Rikanı minimal hesabla məğlub edib

17-06-2018-18-01 Xəbərlər

“Rusiya 2018”: Serbiya millisi Kosta-Rikanı minimal hesabla məğlub edib

İyunun 17-də futbol üzrə XXI dünya çempionatının “E” qrupunun ilk oyunu keçirili...

Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

17-06-2018-15-31 Xəbərlər

Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

Naxçıvan şəxsiyyətlər diyarıdır. Ulu öndərimiz məhz bu diyarda dünyaya göz açıb,...

Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

17-06-2018-14-03 Xəbərlər

Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

NUHÇIXAN xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə ...

Naxçıvanda sabaha olan hava proqnozu

17-06-2018-13-33 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyun ayının 18-nə olan hava proqnozu açıqlanıb. ...

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17-06-2018-13-02 Xəbərlər

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

17-06-2018-12-32 Xəbərlər

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə baş...

Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

17-06-2018-12-01 Xəbərlər

Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

ABŞ nüvə silahının ləğvi ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) ...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

17-06-2018-11-32 Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri...

Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17-06-2018-11-01 Xəbərlər

Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məktubundan çıxarılmış şəkil ...

Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar

17-06-2018-10-29 Xəbərlər

Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və ...

Bu gün futbol üzrə dünya çempionatında üç oyun keçiriləcək

17-06-2018-09-59 Xəbərlər

Bu gün futbol üzrə dünya çempionatında üç oyun keçiriləcək

Futbol üzrə dünya çempionatının dördüncü günündə – iyunun 17-də üç oyun keçirilə...

Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

17-06-2018-09-31 Xəbərlər

Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

Türkiyə 2018-ci ildə 40 milyonadək xarici turist qəbul etməyi planlaşdırır.

Misir yığmasının oyunçusu Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

17-06-2018-08-59 Xəbərlər

Misir yığmasının oyunçusu Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

Misirin yığma komandasının hücumçusu Məhəmməd Salah futbol üzrə dünya çempionatı...

Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

17-06-2018-08-32 Xəbərlər

Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

“TANAP” layihəsi strateji əhəmiyyətli, gələcək inkişafa, sülhə və təhlükəsizliyə...

DÇ-2018: Xorvatiya yığması Nigeriyanı məğlub edib

17-06-2018-00-50 Xəbərlər

DÇ-2018: Xorvatiya yığması Nigeriyanı məğlub edib

Xorvatiya yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Nigeriya ko...

“Rusiya 2018”: meydançaya Xorvatiya-Nigeriya komandaları çıxıblar

16-06-2018-23-31 Xəbərlər

“Rusiya 2018”: meydançaya Xorvatiya-Nigeriya komandaları çıxıblar

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün sonuncu – dörd...

Naxçıvanın 2018-ci il Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert olub - YENİLƏNİB

16-06-2018-23-04 Xəbərlər

Naxçıvanın 2018-ci il Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert olub - YENİLƏNİB

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətil...

Danimarka millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

16-06-2018-22-22 Xəbərlər

Danimarka millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

Danimarka milli komandası Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələ...

Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

16-06-2018-20-16 Xəbərlər

Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

İyunun 16-da Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışları davam edib.

“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib

16-06-2018-19-45 Xəbərlər

“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib

“Rusiya 2018”in üçüncü günündə “D” qrupunda yer alan Argentina və İslandiya mill...

Ahıllar Ağbulaq istirahət mərkəzində olublar

16-06-2018-19-15 Xəbərlər

Ahıllar Ağbulaq istirahət mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Ahıllar evi sakin...

Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər

16-06-2018-18-41 Xəbərlər

Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər

NUHÇIXAN xəbər verir ki, bu gün saat 17:00-da Naxçıvan şəhərindəki Əcəmi seyrəng...

“Çınqıllı” qazlı su istehsal edəcək

16-06-2018-18-26 Xəbərlər

“Çınqıllı” qazlı su istehsal edəcək

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayonunun Keçili kəndində yerləşən “Çınqıllı Bul...

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

16-06-2018-17-49 Xəbərlər

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ilk səsvermə gömrük-...

Naxçıvanda Polis Məktəbi tikilir

16-06-2018-17-23 Xəbərlər

Naxçıvanda Polis Məktəbi tikilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Naxçıvan M...