İşğalçı ordunun döyüş qabiliyyətini və hərbi arsenalını iflas həddində qiymətləndirən erməni ictimaiyyəti muzdlu əsgərlərin öz zabitləri tərəfindən qətlə yetirilməsi xəbərləri ilə çalxalanır

İşğalçı ordunun döyüş qabiliyyətini və hərbi arsenalını iflas həddində qiymətləndirən erməni ictimaiyyəti muzdlu əsgərlərin öz zabitləri tərəfindən qətlə yetirilməsi xəbərləri ilə çalxalanır

Cəbhədə düşmənin hər təxribatı erməni əsgərlərinə getdikcə baha başa gəlir. Çünki hər diversiya düşmən tərəfinin daha böyük itki verməsinə səbəb olur, onun həm canlı, həm də texnika baxımından itkilərinin sayını artırır. Elə ötən iki ayda işğalçı ölkənin çoxlu sayda əsgəri həyatını itirib, Azərbaycanın nəzarətində olan zonalarda kəşfiyyat aparmaq üçün ermənilərin göndərdikləri pilotsuz uçan aparatlar, hərbi nəqliyyat vasitələri ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

“Dünyanın heç bir yerində bu cür keyfiyyətsiz oyuncaq aparat yoxdur”

Ümumiyyətlə, pilotsuz uçan aparatlarla bağlı erməni tərəfinin atdığı addımlar hər dəfə iflasa uğrayır, çünki bu aparatlar vaxtında aşkarlanır və məhv edilir. Belə vəziyyət ermənilərin özlərinin də artıq təşvişə düşməsinə rəvac verir. Bunu sosial şəbəkələrdə ermənilər tərəfindən yazılan statuslardan da aydın görmək olar. Xüsusən də Azərbaycanla sərhəd bölgələrdə yaşayan sakinlər pilotsuz aparatlardan sözün əsl mənasında qorxuya düşüblər.
Naxçıvana yaxın Sisyan rayonunda Gevorq Tomasyan adlı erməni “twitter” hesabında yazır: “İnternet Azərbaycan əsgərlərinin bizim pilotsuz uçan aparatları vurduğuna dair xəbər və şəkillərlə doludur. Bəs görəsən, bu pilotsuz uçan aparatlar belə asan hədəfdirsə, nədən hələ də ondan istifadə olunur?” 
Tovuzla həmsərhəd olan Berd rayonundan olan Anahit Mkrtçyan adlı erməni də “Odnoklassniki” sosial şəbəkəsində bununla bağlı paylaşımlar edir. Onun fikrincə, pilotsuz uçan aparatlarla bağlı erməni ordusunda əsl faciə yaşanır: “Buna görədir ki, pilotsuz uçan aparatlarımız havaya qalxdıqdan az sonra azərbaycanlılar tərəfindən dərhal vurulur. Görəsən, nədən buna görə orduda heç kim məsuliyyətə cəlb olunmur? Görünür, ordunun, elə hakimiyyətin rəhbərliyi dəyişməyənə qədər vəziyyət elə bu şəkildə qalmaqda davam edəcək”. 
Azərbaycanla həmsərhəd olan İcevan, Noyamberyan rayon sakinləri arasında da eyni fikirlərə rast gəlmək mümkündür. Məsələn, İcevandan olan Aşot Beqlaryan “Facebook”da yazır: “Bu pilotsuz uçan aparatlar axırda bizim özümüzə problem yaradacaq. Onsuz da pilotsuz uçan aparatlarımızın az qala hamısı havaya qalxdıqdan sonra vurulur. Ondan istifadəni dayandırmaq daha məntiqi addım olardı. Amma bizimkilər nədənsə buna getmir və yəqin ki, pilotsuz uçan aparatlardan istifadə nə vaxtsa azərbaycanlıların səbrini daşıdaraq onların yeni hücumlarına gətirib çıxaracaq. Hər halda, ortada aprel təcrübəsi var”.
Vardenis rayonundan olan Xaçatur Qriqoryan da “Vkontakte” şəbəkəsində pilotsuz uçan aparatın fotosunu paylaşaraq onların keyfiyyətinin çox aşağı olmasından gileylənir: “Baxın, ay millət! Belə aparat olar? (gülüş işarəsi). Dünyanın heç bir yerində bu cür keyfiyyətsiz oyuncaq aparat yoxdur”.

“Sarkisyanın öz kabinetində pıçıltısına Azərbaycanda çox rahatlıqla qulaq asırlar”

Bu durumda onların narahatlığına səbəb olan başlıca amil pilotsuz uçan aparatlardan istifadənin Azərbaycanla toqquşma riskini artırmasıdır. Hesab edilir ki, məhz bu vəziyyət erməni tərəfinin pilotsuz uçan aparatlarla müqayisədə daha çox itki verməsi, digər döyüş texnikalarının da sıradan çıxarılması ilə nəticələnəcək.
Meğri rayonundan olan Artun Movsesyan adlı istifadəçi isə “Facebook”da daha çox bəyənmə toplayan şərhi ilə diqqət çəkib: “Doğurdan da gülməlidir. Bu aparatı görəsən Yerevanda hansı oyuncaq dükanından alırlar? Havaya qalxmağıyla, düşməyi bir olur. “Kitayski” təyyarə oyuncaqları bundan daha etibarlıdır”.
Digər tərəfdən, erməniləri qorxudan daha bir məqam hava məkanında Azərbaycanın kifayət qədər böyük üstünlüyə malik olmasıdır. “Facebook” sosial şəbəkəsinin Ruben Dallakyan adlı istifadəçisi yazır: “Azərbaycan tərəfi kosmosa iki peyk buraxıb və məlumatlara görə daha birisini də buraxacaq. Bizdə isə peyk haqqında heç düşünən də yoxdur. Çünki məmurları, hərbi rəhbərliyi daha çox cibləri maraqlandırır. Azərbaycan isə peyklərinin sayını artırır, bizi kosmosdan izləyir. Yəqin Sarkisyanın öz kabinetində pıçıltısına belə, Azərbaycanda çox rahatlıqla qulaq asırlar. Axı, kosmosdan onlar daha yaxşı istifadə edirlər”.

“Rusiya Azərbaycana müasir, bizə isə istifadə müddəti keçmiş, yaxud paslı silahlar satır”

Ermənilər təkcə peyk yox, digər sahələrdə, o cümlədən hərbi müstəvidə Azərbaycanın birmənalı üstünlüyə malik olduğunu açıq etiraf edirlər. Burada hesab olunur ki, silahlanma yarışında Ermənistan heç vaxt Azərbaycanla heç paritet belə yarada bilməyəcək. 
Erməni ekspert Edvard Smbatyan bununla bağlı maraqlı bir məqama diqqət çəkir: “Biz silahlarımızı yalnız Rusiyadan alırıq. Ruslar isə ya istifadə müddəti keçən, ya da anbarlarında qalan paslı silahları bizə ötürürlər. Özü də kreditlə. Ona görə də ordumuz hələ də köhnə silahlardan istifadə edir. Amma Azərbaycana elə Rusiyanın özü kifayət qədər müasir silahlar satır. Türkiyə, Pakistan, İsrail, Belarus, Ukrayna da böyük həvəslə Azərbaycanla silah sövdələşmələrinə gedirlər. Rəsmi Bakı hərbi məqsədlər üçün heç də bədxərclik etmir. Əksinə, neftin qiyməti aşağı düşsə belə, Azərbaycan Ermənistanın dövlət büdcəsindən də çox pulu silahlı qüvvələrinə ayırır, yeni texnikalar alır. Bu da istər-istəməz döyüş əməliyyatlarında öz nəticələrini göstərməlidir”.

İşğalçı ölkədə muzdlu əsgər tapmaq müşkülə çevrilib

Son dövrlərdə cəbhədə atəşkəs hallarının intensivləşməsi fonunda düşmən tərəfinin ciddi narahatlıq duyduğu əsas məsələlərdən biri isə muzdlu əsgərlərlə bağlı yaşanan durumdur. Xatırlatmaq yerinə düşərdi ki, ciddi demoqrafik problemlər yaşayan Ermənistanda orduya çağırışlarla əlaqədar da böyük çatışmazlıqlar qeydə alınır. Belə ki, ordunu artıq çağırışçılar hesabına şəxsi heyətlə təmin etmək müşkülə çevrilib. Hətta iş o yerə çatıb ki, orduya yararsız çağırışçılar belə hərbi xidmətə göndərilir. Ölkədə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının yerli komitəsi də dəfələrlə bəyan edib ki, hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərirlər. Amma bu da problemin həllində hansısa ciddi rol oynamır.
Yaranmış vəziyyətdə erməni tərəfinin əl atdığı üsullardan biri muzdlu əsgərlər hesabına şəxsi heyəti komplektləşdirməkdir. Düşmən tərəf müəyyən qədər muzdlu əsgəri ordusuna cəlb edə bilib və onların demək olar ki, hamısı işğal altındakı Azərbaycan ərazilərinə, cəbhə zonasına göndərilir. Amma sosial şəbəkələrdə ermənilərin özlərinin yaydıqları məlumatlardan belə bəlli olur ki, muzdlu əsgərlər də indi erməni ordusunda xidmətdən yayınmağa, bağladıqları müqavilələri vaxtından əvvəl birtərəfli qaydada pozmağa çalışırlar. 
Artaşes Poqosyan adlı erməni istifadəçisi “Vkontakte” sosial şəbəkəsində yazır: “Orduda vəziyyət o qədər dəhşətli həddə çatıb ki, hətta pul müqabilində belə, müqaviləli əsgər gətirmək çətinləşib. Çünki həmin əsgərlər maddi təminatın çox aşağı olmasından, pis qidalanmadan, köhnə silahlardan şikayət edirlər”. 
Yeqina Rubeynan adlı biri isə “Facebook”da hərb ilə bağlı paylaşılan statusa yazdığı şərhdə bildirir: “Eh, hamınız elə danışırsınız ki, guya heç nədən xəbəriniz yoxdur. Muzdlu əsgərlərin orduda xidmətdən imtina etməsinin əsas səbəbi məvaciblərini ala bilməməsidir. Qarabağda xidmət edən qonşum deyir ki, indi müqaviləli əsgərlər də şəraitdən narazıdırlar. Ağır şəraitdə xidmətlərini aparmaqlarına baxmayaraq, müqavilədə göstərilən pulları da neçə aylardır ala bilmirlər. Bu səbəbdən müqavilə ilə xidmət göstərən qonşum da xidmətdən canını qurtarmaq istəyir, amma buraxmırlar”.

Əsgərlərə maaş verməmək üçün qəsdən öldürürlər

Bu arada erməni mediasında yayılan digər maraqlı məsələ ondan ibarətdir ki, son dövrlərdə cəbhədə ordu itkilərinin sırasında muzdlu əsgərlərin sayı xeyli çoxalıb. İddialar səslənir ki, əslində, onların bəzilərinin qatili elə erməni zabitlərinin özləridir. Belə ki, həmin əsgərlərin yığılıb qalmış borclarını ödəməmək üçün ən yaxşı çıxış yolu kimi onlar zabitlər tərəfindən qətlə yetirilir və daha sonra bunun adı döyüş itkisi kimi qələmə verilir. Öldürülən muzdluların borca yığılan maaşları isə zabitlər tərəfindən mənimsənilir. 
Artıq belə vəziyyət müqavilə əsasında xidmət göstərən hərbçilər arasında ciddi narazılığa yol açır. Onlar zabitlərin münasibətindən sözün əsl mənasında cana doyaraq istənilən yolla xidmətdən yayınmağa can atır və hətta fərarilik belə edirlər. 
Yaranmış acınacaqlı vəziyyət erməni ordusunun onsuz da aşağı səviyyədə olan döyüş qabiliyyətini daha da zəiflədir. Ermənistan ordusunun dağılma həddinə çatması, ölkənin müdafiə qabiliyyətinin xeyli azalması, təhlükəsizlik sisteminin iflasa uğraması da elə bütün bunların nəticəsidir. 
Belə ordunun rəşadətli Azərbaycan əsgəri qarşısında tab gətirməsinin mümkünsüzlüyünü etiraf edən ermənilərin sayı indi sürətlə artır

Elçin Cəfərov
“Azərbaycan” qəzeti

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

20-10-2018-17-31 Xəbərlər

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılı...

Naxçıvanda sabaha olan hava proqnozu

20-10-2018-14-33 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlan...

Gənclər yeni layihə hazırlayıblar

20-10-2018-11-03 Xəbərlər

Gənclər yeni layihə hazırlayıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu muxtar re...

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

20-10-2018-10-41 Xəbərlər

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Ötən günün mənzərəsi - VİDEO

20-10-2018-10-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

20-10-2018-09-26 Xəbərlər

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabr ayının 19-da Azərbaycan energetiklərinin təltif e...

Gənclər arasında yeni intellekt oyunu keçirilib

19-10-2018-18-53 Xəbərlər

Gənclər arasında yeni intellekt oyunu keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il ...

Ali Məclisin Sədri Sərəncam imzaladı

19-10-2018-18-26 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da ...

Culfa və Ordubad rayon gəncləri hərbi xidmətə yola salınıb

19-10-2018-17-43 Xəbərlər

Culfa və Ordubad  rayon gəncləri hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Culfa və Ordubad  rayonunda çağırışçıların hərbi xidmət...

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

19-10-2018-17-04 Xəbərlər

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri D...

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

19-10-2018-16-14 Xəbərlər

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin ol...

Gənclər Ordubadda ekskursiyada olub

19-10-2018-15-31 Xəbərlər

Gənclər Ordubadda ekskursiyada olub

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizm imkanlarının tanıdılması  mə...

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

19-10-2018-15-18 Xəbərlər

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Naxçıvandan Buenos-Ayresə uzanan yol

19-10-2018-14-36 Xəbərlər

Naxçıvandan Buenos-Ayresə uzanan yol

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Naxçıvanda sabaha olan hava proqnozu

19-10-2018-13-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlan...

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

19-10-2018-11-37 Xəbərlər

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq əra...

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

19-10-2018-10-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi – VİDEO

19-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi – VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

18-10-2018-19-50 Xəbərlər

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

Bu il 40 yaşını qeyd edən Babək rayonu böyük inkişaf yolu keçib.

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

18-10-2018-19-28 Xəbərlər

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci...

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

18-10-2018-18-28 Xəbərlər

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni ekspona...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

18-10-2018-18-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gü...

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

18-10-2018-17-31 Xəbərlər

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

NUHÇIXAN xəbər verir ki, peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” kurs...

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

18-10-2018-17-14 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Türkmənistan Respublikasının Müstəqillik Günü münasibət...

“Naxçıvan” Universitetində konfrans keçirilib

18-10-2018-16-51 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Dövlət Müstəqilliyi Günü il...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

18-10-2018-16-36 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali M...

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

18-10-2018-16-13 Xəbərlər

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

3 ən ziyanlı gigiyenik vərdiş

18-10-2018-15-52 Xəbərlər

3 ən ziyanlı gigiyenik vərdiş

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

18-10-2018-15-22 Xəbərlər

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici...

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

18-10-2018-15-08 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə Naxçıv...