Naxçıvan Dövlət Televiziyasının proqramları internet üzərindən dünyaya yayımlanır

2016-cı il oktyabrın 17-də Naxçıvan Dövlət Televiziyası internet üzərindən HD formatda canlı yayıma başlamaqla öz auditoriyasını daha da genişləndirmişdir. Bununla əlaqədar Naxçıvan Dövlət Televiziyasının www.naxcivantv.az internet saytı hazırlanmışdır. 

Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Əlaqə”, “Canlı yayım və arxiv” bölmələri yer alır. İstifadəçilər “Canlı yayım və arxiv” bölməsinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını internet üzərindən birbaşa izləyə bilirlər. Həmçinin həftə ərzində efirə gedən proqramlara da arxivdən baxmaq imkanı vardır.“Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində olan məlumatlar müntəzəm yenilənir, “Rəsmi xəbərlər” bölməsindəki materiallar isə Azərbaycan dilindən başqa, ingilis və rus dillərində də yayımlanır.

 Saytda televiziyanın bir həftəlik proqramı da yerləşdirilmiş və sayğac qoyulmuşdur. İstifadəyə verildikdən ötən 15 gün ərzində sayta dünyanın 30 ölkəsindən 70 mindən çox baxış olmuşdur. Belə ki, internet üzərindən televiziyaya Türkiyə üzrə 2199, Rusiya üzrə 1616, Ukrayna üzrə 319, Gürcüstan üzrə 217, Ermənistan üzrə 137, İran üzrə 110, ABŞ üzrə 46, Cənubi Afrika üzrə 37, Almaniya üzrə 30, Qırğızıstan üzrə 20, Çin üzrə 19,  Qazaxıstan üzrə 18, Cənubi Koreya üzrə 14, Fransa üzrə 13, Moldova üzrə 13, Yaponiya üzrə 13, Polşa üzrə 12, İndoneziya üzrə 9, Misir üzrə 9, Danimarka üzrə 8, Estoniya üzrə 7, Hindistan üzrə 7, Hollandiya üzrə 6, Norveç üzrə 6, Pakistan üzrə 6, Birləşmiş Ərəb Əmirlikləri üzrə 5, Böyük Britaniya üzrə 4, İsveç üzrə 3 və Latviya üzrə 1 baxış olmuşdur. Azərbaycanın digər bölgələrindən baxış sayı isə 30 mini keçmişdir.

Naxçıvan Dövlət Televiziyasının “Youtube”, “Facebook”, “Twitter” və  “İnstagram” sosial şəbəkələrində də səhifələri yaradılmışdır. Televiziyanın “Youtube” videokanalında 850-dən çox veriliş, videoçarx, sosial çarx, anons, teleetüd, xəbər süjeti, televernisaj, sənədli  və televiziya filmləri yerləşdirilmişdir. “Youtube” videokanalında yerləşdirilən videomateriallara ümumilikdə 1 milyondan çox baxış olmuş və ümumi izlənmənin müddəti 3 milyon dəqiqəni ötmüşdür. 2013-2016-cı illərdə aşağıdakı 5 ölkədə videomateriallar daha çox izlənilmişdir:

        1. Azərbaycan üzrə baxış sayı –612 min 110

        2. Rusiya üzrə baxış sayı –99 min 527

        3. Türkiyə üzrə baxış sayı –53 min 190

        4. Ermənistan üzrə baxış sayı –11 min 122

        5. Ukrayna üzrə baxış sayı –11 min 54

Televiziyanın “Facebook” sosial şəbəkəsində də 11 minə yaxın istifadəçisi vardır. Yeni yaradılmasına baxmayaraq televiziyanın səhifəsi geniş istifadəçi və izləyici toplamışdır. 

 Belə ki, səhifəyə yerləşdirilmiş 1000-dən çox materiala ümumilikdə baxış sayı 1 milyon 400 mindən çox olmuşdur. 

 Ümumilikdə, Naxçıvan Dövlət Televiziyasının sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilmiş videomateriallara baxış sayı 2 milyon 700 mini  ötmüşdür.

 Naxçıvan Dövlət Televiziyasının kollektivi bundan sonra da internet saytının və sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək milli dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirləri, Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, film, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə çatdıracaq və təbliğ edəcəkdir.

                                                                                                                            Naxçıvan Muxtar Respublikası

Dövlət Televiziya və Radio Verilişləri

Komitəsinin mətbuat xidməti 

 

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Qarabağ”ın sabiq qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

22-06-2018-14-39 Xəbərlər

“Qarabağ”ın sabiq qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər

Növbəti mövsüm Türkiyə Super Liqasında mübarizə aparacaq “Çaykur Rizəspor” trans...

Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir

22-06-2018-14-19 Xəbərlər

Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 ill...

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

22-06-2018-14-00 Xəbərlər

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentya...

Düşmənin növbəti məğlubiyyəti - Günnüt əməliyyatı

22-06-2018-13-10 Xəbərlər

Düşmənin növbəti məğlubiyyəti - Günnüt əməliyyatı

Şərur-Sədərək istiqamətində yola çıxanlar yol kənarında yeni vurulmuş bir istiqa...

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

22-06-2018-12-45 Xəbərlər

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Ni...

Dünya çempionatının IX günü: Braziliya millisi vacib üç xal üçün meydana çıxacaq

22-06-2018-12-25 Xəbərlər

Dünya çempionatının IX günü: Braziliya millisi vacib üç xal üçün meydana çıxacaq

İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının...

Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

22-06-2018-12-10 Xəbərlər

Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

Biz buradan bütün dünyaya bir mesaj göndərərək deyirik ki, Azərbaycan Respubli...

Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

22-06-2018-11-15 Xəbərlər

Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

İyunun 22-də Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim...

Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

22-06-2018-10-57 Xəbərlər

Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölk...

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

22-06-2018-10-17 Xəbərlər

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

“Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında futbol üzrə Çempionl...

“Facebook” pullu olacaq?

22-06-2018-10-37 Xəbərlər

“Facebook” pullu olacaq?

“Facebook” sosial şəbəkəsi qruplarda ödənişli qeydiyyatı tətbiq edir.

İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22-06-2018-09-58 Xəbərlər

İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 iyun tarixindən etibarən valyuta məzənnələrini açıql...

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

22-06-2018-09-38 Xəbərlər

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən r...

Ötən günün mənzərəsi

22-06-2018-09-00 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi y...

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

21-06-2018-19-50 Xəbərlər

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıva...

Naxçıvanda ekspertlərin görüşü keçirilib

21-06-2018-19-20 Xəbərlər

Naxçıvanda ekspertlərin görüşü keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” təd...

Ali Məclisin Sədri sərəncam imzaladı

21-06-2018-18-45 Xəbərlər

Ali Məclisin Sədri sərəncam imzaladı

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “...

Naxçıvanda ümumi daxili məhsulun istehsalı bir milyard manata yaxın olub

21-06-2018-18-39 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsulun istehsalı bir milyard manata yaxın olub

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən...

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

21-06-2018-18-23 Xəbərlər

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 21-də A...

“İndiyədək Naxçıvana gəlmədiyim üçün təəssüflənirəm”- misirli qonaq

21-06-2018-17-45 Xəbərlər

“İndiyədək Naxçıvana gəlmədiyim üçün təəssüflənirəm”- misirli qonaq

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirində iştirak edən Yaxın Şə...

“Rusiya 2018”: Danimarka-Avstraliya matçında səkkizdəbir final mərhələsinin üçüncü iştirakçısı bəlli ola bilər

21-06-2018-16-45 Xəbərlər

“Rusiya 2018”: Danimarka-Avstraliya matçında səkkizdəbir final mərhələsinin üçüncü iştirakçısı bəlli ola bilər

İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının V...

“Visa” və “Master Card” ödəmə sistemləri daxili barmaq izi skanerinə malik olacaq

21-06-2018-17-18 Xəbərlər

“Visa” və “Master Card” ödəmə sistemləri daxili barmaq izi skanerinə malik olacaq

Ödəmə sistemləri üzərində təkmilləşdirmə işləri davam edir. Bu, rəqəmli texnolog...

Naxçıvan Dövlət Universitetində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib

21-06-2018-16-02 Xəbərlər

Naxçıvan Dövlət Universitetində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib

“İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqə...

Danimarka və Avstraliya yığmalarının start heyətləri açıqlanıb

21-06-2018-15-46 Xəbərlər

Danimarka və Avstraliya yığmalarının start heyətləri açıqlanıb

Rusiyadakı dünya çempionatında C qrupunda üz-üzə gələcək Danimarka və Avstraliya...

Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

21-06-2018-15-21 Xəbərlər

Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqla...

Azərbaycana yay fəsli daxil olub

21-06-2018-14-32 Xəbərlər

Azərbaycana yay fəsli daxil olub

Bu gün saat 14:07-də Azərbaycana yay fəsli daxil olub.

Günəşdə partlayış baş verib

21-06-2018-14-13 Xəbərlər

Günəşdə partlayış baş verib

İyunun 21-i səhər saatlarında Günəşdə partlayış qeydə alınıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

21-06-2018-13-54 Xəbərlər

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

İyunun 21-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib....

Türkiyə dənizdə külək enerjisi stansiyası qurur

21-06-2018-13-39 Xəbərlər

Türkiyə dənizdə külək enerjisi stansiyası qurur

Türkiyə hökuməti ilk dəfə olaraq dənizdə külək enerjisi (offshore) stansiyası qu...

Çində gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb

21-06-2018-13-24 Xəbərlər

Çində gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb

Yunan universiteti nəzdində fəaliyyət göstərən optik-elektron texnologiyalar üzr...