Bu gün Naxçıvan şəhərində müxtəlif sənət növləri ilə məşğul olan ustalar, bu ustaların fəaliyyət göstərdiyi emalatxanalar çoxdur. Ara-sıra belə emalatxanalardan yolumuzu salanda son illərdə muxtar respublikada sənətə və sənətkara göstərilən diqqət və qayğının müsbət nəticələrinin şahidi olur, müxtəlif xalq sənətkarlığı növləri üzrə ərsəyə gələn sənət nümunələrinə böyük heyranlıqla tamaşa edirik. Sevindirici haldır ki, əvvəllər unudulmaqda olan xalq sənətkarlığı sahələri bu gün dirçəldilir və bu sənətlərin gələcək nəsillərə ötürülməsi üçün bir sıra işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı, 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilməsi buna parlaq sübutdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci ildə Naxçıvanda xalq yaradıcılığı sərgisinin açılışında çıxış edərək demişdir: “Milli dəyərləri yaşatmaq xalq tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə, milli dəyərlərinə istinad etməlidir”. 
Bütün bunlar ona görə edilir ki, böyük istedada malik olan xalqımızın tarixin dərin qatlarından süzülüb gələn sənət bulaqları tükənməsin, daim çağlasın, insanlara zövq bəxş etsin. 
Ötən günlərdə yolumuzu belə ünvanlardan birinə – Naxçıvan şəhərində yerləşən xalq yaradıcılığı emalatxanasına saldıq. Qeyd edək ki, bu ünvan bir neçə sənət növü üzrə emalatxanaları özündə birləşdirir. Bura daxil olan hər kəs qaynar iş prosesinin şahidi olur. Bir otaqda xalçaçı qızların qurduğu hanalar görünür, o biri tərəfdə isə ağacoyma sənəti ilə məşğul olan ustaların dəzgahlarından çıxan səslər eşidilir. Ağacoyma ustalarının emalatxanalarından müxtəlif ağac növlərinin kəsilməsindən yaranan rayihə, boya, yapışqan qoxusu gəlir. İnsan özünü əsrlər öncəsində, qədim bir şəhərin sənətkarlıq məhəlləsində hiss edir. Bu ilk təəssürat bizdə burada görülən işlərlə maraqlanmaq, el sənətkarlarının iş prosesi ilə tanış olmaq marağı yaradır.

Emalatxanalardan birində ağac­oyma sənəti ilə məşğul olan Şahin Həsənovla qarşılaşdıq. Onunla həmsöhbət olduq. Söhbət zamanı məlum oldu ki, atası ilə birgə çalışdığı bu emalatxana onlara bir neçə il öncə dövlətimiz tərəfindən verilib. Onun bu sənətə yiyələnməsində atasının rolu böyük olub. Hazırda 31 yaşı olan Şahin 15 yaşından bu sənətlə məşğul olur. Atası Akif Həsənzadə Naxçıvanın bu sahədə ən tanınmış sənətkarlarındandır. 

Şahin ustanın dediklərindən: “Uşaq vaxtlarımda atam məni tez-tez özü ilə birlikdə iş yerinə aparardı. Hələ o vaxtlar balaca taxta parçalarının üzərində cızma-qara edərdim. Sonralar taxtadan müxtəlif fiqurlar hazırlayar, cürbəcür modellər düzəltməyə çalışardım. Zaman keçdikcə bu sənətə marağım daha da artdı, ona görə də atamla birlikdə işləməyi qərara aldım. İlk əl işimi ən əziz xatirə əşyası kimi hələ də saxlayıram”. 
Şahin usta onu da dedi ki, ağac­oyma sənəti çətin sənətdir və insandan böyük zəhmət, həvəs, dəqiqlik, ən əsası da bacarıq tələb edir. Ola bilər ki, uzun müddət bu işlə məşğul olub bütün incəlikləri öyrənəsən, ancaq əgər istedadın yoxdursa, bu sənətin zirvəsinə yüksəlmək, öz əl işlərinlə insanları heyrətləndirmək qeyri-mümkündür. Başqa sözlə, ağacdan əl işini çox adam düzəldər, ancaq az sayda insan ağacdan düzəltdiyi əşyada öz düşüncələrini, dünyagörüşünü, hər hansı bir ideyanı əks etdirə bilər. Bütün sənətlər insanları düşündürmək üçün yaranıb. Ağacoyma sənətinin də dərinliklərinə varanda görürsən ki, əlində yonduğun ağacın hər bir hissəsində bir-birinə bənzəməyən min cür naxış var. Təbiətin yaratdığı bu mükəmməl bənzərsizliyin içində əgər bu sənətlə məşğul olan usta özünü tapa bilirsə, demək, o sənətin sirli-sehrli dünyası da onun üçün sonuna qədər açılıb. Yox, əgər əlindəki ağac parçasına yalnız cansız bir əşya kimi baxılarsa, onda nə qədər üzərində zəhmət çəkilsə də, arzulanan nəticə əldə olunmayacaq. Yəni o bir ağac parçası kimi də qalacaq. Bu mənada, sənətkar bütün varlığıyla gördüyü işə, əlindəki ağac parçasının bir sənət nümunəsinə çevriləcəyinə inanmalıdır. Bax elə o zaman hər şey istədiyin kimi olacaq.
Ağac ustaya tez tabe olan, tez yonulan, tez işlənə bilən materialdır, ancaq hansı növ ağacı hansı işdə istifadə edəcəyini də bilməlisən. Hər bir ağacın öz tonu, öz ağırlığı, öz nəfəsi var. Burada təxəyyül çox söz deyir. Rənglərin sirrinə hakim olan bir ustanın əlindən çıxan sənət əsərinin uğur qazanacağı da şübhəsizdir. 
Sərgilərdə tamaşaçıların reaksiyasını izlədiyini deyən Şahin usta qeyd etdi ki, insanların ağacdan düzəltdiyi işlərə baxıb yaxşı sözlər deməsi onu çox sevindirir. O zaman hiss edir ki, bir sənətkar kimi insanlara lazımdır.
Müasir dövrdə alətlərin, boyaların da çox kara gəldiyini deyən Şahin bildirdi ki, indi bunlar sayəsində ustaların işi çox asanlaşıb. Alətlər, boyalar, yapışqanlar əlçatandır və tez tapmaq olur. Ancaq onlardan da yerində istifadə etmək lazımdır. Əgər bir boyadan həddindən artıq istifadə etsən, o iş süni alınacaq və mağazalarda satılan sənaye üsulu ilə hazırlanan əşyalardan heç nə ilə fərqlənməyəcək. Bir sözlə, ərsəyə gətirdiyin hər bir sənət nümunəsində insanın yaradıcılıq həvəsi və duyğuları öz əksini tapmalıdır. Əgər bunu bacarırsansa, demək, sənətdə hər hansı bir mərhələni adlaya bilmisən. 
Onu da qeyd edək ki, hər il ölkəmizin paytaxtı Bakı şəhərində, eləcə də xalq yaradıcılığının inkişaf etdirildiyi Lahıc və Şəkidə Şahin Həsənovun sənətkarlıq nümunələri nümayiş etdirilir. Ancaq onun sənət üfüqləri ölkəmizin sərhədləri ilə məhdudlaşmayıb. Onun əsərləri Fransada, İran İslam Respublikasında müxtəlif sənət sərgilərində nümayiş olunub. Naxçıvan Muxtar Respublikasında da təşkil edilən el şənliklərində, sərgilərdə Şahin ustanın əl işlərinə böyük maraq göstərilir. 
Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə, milli dəyərlərinə istinad etməlidir. Hər bir xalqın tarixi onun yaratdığı sənətkarlıq nümunələrində yaşayır. Xalq sənəti bəşəriyyətin ilkin yaranış dövründən başlayaraq bu günə kimi müxtəlif inkişaf mərhələləri keçib. Əl əməyi ilə hazırlanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Bu gün Naxçıvanda milli dəyərlərimizin tərkib hissəsi olan xalq sənətkarlığı sahələrinin bərpa olunması da bu torpaqda tarixən formalaşmış zəngin tarixi-mədəni irsin yaşadılması kimi mühüm məqsədə xidmət edir. Sevindirici haldır ki, indi muxtar respublikada el sənətlərini yaşadan, xalqımızın min illər ərzində formalaşan bədii-estetik zövqünü öz əsərlərində əks etdirən gənclərimiz çoxdur. Bütün sənət növlərinə gənclərin marağının artması isə bu sahəyə göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Min illərin yadigarı olan xalq sənətkarlığı bu gün olduğu kimi, gələcəkdə də yaşadılacaq, nəsildən-nəslə qiymətli bir miras kimi ötürüləcəkdir.

Nail ƏSGƏROV

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...

Mən İstanbulda Naxçıvanı gördüm

11-12-2018-15-22 Xəbərlər

Mən İstanbulda Naxçıvanı gördüm

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz.

Sədərəkdə monitorinq keçirilib

11-12-2018-14-46 Xəbərlər

Sədərəkdə monitorinq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti S...

Naxçıvanda sabaha olan hava proqnozu

11-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Nakhchivan news - VİDEO

11-12-2018-14-00 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...