Turizm sektorunun inkişafı üçün aşağıdakı şərtlərin olması vacibdir: mövcud təbii-coğrafi şərait, zəruri infrastruktur, sabitlik, zəngin tarixi-mədəni irs, yüksək xidmət, münasib qiymət və sair.

Bu amillərin hər birini özündə birləşdirən Naxçıvan Muxtar Respublikasında çoxşaxəli turizm imkanları vardır. Dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək isə bu sahənin inkişafını daha da sürətləndirib. Ötən il martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində, xüsusilə muxtar respublikanın turizm potensialının təbliği sahəsində ardıcıl tədbirlər görülür.

Turizm elə bir sahədir ki, davamlı təbliğat işlərinin aparılmasını şərtləndirir. Mövsümün başlandığı bir vaxtda muxtar respublikanın turizm potensialını təbliğ etmək, eləcə də turizmi canlandırmaq, yeni partnyorlar qazanmaq, xarici turizm firmaları ilə əlaqələri gücləndirmək mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aprel ayında “Nəqşicahan Holdinq” tərəfindən qədim diyara info-tur təşkil edilib. İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr və Küveytdən, eləcə də paytaxt Bakıdan, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.

Naxçıvana təşkil edilən info-tur həm xarici, həm də yerli turizm firmalarının fəaliyyətlərini genişləndirmələri üçün bir stimul oldu. Digər tərəfdən, muxtar respublikanın turizm potensialının təbliğinə şərait yaratdı. İnfo-tur iştirakçılarının geri döndükdən sonra sosial şəbəkələrdə Naxçıvan təəssüratları barədə yazdıqları statuslar, paylaşdıqları çoxsaylı fotoşəkillər və videogörüntülər də bunu bir daha təsdiq edir. 

“Travel news” saytının əməkdaşı Rəhim Qədirov infoturdan hazırladığı 3 hissəli videonu paylaşıb. Videolarda Naxçıvanın turizm ehtiyatlarından bəhs edilir, Əlincəqala, Batabat yaylağı, Əshabi-Kəhf, Duzdağ, Açıq Səma altında muzey haqqında məlumat verilir. Facebook səhifəsində çəkdiyi fotoları da paylaşan Rəhim Qədirov yazır: “Naxçıvan turizm üçün ideal məkandır. Sakit və təmiz küçələr, müalicə mərkəzləri, tarixi məkanlar, dırmanma və alpinizm üçün şərait, müxtəlif otel və restoranlar... Ümumiyyətlə, çox bəyəndim. Hətta ən ucqar kəndlərdə belə təmirli məktəblər var. Qanunlar işləyir. Demək olar ki, yolların hamısı təmirli idi. Havası, insanları da gözəl".

İnfotur iştirakçısı Murad Karamov da öz facebook səhifəsində Naxçıvanla bağlı fotolar paylaşıb, səfər təəssüratlarını bölüşüb: "Əlincə qalası döyüş tariximizin qürurverici səhifələrindəndir. Onu görüb hiss etmək məncə hər bir azərbaycanlının borcudur. Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir".

"Naxçıvan bizi artıq 1-ci gündən təəccübləndirə bildi. Duzdağ mağarası və Möminə xatın türbəsini hər bir azərbaycanlı görməlidir", - bunu isə Mircavid Həsənov öz səhifəsində Naxçıvanla bağlı fotolar paylaşarkən yazıb.

Kavkaz.ws saytının əməkdaşı Günel Həsənova Naxçıvana təşkil edilən infoturla bağlı rus dilində məqalə dərc etdirib. Duzdağ otel və Duzdağ Fizioterapiya mərkəzinin imkanlarından yazan müəllif həm də əyani olaraq oxucuları fotolar vasitəsilə də bəhs etdiyi məkanlar barədə məlumatlandırır. “Naxçıvan-Nuhun yurdu, Azərbaycanın qədim torpağı” sərlövhəli məqalədə müəllif oxucularını qiyabi də olsa, Naxçıvana səyahətə aparır: “Naxçıvan nəinki Azərbaycanın, dünyanın ən qədim şəhərlərindən biridir. Şəhərin Nuh peyğəmbər tərəfindən əsasının qoyulması barədə məlumatlar mövcuddur. Naxçıvanı cəsarətlə açıq səma altında muzey adlandırmaq olar. Burada müxtəlif əsrlərə aid Şərq memarlığının nadir inciləri qorunub saxlanılır. Bu tarixi abidələr şəhərin müasirliyi ilə vəhdət təşkil edir”.Sonra müəllif XII əsr yadigarı olan Mömünə Xatun türbəsi, Xan sarayı, Əlincə qala haqqında söhbət açır, Əshabi-Kəhf əfsanəsini nəql edir. Naxçıvanqala və Nuh peyğəmbərin qəbirüstü abidəsi ilə bağlı məlumatları oxucularının diqqətinə çatdırır: “Naxçıvanda Nuh peyğəmbərlə bağlı çoxlu rəvayətlər dolaşmaqdadır.  Ümumdünya tufanı zamanı Nuhun gəmisi Haçadağa toxunub və Qapıcığın zirvəsində məskən salıb. Ətraf ərazilərdə Nəbi yurdu, Nuhdaban və digər toponimlər  bu yerlərin Nuhla bağlılığına dəlalət edir. Muxtar respublikanın turizm potensialından geniş bəhs edən müəllif daha sonra yazır: “Naxçıvanın təbiəti də gözəldir. Ərazi dağlıqdır, çoxlu sayda çaylar, mineral bulaqlar, meşələr mövcuddur. Şəhərin yaxınlığında Uzunoba İstirahət Kompleksi fəaliyyət göstərir. Çimərliyin sahil xətti 280 metrə çatır. Burada istirahət məqsədilə hər cür şərait yaradılıb. Batabat kurort zonası isə Naxçıvan şəhərindən təqribən 62 km məsafədə yerləşir. Dağ havası, mineral bulaqları, gözəl iqlimi və əsrarəngiz peyzaj insanın əhvalına gözəl təsir edir. Batabat yaylağı dəniz səviyyəsindən 2500 metr hündürlükdədir. Bu gölün üzən adası onu qeyri-adi edir. İstirahətin ən yaxşı ünvanlarından biri də Ağbulaq İstirahət Mərkəzidir. Təmiz dağ havası və oteldəki rahatlıq turistlərin yaxşı istirahət etməsinə zəmanətdir”,deyə Günel Həsənova sonda Naxçıvanı yaxından tanımağa imkan yaradan info-turun təşkilatçılarına öz təşəkkürünü bildirir.

İrandan gəlmiş infotur iştirakçıları da səyahət etdikləri turizm obyektlərindən çəkdikləri fotoları və Naxçıvanla bağlı məlumatları öz səhifələrində yerləşdiriblər. Tehranın “Xətte-sahili” turizm şirkətinin səhifəsində müxtəlif ünvanlardan çəkilmiş fotolar yer alıb.

“AFF travel” şirkəti tərəfindən Duzdağ Fizioterpaiya Mərkəzinin müalicə imkanlarından bəhs edən 10 min ədəd buklet hazırlanaraq turizm obyektlərinə göndərilib.

İnfo-tur iştirakçısı Ruslan Quliyev Naxçıvanın turizm obyektlərindən şəkillər çəkərək öz səhifəsində paylaşıb. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Global Sağlamlıq Turizm Təşkilatının vitse prezidenti Ruslan Quliyev Sankt-Peterburqda, Qazaxıstanda turizmlə bağlı keçirilən tədbirlərdə, İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda “Qlobal Sağlıq Turizmi Forumu”nda Duzdağla bağlı geniş təbliğat işləri aparıb. Azərbaycanın turizm potensialı ilə bağlı nəşrlərdə Duzdağa ayrıca yer verilib.

“Berq travel” şirkəti tərəfindən info-turdan sonra Naxçıvana turlar təşkil edilib. Əshabi-Kəhf Dini Mədəni Abidə Kompleksinə və muxtar respublikanın digər dini turizm obyektlərinə növbəti tur may ayının 19-na planlaşdırılıb.

Naxçıvan öz tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələri yaradan sənətkarları, qonaqpərvərliyi, sabitliyi ilə dünyanın istənilən ölkəsindən gələn turisti heyrətləndirməyə qadirdir.

Turizm ümumxalq işidir. Hər birimiz Naxçıvanın təbliğinə çalışmaqla, bu məqsədlə sosial şəbəkələrdəki imkanlarımızdan istifadə etməklə turizmin muxtar respublika iqtisadiyyatındakı rolunu gücləndirə və Azərbaycanın bu qədim və gözəl guşəsinin daha geniş miqyasda tanınmasına töhfəmizi vermiş olarıq. Turizmin inkişafı Naxçıvan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə dəstəkdir. Gəlin, Naxçıvanın təbliği istiqamətində həmrəy olaq, gücümüzü, vətənpərvərliyimizi nümayiş etdirək.

Ruhiyyə Rəsulova

NTV Xəbər

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...

Mən İstanbulda Naxçıvanı gördüm

11-12-2018-15-22 Xəbərlər

Mən İstanbulda Naxçıvanı gördüm

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz.

Sədərəkdə monitorinq keçirilib

11-12-2018-14-46 Xəbərlər

Sədərəkdə monitorinq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti S...

Naxçıvanda sabaha olan hava proqnozu

11-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Nakhchivan news - VİDEO

11-12-2018-14-00 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...