Dövlətləri bir-birindən fərqləndirən rəmzləri olduğu kimi, xalqları da bir-birindən fərqləndirən milli dəyərləridir. Milli dəyərlər sisteminə geyimlər də daxildir. Hər bir milli geyim məxsus olduğu xalqın milli ruhunu səciyyələndirir. Azərbaycan xalqı milli geyimlərinin zənginliyi və özündə bir çox xüsusiyyətləri ehtiva etmək baxımdan olduqca dəyərli irsə malikdir. Hansı ki bu irs tarixən xalqın milli ruhunu, estetik duyumunu və sənətkarlıq məharətini özündə cəmləşdirib. Əksər sənətkarlıq nümunələrində olan elementlər milli geyimlərdə də öz əksini tapıb. Hətta abidələrimizdəki ornamentlərə də milli geyimlərimizdə rast gəlmək mümkündür. Bu mənada milli geyimlərimiz həm də yaddaş rolunu oynayıb. Bu geyimlərdə xalqımızın maddi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək motivləri, toxuculuq və digər elementlər əks olunur. Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi. Deməli, bir sıra geyimlər bir növ zərgərliyi də özündə birləşdirib. 
Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiqliyini tarixi proseslərin müəyyən dövrlərində, milli dövlətçiliyimizin mövcud olmadığı dövrlərdə belə nümayiş etdirmişdir. Milli dəyərlərimizin ayrılmaz bir parçası kimi, milli geyim nümunələrini vətənpərvər ziyalılar öz yaradıcılıqlarında yaşadıblar. Ədəbiyyatda, aşıq yaradıcılığında, bədii filmlərimizdə, həmçinin rəssamların çəkdiyi rəsmlərdə milli geyimlərimizlə bağlı ətraflı məlumat əldə edə bilirik. Bu baxımdan, rəssam Bəhruz Kəngərlinin əsərləri olduqca təqdirəlayiqdir.
Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmışdır. 
İpək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyü olan kəlağayıya Azərbaycanın qərb zonasında “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır.


Başına örtübdür kəlağayı gəzər, 
Əyri tel üstündən qızıl düymələr. 
Belinə yaraşıb zərbafdan kəmər, 
Çəpkənli, çarqatlı ağ bədən gəzər. 
(A.Tufarqanlı) 


Gah zaman başına tirmə şal bağlar, 
Gah olur ki, zülf gizləyib, xal bağlar.
Kəlağayı qabağına al bağlar
Yaşılın altından, ağın üstündən, 
(M.P.Vaqif)


Olduqca zərif, göz oxşayan baş örtüyü- kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tiflis və digər beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.
Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. 
Kəlağayı sənəti 2014-cü ildə “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Kəlağayının-xalqımızın digər sərvətləri-muğam, aşıq, tar ifaçılıq sənəti, Novruz bayramı və xalçaçılıqla bir sırada dayanması heç də təsadüfi deyil. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar. Naxçıvan Muxtar Respublikasının demək olar ki, istənilən kəndində bu gün də qədim el sənəti nümunəsi olan xalça, bir də kəlağayılara mütləq rast gəlmək olar. Hətta deyərdim ki digər baş örtüklərindən fərqləndirən cəhətlərdən biri də budur ki, kəlağayıda ana-nənələrimizin xoş arzularla dolu laylalarını, xeyirxahlıq, qonaqpərvərlik, xeyrin şər üzərində qələbəsinə inam hissini aşılayan nağıllarımızın səsi duyulur. 
Bu gün evlərdə əgər kəlağayıya rast gəlinirsə, bu xalqımızın milli dəyərlərinə sadiqliyinin nümunəsidir, beynəlxalq səviyyədə qorunması üçün dövlətimiz tərəfindən müvafiq tədbirlər həyata keçirilirsə, bu, kəlağayı sənətinə davamlı ömrün bəxş olunması, nəsillərdən-nəsillərə ötürülməsi deməkdir.
Milli-mənəvi dəyərlərin, mədəniyyətin, ümumilikdə, xalqa məxsus böyük sərvətin qorunub saxlanılması tarixən Azərbaycan ictimai təfəkküründə milli ideya səviyyəli, aktual məsələlərdən biri olmuşdur. Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev "Bir gəncin manifesti" əsərində böyük əziyyətlə toxuduğu xalçanın - sənət incisinin əcnəbiyə qismət olmasını istəməyən Sona xalanın dili ilə demişdi: "İtə ataram, yada satmaram". Bu yanaşma, əslində, qəlbi Vətən eşqi ilə döyünən böyük Azərbaycan ziyalısının xalqın maddi-mənəvi sərvətlərinə necə böyük ehtiramla yanaşmasının, milli irsin qorunub saxlanılması vacibliyinin önə çəkməsinin əlamətidir. Bu bizik, tarixi köklərə və zəngin adət-ənənələrə malik Azərbaycan xalqı. Heç bir xalqın mədəni irsinə göz dikməyən, yalnız öz milli dəyərlərinə söykənərək tarix yaradan Azərbaycan xalqı. Mövzumuz kəlağayı idi. Milli geyimlərimizin ayrılmaz tərkib hissəsi-kəlağayı. Bu da danılmaz reallıqdır ki, hər dövrün öz tələbi və geyim tərzi var. Düzdür, indi baş örtüyündən o qədər də geniş istifadə olunmur. Lakin bu da bizə əsas vermir ki, milli geyimlərimizə, kəlağayıya laqeyd yanaşaq. 
Məlumat üçün onu da bildirək ki, yaxın vaxtlarda Naxçıvanda “Milli geyimlər” festivalının keçirilməsi nəzərdə tutulub. Festivalın əsas məqsədi milli geyim nümunələrimizi sərgiləməklə onu yad ünsürlərdən qorumaq, təbliğ etmək və gənclərə sevdirməkdir. 
Bu gün milli geyimlərimiz həm də  muzey ekspozisiyalarını bəzəyir. Folklor kollektivləri, muğam ifaçıları, aşıqlar milli geyimlərimizin daşıyıcılarıdır. El şənliyimiz-Novruz bayramında milli sərvətlərimizin, həmçinin, milli geyimlərimizin sehrinə düşürük. Demək olar ki, toy şənliklərinə-xınayaxdı mərasimlərinə də artıq milli geyimlərimiz daxil olmaqdadır. Bu, çox təqdirəlayiq haldır. Lakin biz bununla kifayətlənməməliyik. Mövzu əgər kəlağayıdırsa, sözümüz analaradır: Qızları gəlin köçürdüyünüz zaman cehizlik əşyalar içərisində kəlağayını Azərbaycan qadınının sədaqət, ismət, gözəllik simvolu kimi hədiyyə etməyi də unutmayın.

Ruhiyyə Rəsulova

"Avanqard" mədəniyyət portalı

23.05.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

17-06-2018-21-05 Xəbərlər

“DÇ-2018”: Son dünya çempionu Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb

İyunun 17-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gün...

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

17-06-2018-20-30 Xəbərlər

«Voice of Astana» beynəlxalq müsabiqəsində Azərbaycan təmsilçisi 3-cü yeri qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə «Voice of Asta...

“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb

17-06-2018-19-29 Xəbərlər

“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün ikinci o...

Göydə Allah, yerdə siz

17-06-2018-18-55 Xəbərlər

Göydə Allah, yerdə siz

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər ...

“Rusiya 2018”: Serbiya millisi Kosta-Rikanı minimal hesabla məğlub edib

17-06-2018-18-01 Xəbərlər

“Rusiya 2018”: Serbiya millisi Kosta-Rikanı minimal hesabla məğlub edib

İyunun 17-də futbol üzrə XXI dünya çempionatının “E” qrupunun ilk oyunu keçirili...

Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

17-06-2018-15-31 Xəbərlər

Elton Hüseynəliyev: Naxçıvanda sənətə, sənətçiyə böyük hörmət var

Naxçıvan şəxsiyyətlər diyarıdır. Ulu öndərimiz məhz bu diyarda dünyaya göz açıb,...

Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

17-06-2018-14-03 Xəbərlər

Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

NUHÇIXAN xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə ...

Naxçıvanda sabaha olan hava proqnozu

17-06-2018-13-33 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyun ayının 18-nə olan hava proqnozu açıqlanıb. ...

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17-06-2018-13-02 Xəbərlər

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür.

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

17-06-2018-12-32 Xəbərlər

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşları ölkəmizdə yaradılmış seçki məntəqəsində səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə baş...

Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

17-06-2018-12-01 Xəbərlər

Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

ABŞ nüvə silahının ləğvi ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) ...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

17-06-2018-11-32 Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri...

Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17-06-2018-11-01 Xəbərlər

Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məktubundan çıxarılmış şəkil ...

Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar

17-06-2018-10-29 Xəbərlər

Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və ...

Bu gün futbol üzrə dünya çempionatında üç oyun keçiriləcək

17-06-2018-09-59 Xəbərlər

Bu gün futbol üzrə dünya çempionatında üç oyun keçiriləcək

Futbol üzrə dünya çempionatının dördüncü günündə – iyunun 17-də üç oyun keçirilə...

Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

17-06-2018-09-31 Xəbərlər

Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

Türkiyə 2018-ci ildə 40 milyonadək xarici turist qəbul etməyi planlaşdırır.

Misir yığmasının oyunçusu Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

17-06-2018-08-59 Xəbərlər

Misir yığmasının oyunçusu Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

Misirin yığma komandasının hücumçusu Məhəmməd Salah futbol üzrə dünya çempionatı...

Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

17-06-2018-08-32 Xəbərlər

Cemal Qamaxariya: TANAP kimi layihələr Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək

“TANAP” layihəsi strateji əhəmiyyətli, gələcək inkişafa, sülhə və təhlükəsizliyə...

DÇ-2018: Xorvatiya yığması Nigeriyanı məğlub edib

17-06-2018-00-50 Xəbərlər

DÇ-2018: Xorvatiya yığması Nigeriyanı məğlub edib

Xorvatiya yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Nigeriya ko...

“Rusiya 2018”: meydançaya Xorvatiya-Nigeriya komandaları çıxıblar

16-06-2018-23-31 Xəbərlər

“Rusiya 2018”: meydançaya Xorvatiya-Nigeriya komandaları çıxıblar

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün sonuncu – dörd...

Naxçıvanın 2018-ci il Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert olub - YENİLƏNİB

16-06-2018-23-04 Xəbərlər

Naxçıvanın 2018-ci il Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert olub - YENİLƏNİB

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətil...

Danimarka millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

16-06-2018-22-22 Xəbərlər

Danimarka millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

Danimarka milli komandası Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələ...

Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

16-06-2018-20-16 Xəbərlər

Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

İyunun 16-da Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışları davam edib.

“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib

16-06-2018-19-45 Xəbərlər

“Rusiya 2018”: Argentina-İslandiya oyununda qalib müəyyənləşməyib

“Rusiya 2018”in üçüncü günündə “D” qrupunda yer alan Argentina və İslandiya mill...

Ahıllar Ağbulaq istirahət mərkəzində olublar

16-06-2018-19-15 Xəbərlər

Ahıllar Ağbulaq istirahət mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Ahıllar evi sakin...

Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər

16-06-2018-18-41 Xəbərlər

Elton Hüseynəliyev və Əli Pormehr Naxçıvanda konsert veriblər

NUHÇIXAN xəbər verir ki, bu gün saat 17:00-da Naxçıvan şəhərindəki Əcəmi seyrəng...

“Çınqıllı” qazlı su istehsal edəcək

16-06-2018-18-26 Xəbərlər

“Çınqıllı” qazlı su istehsal edəcək

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayonunun Keçili kəndində yerləşən “Çınqıllı Bul...

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

16-06-2018-17-49 Xəbərlər

Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ilk səsvermə gömrük-...

Naxçıvanda Polis Məktəbi tikilir

16-06-2018-17-23 Xəbərlər

Naxçıvanda Polis Məktəbi tikilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Naxçıvan M...