Ordubad rayonu tarixən meyvəçilik diyarı kimi tanınıb. Təsadüfi deyil ki, bu qədim yurd yerini “Bağlar diyarı” adlandırırlar. Buraya yolu düşən turist və səyyahlar Ordubad meyvələri haqqında yüksək fikirlər söyləmiş, hətta buradan dünyanın bir çox ölkələrinə müxtəlif tinglər aparmışlar. 

Qədim mənbələrdə, yazılı kitabələrdə də Ordubad və onun meyvələri haqqında ətraflı məlumatlar verilir. Fransız etnoqraf İ.İ.Şopen (1798–1870) Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə, coğrafiyasına həsr etdiyi əsərində əla meyvələri-üzümü, əriyi, şaftalısı, albuxarası, heyvası olan Ordubadın Qafqazda, hətta Şərqdə şöhrət tapdığı, həmçinin sağlam iqlimi haqqında məlumat vermişdir.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani isə “Bustanus-səyahət” (Səyahət gülzarı) kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağı vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlamlıq verir”...

Sovet dönəmində Ordubad respublikanın ən iri meyvəçilik rayonlarından olub. XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən 40-dan artıq ərik növünün çoxu Ordubadın payına düşürdü. İlkin mərhələdə illik istehsal gücü 400 min şərti banka olan Ordubad Konserv Zavodu istifadəyə verilmişdi. Dəfələrlə Ordubadda yetişdirilmiş meyvələr dünyanın bir çox sərgilərində nümayiş etdirilmiş, ən yüksək mükafatlara layiq görülmüşdür. Ordubad öz quru meyvələri (qaysava, qaysı, alana, basdıq və s.) ilə də məşhurdur. Burada meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb.

Ordubadlıların başlıca məşğuliyyət sahələrindən biri də limon yetişdirmələridir. Rayon  sakinləri quru və kontinental iqlim şəraitində yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib. Ordubad torpağında yetişdirilən digər meyvələr kimi, limon da özgə keyfiyyətə, dada-tama malikdir, tərkibi qələvi elementləri və bir çox vitaminlərlə zəngindir.

Ordubad limonunu fərqləndirən əsas cəhət onun tərkibində efir yağları və mineralların zəngin olmasıdır. Buna da əsas səbəb torpağın faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığıdır. Ona görə də Ordubad limonunun bir ədədi 5-15 manat arası satılır. İşdir, əgər Ordubad limonunu aparıb başqa yerdə becərmək istəsən, arzuladığın məhsulu almağa çətin nail olarsan. Ağac bar versə də, Ordubad limonunun dadını verməyəcək. Bu limon sırf Ordubada və ordubadlılara məxsusdur. Onlar bu meyvənin yetişdirilməsinin dilini yaxşı bilirlər. Uzun illərdir, bir ənənə kimi nəsildən-nəslə ötürülür. Hər ailə limonçuluq təsərrüfatı ilə məşğul olmasa da, evinin, həyətinin bir guşəsində bir dənə də olsa, limon dibçəyinə rast gələrsən. Sanki bir simvol kimi xoş ətilri limon Ordubad evlərini bəzəyir. Ordubadlıların dediyinə görə, qız köçürtdükləri zaman cehizə limon ağacı da əlavə olunar. Ordubadlılar limonu həm də bərəkət simvolu kimi qəbul edirlər.

Ordubad  limonu görünüşü və rəngi ilə də digər limonlardan fərqlənir. Olduqca saf və şəffaf görüntüyə malikdir. Təcrübəli aqronom Zahid Əkbərovun dediyinə görə, iki növ limon yetişdirilir: biri yumrusov, nazik qabıqlı, digəri uzunsov, nisbətən qalın qabıqlıdır. Hər ikisi  ata- baba sortlarımızdır.

Ordubad limonu həm dibçəkdə, həm də torpaqda yetişdirilir. Zahid Əkbərovun sözlərinə görə, dibçəkdə yetişdirilən limon daha keyfiyyətli olur.  Dəriləndən sonra sərin yerdə 15-20 gün saxladıqda keyfiyyətini itirmir. Digər limonların qabığı acı və qalın olduğu halda Ordubad limonunun qabığı xeyli zərif və tamlıdır. Qabıqlı halda da yemək mümkündür.  Yaxşı qulluq edildikdə limon ağacı ilin bütün fəsillərində çiçəkliyir. Bir ağacda həm göy limon, həm də yetişmiş limon olur.

Limon bitkisi o qədər həssasdır ki, gündəlik qulluq tələb edir.  Saxlandığı yerin temperaturu yayda 20-28, qışda 8-12 dərəcədən yüksək olmamalıdır. İstər istixanada, istərsə də limon ağacı saxlanılan evdə mütləq termometr qoyulur, temperaturu onunla tənzimlənir. Subtropik bitki olduğu üçün rütubəti sevər. Becərilməsində əsas etibarilə təbii gübrələrdən istfadə olunur. Lakin ilk yazda  cüzi miqdarda 10-15 qram azot gübrəsi və 50-60 qr fosfor gübrəsi vermək lazımdır. Çox sərin su ilə  suvarmaq olmaz.

Yaxşı qulluq edildikdə, yaxşı da məhsul götürmək olur. Tək limon deyil, həmçinin limon dibçəkləri də satışa çıxarılır. Üstündəki limon sayından asılı olaraq qiymətlər dəyişir. Zahid Əkbərovun sözlərinə görə, il ərzində təkcə limonçuluqdan 5000-6000 manat arası xalis gəlir əldə edir. Odur ki, bu sahəni oğluna da öyrədib. “Ordubadın nemətləri nədir? Cəviz mürəbbəsi, sucuq, alana, ərik qurusu, daha nələr. Təbii, bir də ki, limon. Nəvəm Moskvada oxuyur. Limonla cəviz mürəbbəsi göndərmişdim, o isə müəlliminə pay verib. Müəllimi etiraf edib ki, hələ mən nə belə dadda limon görmüşəm, nə də cəvizdən mürəbbə. Ümumiyyətlə, Ordubad torpağının yetişdirdiyi məhsulların şöhrəti çox yerdə məlumdur, – deyir Zahid Əkbərov.

Bununla belə, Ordubadda torpaqda kök salıb böyüyən limon ağacları da az deyil. Hündürlüyü 5 metrə çatan belə ağaclara Aşağı Əndəmic kənd sakini Rza Məmmədovun bağında rast gəlmək olar. O, 2003-cü ildən bu sahə ilə sıx məşğul olmağa başlayıb, indi də faydasını görür. Deyir ki, limon həm də sağlamlıq üçün faydalıdır. Limon vitamin C, kalsium, maqneziumla zəngindir. Bu bitkinin hər növ xərçəng xəstəliyini qabaqlayıcı təsiri sübut edilmişdir. Antibakterial olaraq iltihablara, infeksiyalara və göbələyə qarşı istifadə edilir. Həmçinin, çox yüksək qan təzyiqini nizama salır.

Rayonun Yuxarı və Aşağı Əndəmic kəndlərində limonçuluq daha geniş yayılıb. Ordubadda limonun əsas məskəni elə, demək olar ki, Əndəmicdir. Aşağı Əndəmic kənd sakini İsmayıl Əliyev deyir ki, gözümü açandan həyətimizdə limon görmüşəm. Atam bu sahə ilə məşğul olub. 20 ildən çoxdur ki, özüm də bu işlə məşğulam. Əvvəl 10-15 ağac idisə, dövlətin bu sahəyə ayırdığı kreditdən faydalanaraq, 4 ildə sayını 100 ağaca çatdırmışam. Onun dediyinə görə, hündürlüyü 3 metrdən yuxarı qalxan hər ağacdan il ərzində 300 ədəd limon götürür. Oğluna da bu peşəni öyrədib. “Moskavaya, Ukraynaya qədər limon göndərirəm, – deyir. Ukraynada da limon boldur, lakin portağal dadı verir. Bizim limonun yerini verməz. Ordubad limonunda heç bir meyvə qarışığı yoxdur. O qədər gözəl dadı var ki, qabıqlı da yemək olur. Bir otaqda kəsildisə, ətri dərhal ətrafa yayılar.  Ordubad limonuna bələd olanlar mümkün deyil ki, onu başqa limonla dəyişik sala. Yaşlı insanlar, təzyiqi yuxarı olanlar limonu yarı stəkan suya qatıb içirlər. Bu, qanı duruldur. Limondan digər məhsullar – şərbət və mürəbbə də hazırlanır. Düzdür, mürəbbə o qədər geniş şəkildə hazırlanmasa da, amma çox fərqli və gözəl  dada malik olur”.

Çay yorğunluğu aradan qaldıran vasitədir. Limonla içilən çay isə stressə və əsəb pozğunluğuna qarşı çox yaxşı təsir edir. İsti çayın içərisinə atılmış bir dilim limon sinirləri sakitləşdirir, əhvalı yüksəldir. Ordubad limonu ilə çay isə ayrıca  bir zövq verir. Ordubada gələsən, limonla çay içməsən, demək sən çox şey itirmisən. Şəhərin mərkəzində, qoca və uca çinarların altında Ordubad limonu ilə verilən çay süfrəsi üçün hətta muxtar respublikamızın başqa bölgələrindən də gəlirlər. Həmçinin muxtar respublikamıza gələn qonaqları qonaqpərvərlik əlaməti olaraq elə Ordubada aparanlar da az deyil. Rayon sakinlərindən  Babək Xəlilov və Nüsrəddin Yusifovla elə çay evində həmsöhbət oluruq. Uca çinarların kölgəsində, bir də Ordubadın tərtəmiz havasında heç nə yox, elə bir stəkan çay, qənd, bir də təbii, Ordubad limonu bəs edər ki, bu çay süfrəsi ətrafında vaxtını xoş, söhbətini şirin edəsən. Həmsöhbətlərimsə, Ordubad limonunu tərif etməkdən nə bezir, nə də usanırlar.  Deyirlər ki, Ordubad limonu Azərbaycanda yeganə məhsuldur. Bakıya, ya rayonlara getdikdə, limon aparmasaq, bizdən inciyirlər. Çünki tanıyanlar, bilənlər Ordubadı limonsuz təsəvvür etmir. Elə sovqat kimi də Ordubad limonu olduqca dəyərlidir.

Bəli, gilası, əriyi kiloqramlarla yığıb sizə verərlər, amma limonun bir, uzaqbaşı beş ədədini. Elə düşünməyin ki, ordubadlılar xəsisdir. Əsla. Ordubadlıların elə təkcə mürəbbəli, paxlavalı, şorqoğallı, şəkərburalı, saymaqla bitməyən naz-nemətlərlə dolu çay süfrələri bəs edər ki, mətbəxinin zənginliyinə və süfrə mədəniyyətinə heyran qalasan.

Ordubadda limon yetişdirmə ənənəsinin qorunması və bu ənənənin davam etdirilməsi ilə bağlı sahibkarlara ayrılan güzəştli kreditlər isə onu deməyə əsas verir ki, limonçuluq təsərrüfatları ilbəil genişlənəcək, çay süfrələrimiz Ordubad limonu ilə zənginləşəcəkdir.

Naxçıvanda milli mətbəximizi və əvəzsiz nemətlərimizi  təbliğ edən, tanıdan festivalların keçirilməsi artıq bir ənənə halını alıb. Elə bu yaxınlarda keçirilən ikinci “Göycə” festivalı kimi. Düşünürük ki, gələcəkdə Ordubad limonu ilə bağlı festival da bu məhsulun daha geniş miqyasda tanınmasına və Ordubadın özünəməxsus mətbəxinin təbliğinə xidmət etmiş olar. Bu cür festivallar həm də turizmin inkişafına da dəstəkdir.

Ordubadlılarda belə bir inam var ki, limona sahibindən başqası əl vursa, ağac küsər və bar verməz. Deyirlər ki, arı ailəsi və  bir də limon o qədər həssasdır ki, sahibini tanıyar. Biz də bu inama hörmət edirik. Təki məhsulumuz bol, çay süfrələrimizsə Naxçıvanın əvəzisiz nemətlərindən olan – Ordubad limonundan əskik olmasın.

 Ruhiyyə Rəsulova,

Naxçıvan Televiziyasının baş redaktoru

"Xalq qəzeti"  03.07.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...

Mən İstanbulda Naxçıvanı gördüm

11-12-2018-15-22 Xəbərlər

Mən İstanbulda Naxçıvanı gördüm

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz.

Sədərəkdə monitorinq keçirilib

11-12-2018-14-46 Xəbərlər

Sədərəkdə monitorinq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti S...

Naxçıvanda sabaha olan hava proqnozu

11-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Nakhchivan news - VİDEO

11-12-2018-14-00 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...