Dərələyəz sıra dağlarının cənub yamacında, Biçənək kəndindən şimalda elmi ədəbiyyatlarda haqqında heç bir məlumat olmayan altı mağara tapılmışdır.

Yeni tapılan mağaralarda ilkin geomorfoloji-geoloji tədqiqatlar aparılmış, süxurların tərkibi və yaşı, ayrı-ayrı mağaraların morfometriyası, mağara çöküntülərinin genetik tipləri müəyyən edilmişdir. Qədim peçeneqlərin yaşama ehtimalı güman olunan bu mağaralarda geomorfoloqlar, arxeoloq, speoloq, geoloq və s. mütəxəsislərin iştirakı ilə kompleks araşdırmalar aparılması tövsiyə edilir.

Açar sözlər: Mağara, peçeneqlər, intruziya, ştok, mineraloji tərkib

Biçənək mağaraları Naxçıvançay hövzəsinin yuxarı hissəsində, Biçənək kəndindən 3,2 km şimalda, Dərələyəz silsiləsinin cənub yamacında 5,5-24 milyon il əvvəl yaranmış Miosen yaşlı süxurlar içərisində formalaşmışdır. Okean səviyyəsindən 2360 ilə 2378 metr hündürlüklər arasında yerləşən altı mağaranın üçü Biçənək dərəsinə perpendikulyar yerləşən Kaha dərəsinin sağında, digər üçü isə solunda yerləşir (şəkil 1). Mağaraların yerləşdiyi antiklinoriumun cənub qanadı cənub-qərbə doğru 210-2500, şimal qanadı isə şimal-şərqə doğru 50-700 azimut istiqmətində uzanır. Cənub qanadın meylliyi 200, yuxarı hissədə 900-də, bəzi hissədə isə asılı yamac təşkil edir. Şimal qanadın meylliyi təxminən 300-dir.

Şəkil 1. Kaha dərəsindən ümumi görünüş

 

Ərazini təşkil edən süxurlar Biçənək qatına məxsus pladioklaz, biotit, arqit, maqnetit tərkibli andezit, eləcə də kvars, pladioklaz, biotit, maqnetit, apatit və sirkondan ibarət vulkanik tuflu brekçilərdən təşkil olunmuşdur. Onları birləşdirən sementin əsas tərkibi açıq boz rəngli vulkan külüdür və bu da təxminən süxur kütləsinin 90%-ni təşkil edir.

Relyefin ayrı-ayrı yerlərində andezit-dasit və andezit-bazaltdan təşkil olunmuş daykalar nəzərə çarpır. Miosenə məxsus Sarmat və Metois çöküntülər (7-12 milyon il əvvəl) Aşağı Pliosenə aid Akçaqıl, Kimmerli, Ponta məxsus(6-7 milyon il əvvəl) vulkanik çökmə süxurlarla əvəzlənir. Miosenin sonunda və Pliosendə tektonika yenidən artır və ərazini tutan dəniz tamamən çəkilir və onun yerində Aşağı Pliosenə aid Meotis-Pont kontinental çöküntüləri yaranır. Bundan sonra tədricən ərazidə çayların fəaliyyəti formalaşır və allüvial-prolüvial çökmə təbəqəsi yaranır. Dağəmələgəlmədə son proses 2 milyon il əvvəl başa çatır. 

Bəzi yerlərdə qraniosietli Miosenə məxsus qraniosietli süxurlar intruziv süxurlarla kəsilir və ştoka bənzər formalar yaradır.

İntruziyanın daxilində enlik və uzunluq istiqamətində iki uzantı və iki yuxarıda qeyd olunduğu kimi andezit-dasit və andezit-bazalt tərkibli dayka vardır. Tərkibində şəffaf dənəvərdən ibarət kvars, qeyri-düzgün dənəvərli maqnetit nəzərə çarpır.

Süxurun mineraloji tərkibi əsasən aşağıdakı kimidir: pladioklaz 1.10-0.06 mm, kalium-natriumlu çöl şpatı 0.04-0.08 mm, kvars  0.03-0.08 mm, maqnetit və piri 1.32 mm.                            

Dərənin sağında aşağıdan birinci mağaranın hündürlüyü təqribən 3,5 m, eni 4 m, dərinliyi isə 9,2 metrdir. Mağaranın giriş hissəsində o, şimal və şimali şimal- şərq olmaqla iki qola ayrılır. Tavanda və divarlarda ocaq izlərinin olması, eləcə də qalın kül təbəqəsi burada qədimdə yaşayış yeri kimi istifadə olunduğunu göstərir. Giriş hissədəki iri daşlar vaxtilə burada divar hörgüsünün mövcudluğunu göstərir (şəkil 2).

Şəkil 2. Birinci mağaranın giriş hissəsi

 

Birinci mağaranın ikinci salonunun giriş hissəsinin eni 2,7 metr, hündürlüyü isə 2,1 metrdir. Bu salonun qurtaracaq hissəsi 100-1100 şimala doğru istiqamətlənərək tədricən daralır.

Dərənin yuxarı hissəsində birinci mağaradan 40-45 metr daha yuxarıda nisbətən kiçik digər mağara mövcuddur. Sıldırım qayalar içərisində formalaşan bu mağara dik yamaclı əlçatmaz yerdə yerləşir. Çox ehtimal ki, daha hündürdə yerləşən, girişi-çıxışı olduqca çətin olan bu mağara gözətçi və ya müşahidə məntəqəsi üçün istifadə edilmişdir. Bu gün dağ qartallarının yuvasına çevrilən mağaranın tavanında yanmamış karbohidrogen və tüstü izləri göstərilən fikri təsdiq etməkdədir.

Bu mağaranın aşağı hissəsində orta debitli təbii bulaq mövcuddur. İrili- xırdalı belə bulaqlar dərənin yuxarı hissəsində birləşərək Naxçıvançayın sol qollarından biri olan Kaha çayını təşkil etməkdədir. Yeri gəlmişkən, dərənin aşağı hissəsində əhali tərəfindən Darı yeri adlanan daşlardan təmizlənmiş geniş yastı düzənlik sahə vaxtilə burada əkinçiliyin də müəyyən qədər inkişaf etdiyini göstərməkdədir (şəkil 3).

Şəkil 3. Dərənin sol mağaraları

Mağaranın qarşı tərəfində brekçilərdən təşkil olunmuş dik yamacda üç böyük mağara mövcuddur. Bir-biri ilə 30-400 bucaq altında birləşən iki mağara dərənin yuxarı hissəsində meylliyi 30-350 olan böyük bir sahədə birləşirlər. Birinci mağaranın uzunluğu 50, hündürlüyü təqribən 30, giriş hissəsinin eni isə 20-22 metrdir.

Sol yamacın ikinci mağarası yuxarıda təsvir olunan mağara ilə bu sahədə görüşür. Sahənin dərəyə yaxın hissəsində iri qayalardan müdafiə və mühafizə məqsədləri üçün sədd qurulmuş və bu sədd sonradan dağılmışdır. İkinci mağaranın aşağı hissəsində içəriyə keçmək üçün xüsusi qapı mövcuddur (şəkil 4). Düzbucaqlı şəkildə olan qapı qayalardan çapılaraq hazırlanmışdır. Qapının üst hissəsinə mağaranın divarlarından çapılmış bu gün də öz bütövlüyünü saxlamış daş kanal vasitəsilə su daxil olmuşdur. Qapının çıxış hissəsində bizim tərəfimizdən oxunması mümkün olmayan alban yazıları mövcuddur. Bu iki mağaranın birləşdiyi yerdə vaxtilə məbədin və ya mağaraların inanc yeri olduğunu göstərməkdədir. Bizcə, məbədə daş qapıdan keçən insanlar qapı üzərindən tökülən suyun altından keçməklə paklanırmışlar. Qapının alt hissəsində daşdan yonulmuş kiçik hovuz mövcuddur. Beləliklə, mağaraya daxil olan və mağaradan çıxan hər bir adam bu hovuzdan keçmək məcburiyyətində qalırdı.

Qapının digər maraqlı xüsusiyyəti onun çox hündürdə dik yamacda yerləşməsidir. Qapının aşağı hissəsinin hündürlüyü mağaranın giriş hissəsinin hündürlüyü ilə eynidir. Bu isə onu söyləməyə ehtimal verir ki, yuxarıda qeyd etdiyimiz sədd daxili hissədən torpaq və daşla doldurulmuş və sədd dağıldıqdan sonra doldurulmuş materiallar eroziyaya uğrayaraq çay vasitəsi ilə daşınmışdır.

Bizim fikirimizcə mağaranın insanları qədim türk tayfaları peçeneklər olmuşdur. Oğuz-bulqarların qərb qolu olan peçeneklər VI-XII əsrlərdə çox böyük ərazidə, Dunay çayından tutmuş Urala, Qərbi Avropa düzənliyindən Krım və Qafqaza qədər yaşamış və fəaliyyət göstərmişlər [3,7]. Onların əsas məşğuliyyəti köçəri heyvandarlıq olmuşdur. Bu gün mağaraların yerləşdiyi ərazi heyvandarlıq üçün ən əlverişli mövqedə, eləcə də möhtəbil iqlimə və zəngin yem bazasına malikdir.

Şəkil 4. Daşdan yonulmuş arx və daş qapı

 Mağaranın mədəni təbəqəsində tapılan maişət və ovçuluq əşyaları, eləcə də  mağara yaxınlığında okean səviyyəsindən 2130 metr hündürlükdə yerləşən peçeneqlərə məxsus qədim yaşayış yerinin xarabalıqlarında tapılan karvansara və su dəyirmanının qalıqları bizim bu fikri bir daha təsdiq etməkdədir (şəkil 5).

Şəkil 5. Mağaralardan tapılan məişət və ov əşyaları

 

Vaxtı ilə ərazini daha böyük təbii meşə arealı əhatə etmişdir [2]. Bu amil burada daimi məskunlaşmanı yaradan əsas səbəblərdən biri olmuşdur.

Qədim peçeneklər eyni zamanda mühüm karvan yollarının keçdiyi ərazilərə nəzarət etmişlər. Bu isə onlarda eyni zamanda ticarətin inkişafına, eləcə də oturaq həyat tərzinə keçməyə kömək etmişdir. Daha sonralar XII əsrdən başlayaraq peçeneqlər yerli oğuzlarla asimilyasiya olunmuş və tədricən islamı qəbul etmişlər [4]. Belə ki, qədim karvan yollarının əsas qollarından biri indiki Naxçıvan Muxtar Respublikasının ərazisindən, o cümlədən Biçənək aşırımından keçmişdir [5,6]. Yolun buradan keçməsinin başlıca səbəbi əlverişli mövqe ilə yanaşı isti dövrdə karvanların təchizatı üçün zəngin yem bazasının mövcudluğu, içməli su təminatı və təbii rekreasiya imkanları olmuşdur. Təsadüfü deyil ki, buna görə də Biçənək aşırımının cənub hissəsində bu günə qədər digər bir karvansaranın xarabalığı qalmaqdadır.

Bütün bu fikirlər mağaralardan daha sonralar karvansara kimi istifadə olunma ehtimalını artırır. İndiyə kimi ədəbiyyatlarda, tarixi mənbələrdə öz əksini tapmayan və bu gün də yerli əhali tərəfindən tanınmayan mağaralarda coğrafiyaçı speoloq, geoloq, geomorfoloqlarla yanaşı arxeoloq və tarixçilərin iştirakı ilə kompleks tədqiqat işləri aparılmalı, mağaralar elmi cəhətdən ətraflı tədqiq edilməli və turizm rekreasiya cəhətdən qiymətləndirilməlidir.

 

                                                           ƏDƏBİYYAT

 

  1. Азизбеков Ш.А. Геология Нахичеванской АССР. Москва, 1961. 502 с.
  2. S.Y.Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, Elm – 1999
  3. Очерки истрии СССР. Период феодолизма IX- XV Вв. I том. Москва  1953.
  4. Голубовский П. Печенеги, тюрки и половцы до нашестивия татар. Киев. 1884. (В архиве Географического Общества.Сан- Петербург.)
  5. Budaqov B.Ə. Böyük ipək yolu. Tarix və onun problemləri. Bakı- 1998, № 3
  6. Budaqov B.Ə. Türk dünyası. İpək yolu. 1998, № 1.
  7. Болшая Советская Энсиклопедия. Том 32. Москва, 1955.

 

 

БАБАБЕЙЛИ НАЗИМ, ГУРБАНОВ АЛИ,АГАЛАРОВ ВАГИФ, СЕИДОВ МУРСАЛ

РЕЗЮМЕ

БИЧЕНЕКСКИЕ(ПИЧЕНЕКСКИЕ) ПЕЩЕРЫ

На южных склонах хребта Даралаяз к северу от деревни Биченек находится шесть пещер, о которых в научных источниках не имеется никаких сведений. В новонайденных пещерах  проведены первичные геоморфолого–геологические исследования, определены состав и возраст пород, морфометрия отдельных пещер, генетические типы пещерных отложений. Предпологается  проживание древных печенеков в этих пещерах.

Предлагается проведение комплексных исследований в пещерах с участием геоморфологов, археологов, спеологов, геологов и др. специалистов.

Ключевые слова:  пещера, печенеги, интрузия, шток, минералогический состав

                                              

 

NAZIM BABABAYLI, ALI QURBANOV, VAQIF AGHALAROV, MURSAL SEIDOV

SUMMARY

Bichanak (Pichanaq) caves

In the south slope of the Daralayaz mountains, in the north of the Bichanak village, there were six caves found, which there wasn't any information in the scientific literacy about them. Firstly, the geomorphology-geological researches were done in the newly-found caves. On the other hand, the composition and age of rocks, mophometry of various caves, and the genetic types of cave sediments were determined.

There are several probabilities of the old pichanaqs living here in these caves before. The process of complex researches with the participation of different geomorphologists, archaeologists, speologs, geologists, and etc. is recommended. 

Key words: cave, pichanaqs, intrusion, stock, minerological composition.

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...

Mən İstanbulda Naxçıvanı gördüm

11-12-2018-15-22 Xəbərlər

Mən İstanbulda Naxçıvanı gördüm

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz.

Sədərəkdə monitorinq keçirilib

11-12-2018-14-46 Xəbərlər

Sədərəkdə monitorinq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti S...

Naxçıvanda sabaha olan hava proqnozu

11-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Nakhchivan news - VİDEO

11-12-2018-14-00 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...