"Azərbacan" qəzetinin 14 fevral 2017-ci il tarixli sayında qəzetin Baş redaktoru Əməkdar jurnalist Bəxtiyar Sadiqovun "Qələm kimin əlindədir" sərlövhəli məqaləsi dərc olunub. Naxcivantv.az məqalənin aktualığını nəzərə alaraq onu öz oxucularına təqdim edir.

Ədəbiyyat və jurnalistika!

Hər ikisi söz sənətidir!
Hər ikisi mənəviyyatla bağlıdır və mənəviyyata xidmət edir!
Hər ikisi “qələm”in məhsulu sayılır!
Əvvəlcə “qələm” məsələsinə aydınlıq gətirək. 
Qələm - insanın düşüncəsini, təfəkküründəkini, demək istədiyini söz vasitəsilə “maddiyyat”a çevirən vasitədir. Həmin vasitə olmasa, biz fikirlərimizi yazılı şəkildə başqasına çatdıra bilmərik. 
Qədimlərdə qələmi qaz lələyi, qamışdan kəsilən parça, ötən əsrlərdə isə yazı makinası, hazırda kompüter əvəz edir. Ancaq yazı-pozuda diyircəkli qələmə sadiq qalanlar da var.
İkinci mühüm məsələ isə ədəbiyyatla jurnalistikanın fərqidir.

Ədəbiyyatda:

* Tarixin bütün dövrlərində baş verən hadisələrdən yazılır və bu “köhnəlmiş” sayılmır;
* Əsərin qəhrəmanı ümumiləşdirilmiş, yazıçı tərəfindən üzərində “əl gəzdirilmiş” tipik surətdir;
* Bədii təsvir vasitələrindən, o cümlədən mübaliğə, ilahiləşdirmə, “tünd boya”lardan gen-bol istifadə yolveriləndir;
* Kitabda yer çox olduğundan həcm məhdudiyyəti hiss olunmur;
* Müsbət nümunənin insanlara “təsir müddəti” üçün zaman səddi yoxdur və s.

Jurnalistikada:

* Günün aktual hadisələrindən operativ qaydada bəhs edilir;
* Hadisənin mərkəzində konkret adı, soyadı, peşəsi, ünvanı olan insan dayanır;
* Onun yalnız özünə xas olan zahiri görkəmi, şəxsi keyfiyyət və cəhətləri dəqiqliklə təsvir edilir;
* Yazılar yığcam, konkret, eyni zamanda obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə əməl edilməklə hazırlanmalıdır;
* Bəzi yazılarda insanlara dərhal təsir etmək, müəyyən reaksiyalar doğurmaq, müzakirələrə yol açmaq gücü də olur və s.
Ədəbiyyat və jurnalistikanın oxşar cəhətləri və yaxınlıqları da çoxdur:
* Hər ikisi mədəniyyət hadisəsidir;
* Hər ikisi insanlara ünvanlanır və xalqa xidmət edir;
* Hər ikisi milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına töhfələr verir;
* Hər ikisi dili qoruyur, zənginləşdirə və ya çirkləndirə bilir;
* Hər ikisi insanların qəlbinə və şüuruna təsir göstərmək gücündədir.
Hər iki sahədə ziyalılar - xalqın düşünən beyni və danışan dili hesab olunan insanlar çalışırlar. Onların məsuliyyət yükü də qat-qat çoxdur! Çünki təkcə yazmırlar, həm də yol göstərirlər, rəy yaradırlar, yönləndirirlər!
Xüsusən də jurnalistlər!
Günün tarixini yazan jurnalistlər günün manşetini də müəyyənləşdirir, diqqəti nəyəsə cəlb edirlər!
Vətəninin vətənpərvəri olmayanın, müstəqil dövlətini və xalqını sevməyənin, mənsub olduğu millətin keçmişini bilib bugünü və gələcəyi haqqında düşünməyənin, milli-mənəvi dəyərlərin mahiyyət və əhəmiyyətini dərk edərək ona hörmətlə yanaşmayanların əlinə qələm götürməsi xoşagəlməz məqamlara səbəb olur. Odur ki, belə insanlar özlərini “görməyi” və özünə hesabat verməyi də bacarmalıdırlar!
Bir cəhəti də unutmayaq: “qələm”in kimin əlində olmasına, düşüncə sahibinin ədəbiyyatçı, jurnalist, yaxud sosial şəbəkə istifadəçisi olmasına baxmayaraq, bütün hallarda onun arxasında insan mənəviyyatı dayanır: ağlı, dünyagörüşü, təcrübəsi, bilik və tərbiyəsi olan insan.
Başqa sözlə, həmin “qələm”i “işlədən” insanın mənəviyyatı!

MAHİYYƏTİNƏ VARMADAN YAZANLAR

Adətən üzə bilməyənlər dayaz yerdə çimirlər!
Dərinə getmək üçün suya baş vurmağı, düzgün nəfəs almağı, əl və ayaqların ahəngdar hərəkətini nizamlamağı bacarmalısan!
Həm də dərində üzmək üçün ürək gərəkdir, bir də risk etməyi bacarmaq.
Jurnalistika da belədir! Qeyri-peşəkarlar dayazda üzür, necə deyərlər, suda başlarını girləyirlər!
Çünki qabaqcadan yazmaq istədikləri mövzunu öyrənmir, müsahibəyə (yaxud müsahibi ilə söhbətə) hazırlaşmır, ona məsələnin mahiyyətinin açılmasına xidmət edən suallar vermir.
Əslində, özünün dərindən bilmədiyin məsələdən danışmaq və danışdırmaq asan deyil!
Bu, üzə bilməyənin dərinliyə baş vurmaması kimi bir şeydir!
Təbii haldır ki, jurnalist bütün sahələri və məsələləri dərindən bilə bilməz. İxtisaslaşma getdiyindən bu, heç vacib də deyil! Amma hansısa sahənin bilicisi ilə söhbətdən öncə “ilkin biliklər”ə yiyələnmək vacibdir. Əvvəla, belə halda qəribə görünən suallar verilməz, ikincisi isə, üst-üstə toplanan bilgilər zaman keçdikcə jurnalisti peşəkarlıq səviyyəsinə qaldırır.
Məsələn, müstəqillikdən yazanlar dövlət atributlarını sadalamaqla mövzunu bitmiş hesab edirlər. Müstəqil siyasətin, müstəqil yaşamağın mahiyyətinə, yaxud məsuliyyət və çətinliklərinə baş vurmurlar. Dövlət müstəqilliyi hər bir Azərbaycan vətəndaşına nələri verib - həyatımızda hansı dəyişiklikləri yaradıb - bunu söyləyən və tarixi baxımdan qiymətləndirməyi bacaran jurnalistlər, təəssüf ki, azdır. Yaxud bizim üçün çox vacib sayılan vətənpərvərlik və hərbi- vətənpərvərlik tərbiyəsini götürək. Təkcə ordudan və şəhidlərimizdən olan yazılar bu mövzudan deyil! Vətənpərvərlik və onun təzahürləri daha geniş, daha əhatəli anlayışdır. Jurnalist bəzən kiçik bir faktda və ya detalda vətənpərvərlik elementini görüb qiymətləndirməyi, onu nümunəyə çevirməyi bacarmalıdır!
Bacarmaq üçün isə əvvəlcə öz üzərində işləməyə və daim öyrənməyə vərdiş etməlisən!
Başqa bir məqam! Dövlət başçısı cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinə qayıdışla bağlı tarixi sərəncam imzalayıb! Bəli, məhz tarixi sərəncam! Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeni mərhələ başlayır. Əslində, bu mərhələnin əsası 2016-ci ilin aprel müharibəsində qoyulub. Aprel müharibəsindəki qələbənin kökündə isə Prezident İlham Əliyevin ölkəni iqtisadi cəhətdən gücləndirməsi, siyasi cəhətdən söz sahibinə çevirməsi, diplomatiya sahəsində uğurları, ordu quruculuğunda qazanılan nailiyyətlər, ən əsası, iqtidarla xalqın vahid birliyi dayanır.
Belə bir mahiyyəti bilmədən və konkret nümunələrdə göstərmədən münaqişənin yeni mərhələsindən uğurlu yazmaq olarmı?
Əlbəttə yox!

VİCDAN TƏRƏZİSİ ƏYİLƏNDƏ

Bu gün sosial şəbəkədə olanların da “qələm”i var. Doğrudur, bu “qələm” mətbu qələm deyil, “ictimai qələm”dir. Lakin sosial şəbəkədən elektron mediaya “sızmalar” sosial şəbəkə məhsullarının “mətbu məhsullar”a çevrilməsi imkanını yaradır. Təəssüf ki, jurnalistikanın prinsip və qaydalarından xəbərsiz olanlar, nəzəriyyə məsələlərini ağızdan eşidib “öyrənənlər” sosial şəbəkəni “sosial media” adlandırmaqla sözün məsuliyyətinin lazımınca dəyərləndirilmədiyi, insanların şərəf və ləyaqətinin çox asanlıqla alçaldıldığı, tənqidlə təhqirin sərhədinin olmadığı bir sahəni mətbuata daşımaqla ciddi səhvə yol verirlər. Nəticədə sosial şəbəkədən gətirilən çirkli məhsullar “legitim media”nı da çirkləndirir. Diqqət yetirin, fikirlərin çox asanlıqla kontekstdən çıxarıldığı, söylənilənlərin mahiyyətinin qəsdən təhrif edildiyi, jurnalistlərin əsas peşə prinsipi sayılan obyektivlik, qərəzsizlik, tərəfsizliyə əməl edilmədiyi, habelə qarşı tərəfin fikrinə yer verilmədiyi bir sahəyə necə “mətbuat” demək olar?!
Köhnə bir “klassik” hadisəni xatırlatmaq istəyirəm. Aqil Abbas respublikanın azsaylı, ən istedadlı qələm sahiblərindən biridir. Ömrünü jurnalistikaya, ədəbiyyata həsr edib. Müharibə dövrü özü də, yaradıcısı olduğu “Ədalət” qəzeti də cəbhəyə, qələbəyə xidmət edib. Necə deyərlər, bir ayağı cəbhədə, bir ayağı Bakıda olub. Milli Məclisin deputatıdır. Ən nəhayət, “Dolu” romanının və filminin müəllifidir. Onun “kəndli soğan əksin” deməsi sosial şəbəkədə necə qəzəblə, qılıncla qarşılandı! Aqil Abbas deməmişdi ki, kəndli narkotik bitki əkib-becərsin, yaxud oğurluq etsin! Yaxud bu ifadəni soğan əkib-becərənləri aşağılamaq məqsədilə işlətməmişdi. Ən azı ona görə ki, bu sahə ilə məşğul olanlar arasında öz qohum-əqrəbası və dostları da var! Hazırda Azərbaycan kəndlisi təkcə soğan yox, pambıq, tərəvəz, kartof, fındıq və s. əkərək öz zəhməti ilə dolanır.
Nə asanlıqla Aqil Abbasın dövlət, xalq, lap elə cəbhə bölgəsində yaşayanlar üçün elədikləri unuduldu!
Az qala (bəlkə də əslində) onu xalq düşməni elan etdilər!
Axı bizim seçilmiş ziyalılarımız, qələm əhlimiz o qədər də çox deyil ki, onlara qarşı belə amansızlıq edək, dərhal sıradan çıxarmağa çalışaq!
Bir daha diqqət yetirək: əvvəlcə fikir kontekstdən çıxarılır, sonra təhrif edilir, daha sonra müəllif ittiham və təhqir hədəfinə çevrilir...
Nə yaxşı ki, ötən əsrin 37-ci ili deyildi, yoxsa Aqil Abbassız qalmışdıq!
Sosial şəbəkəyə bir sözüm yoxdur! Orada deyilənləri internet mediaya, hətta qəzet səhifələrinə gətirərək günlərlə hallandıranlara, “günün mövzusu” sifətində saxlamağa çalışanlara nə deyəsən?! Axı onlar Aqil Abbası çox yaxşı tanıyırlar! Heç biri də ondan yaxşı jurnalist (hələ yazıçı demirik) deyil!
Digər bir məqama - mətbuatın sensasiya xəstəliyinin fəsadlarından doğan “siyasi “raskrutka”ya” da diqqət yetirək.

“SENSASİYA XƏSTƏLİYİ” və ONUN DOĞURDUĞU FƏSADLAR

Yeni texnika və texnologiyanın meydana gəlməsi jurnalistləri xeyli “tənbəlləşdirib”.
Doğrudur, operativlik, birinci olmağa çalışmaq prinsipi bu “tənbəlliyə” müəyyən qədər haqq qazandırır.
Ancaq məqsəd təkcə operativlik olsaydı...
Mətləbə keçirik. Əksər jurnalistlər müsahibə, yaxud açıqlama almaq üçün müsahiblərlə görüşmürlər. İctimai-siyasi xadimlərə, deputatlara, siyasətşünaslara və politoloqlara, dövlət məmurlarına telefonla zəng edərək fikirlərini öyrənir, sonra elektron və çap mediasında yerləşdirirlər.
Əvvəlcə qeyd edək ki, “telefon əməkdaşlığı” tanışlıqdan və etimaddan yaranır. Jurnalist bir neçə dəfə şəxsən görüb ünsiyyət qurduğu insanların əl (mobil) telefon nömrələrini götürərək sonralar həmin inam əsasında “üzünü görmədən” müsahibələr alır. Vaxt itkisi az olduğundan belə əməkdaşlıq hər iki tərəfi qane edirdi. Çox keçmədən müxbirlər telefon nömrələrini bir-birlərinə ötürərək ünsiyyətin bu formasını yetərincə genişləndirdilər. Artıq hamı bir-birinə etibar edərək telefon əlaqəsi vasitəsilə əməkdaşlıq qurmuşdu.
Mətbuatın “sensasiya xəstəliyi” bu əməkdaşlığa ciddi zərbə vurdu!
Bəri başdan bir məqamı da qeyd edək: Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına görə, “müsahibə” yeganə janrdır ki, müəllif söylədikləri ictimailəşdirilməzdən öncə materialla tanış olmaq, hətta lazım bildikdə dediklərini redaktə etmək (yəni dəyişmək) hüququna malikdir. Müsahibə alan müxbir və onun çalışdığı media bu hüququ tanımağa borcludur!
Telefon əməkdaşlığında isə jurnalist müsahibənin mətni üzərində tam səlahiyyət sahibinə çevrilir: istədiyi yeri ixtisar edir, istədiyi məqamı qabardır, təsadüfən işlədilən bir ifadədən yapışaraq mövzuya “qışqıran” sərlövhə qoyur və s.
Sensasiya aludəliyi isə bütün davranış qaydalarını pozub!
Bəzən müxbir məqsədyönlü şəkildə telefonla danışdığı müsahibini sual atəşinə tutur (buna qabaqcadan hazırlaşır), onu çaşdırmağa, ağzından bir söz qoparmağa çalışır.
Təbii, müxbir öz iş otağında rahat əyləşib, əlinin altında sualları...
Xəttin o başındakı insan isə müsahibəyə irəlicədən hazır deyil. Telefonunu açan kimi mövzuya girmək, məsələni sistemli şəkildə, məntiqi qaydada, üstəlik, faktlarla şərh etmək o qədər də asan sayılmır.
Xüsusən: müsahibə verən hansı əhvali-ruhiyyədə və hansı şəraitdədir; maşınla yol gedir, dostlar əhatəsindədir, yaxud başqa bir tədbirdə iştirak edir; fasiləyə çıxıb, qanı qaradır, əsəbidir və s. 
Belədə qeyri-dəqiq ifadə işlətmək, ehtiyatsız söz demək, hətta yozula bilən fikir söyləmək mümkün və anlaşılandır.
Odur ki, qərəzsiz və etibar qazanmış jurnalist fürsətdən xoş olmayan niyyətlə istifadə etməli, yazını müsahibinə qarşı sensasiyaya çevirməli deyil!
Amma bəziləri əllərinə girəvə keçən kimi məsələni bir qədər dərinləşdirir, sonra diktofona istinad edərək müəllifə heç bir xəbərdarlıq etmədən dərhal açıqlamasını saytda yerləşdirirlər!
Ardınca qırmızı muncuq tapmış uşaq kimi sevinə-sevinə təsadüfən söylənilən sözü və fikri dayanmadan “fırladır”, “əməkdaşlıq” etdikləri digər saytlara da ötürür, “günün sensasiyası”na çevirməyə çalışırlar!
Qazancları nə olur (süni sensasiyadan mətbuat heç zaman, heç nə qazanmayıb) - söyləməyə belə çətinlik çəkirik.
Əvvəla, belə hal jurnalistin qeyri-peşəkarlığının ən mühüm göstəricisi sayılır.
İkincisi, jurnalist kimi etibardan düşür (Həm də təkcə jurnalist kimi yox!).
Üçüncüsü, əməkdaşlıq tellərini qırmış olur!
Dördüncüsü, özünə və işlədiyi orqana yaxşı olmayan imic qazandırır! Ən nəhayət, həmin fikrin və ya ifadənin arxasında dayanan insan qruplarına da (təkcə müəllifə yox) müəyyən mənəvi zərbə vurduğunu anlamır!
Əslində, ən çox uduzan tərəf mətbuat olur:
Operativliyini və etimadını itirməklə!
Qərəzsiz olmadığını göstərməklə!
Bu əməli ilə digər “mətbu və telefon dostları”nda özünə qarşı şübhə yaratmaqla!
Nəyə görə? Nəyin xatirinə?
Birgünlük sensasiya qəzetə, yaxud sayta nə verər?!
Tutaq ki, bir neçə günlük tiraj!
Bəs sonra?!
Artıq bir çox insanlar “telefon müsahibəsi”ndən imtina edirlər!
Heç “köhnə dostları”nın zənglərinə cavab belə vermirlər!
Bunu istəyirdiniz?!

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

14-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Новости Нахчывана - ВИДЕО

14-11-2018-10-47 Xəbərlər

Новости Нахчывана - ВИДЕО

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Ötən günün mənzərəsi - VİDEO

14-11-2018-09-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

13-11-2018-19-58 Xəbərlər

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müssisələrinin qız tələbələ...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili bir sıra müəssisələrdə olub

13-11-2018-19-29 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili  bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, Norveç krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

13-11-2018-17-11 Xəbərlər

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrok...

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

13-11-2018-16-23 Xəbərlər

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

NUHÇIXAN xəbər verir ki, DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İ...

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

13-11-2018-15-38 Xəbərlər

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional  İnform...

Dövlət qulluqçuları seminarda iştirak edib

13-11-2018-14-31 Xəbərlər

Dövlət qulluqçuları seminarda iştirak edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvanda sabaha olan hava proqnozu

13-11-2018-13-31 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanı...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

13-11-2018-12-45 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Nakhchivan news - VİDEO

13-11-2018-10-38 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

13-11-2018-10-20 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən günün mənzərəsi - VİDEO

13-11-2018-09-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Tələbələr arasında tennis yarışı keçirilib

12-11-2018-18-35 Xəbərlər

Tələbələr arasında tennis yarışı keçirilib

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xi...

İki məktub

12-11-2018-17-55 Xəbərlər

İki məktub

Sahil Tahirli yazır Naxçıvanın tarix və mədəniyyətinin geniş tədqiqi və öyrən...

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

12-11-2018-16-58 Xəbərlər

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Bu gün “Gənclik Mərkəzi”ndə “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

12-11-2018-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov N...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

12-11-2018-16-03 Xəbərlər

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən...

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

12-11-2018-14-59 Xəbərlər

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

NUHÇIXAN xəbər verir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Naxçıvanda sabaha olan hava proqnozu

12-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Müasir dağ kəndi-Nursu

11-11-2018-15-30 Xəbərlər

Müasir dağ kəndi-Nursu

Orda bir kənd var, uzaqda. Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motal...

Naxçıvanda sabaha olan hava proqnozu

11-11-2018-13-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

11-11-2018-10-58 Xəbərlər

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

Müzəffər Nəsirli Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat           ...

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

11-11-2018-09-59 Xəbərlər

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

Son illər Babək rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhal...

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

11-11-2018-09-02 Xəbərlər

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti red...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

10-11-2018-18-14 Rəsmi

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfat...

Naxçıvanda sabaha olan hava proqnozu

10-11-2018-17-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb

10-11-2018-17-31 Xəbərlər

Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən  tə...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans olub

10-11-2018-16-41 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinolog...