Dövlət proqramları Naxçıvanda uğurla icra olunur

Bu gün Naxçıvan blokada şəraitinə baxmayaraq, ölkəmizin iqtisadi rayonları arasında öz dinamik inkişafı ilə seçilir. Ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla özünün ən dinamik inkişaf dövrünü yaşayır.

Son 20 ildə aparılan quruculuq tədbirləri, iqtisadi və sosial sahələrdəki irəliləyişlər qibtəediləcək dərəcədədir.  Qazanılan uğurların təməlində dayan əsas faktorlardan iri qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsidir.  İqtisadi və sosial sahələrin kompleks şəkildə inkişafı məqsədilə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yeni iş yerlərinin və müəssisələrin yaradılmasını, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını təmin etmişdir. Müvafiq dövlət proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. İcrası uğurla başa çatdırılan müvafiq dövlət proqramlarının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin müsbət meyilliliyi təmin edilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır. Ötən dövr ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2003-cü ildəki müvafiq göstəricini 14 dəfə üstələyərək 2013-cü ildə 2 milyard 339 milyon manat təşkil etmişdir. Qeyd olunan dövrdə sənaye məhsulunun həcmi 49 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 5 dəfə, ixracın həcmi 97 dəfə, əhalinin gəlirləri və bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 10 dəfə artmışdır. Ümumilikdə 2004-cü ildən 1 yanvar 2014-cü il tarixədək muxtar respublikada 58350 yeni iş yeri yaradılmışdır ki, bunun da 41891-i və ya 71,8 faizi daimi iş yerləridir.

Bütün bunlar sadəcə statistik rəqəmlər deyil. Bu rəqəmlər ulu öndər Heydər Əliyevin quruculuq xəttinin, onun irsinin konkret bir regionda  bəhrələridir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün Naxçıvan ölkənin digər regionlarından öndədir. Bunu hər bir naxçıvanlı, qədim diyarımıza gələn hər bir qonaq da görür və təqdir edir. Ölkə başçısı cənab İlham Əliyev bu ilin yanvar ayında  Naxçıvana səfəri çərçivəsində   muxtar respublikamızın inkişafını yüksək qiymətləndirərək demişdir:  “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”. Bütün bunlar onu göstərir ki, muxtar respublika əhalisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışır.

Naxçıvanda  ekoloji saflıq, zənginlik illəri kimi təbiətin bioloji varlığının, təbiətin qanunlarına uyğun inkişaf yolunda böyük addımlar atılmaqdadır. Bu gün muxtar respublikada aparılan şəhər, qəsəbə, kənd quruculuq mədəniyyətində hökmən ekoloji tarazlığın gözlənilməsi, onun daha da zənginləşdirilməsi ahəngdar şəkildə davam etdirilir. Naxçıvanın özü kimi, onun təbiəti də yeniləşir. Son illərdə görülən işlərə nəzər yetirək. Yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işləri istiqamətində Babək rayonunda radioaktiv və kompleks elementlərin qiymətləndirilməsinə dair məlumat hazırlanmışdır. Culfa rayonunda Gal sahəsində civə və kompleks filiz yataqlarında axtarış işləri, Əlincəçay vadisinin Saltaq-Qızılca kəsimində səpinti qızıl, Qaradərəsu hövzəsində inşaat materialları yataqlarının, “Şahqaraj” adlandırılan ərazidə radioaktiv və kompleks elementlərin axtarışı və qiymətləndirilməsi işləri başa çatdırılmışdır. Babək rayonunda Toydağ filizləşmə sahəsində mis-molibden yataqlarının, Culfa rayonunun Şurud sahəsində civə və kompleks filiz yataqlarının axtarışı işləri, Əlincəçay vadisinin Ərəzin sahəsində səpinti qızıl yataqlarının axtarışı və qiymətləndirilməsi üzrə layihə-smeta sənədlərinin tərtibi davam etdirilmişdir. Təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin, çaylarda hidrometeoroloji monitorinq sisteminin təkmilləşdirilməsi və regional laboratoriya sisteminin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının Şahbuz, Culfa və Ordubad rayonlarının inzibati ərazilərinin meşə ilə örtülü ərazilərində rekreasiya potensialının öyrənilməsi və ekoturizm infrastrukturunun yaradılması sahəsində işlər davam etdirilir. Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonlarının və Naxçıvan şəhərinin inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılmışdır. Muxtar respublikanın orta dağlıq və dağlıq ərazilərindən keçən çayların – Arpaçay, Naxçıvançay, Gilançay və Əlincəçay vadilərində və arid ərazilərdə eroziyaya qarşı mübarizə məqsədilə sel-daşqın təhlükəsi olan rayonlarda, Zəngəzur və Dərələyəz silsilələrinin çayətrafı ərazilərində yeni meşə sahələri, massivləri, meyvə bağları salınmış, meşəbərpa tədbirləri aparılmışdır. Ümumilikdə 2014-cü ildən 1 aprel 2017-ci il tarixədək muxtar respublikada 1737,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 1488,7 min ədəd ağac və bəzək kolları əkilmişdir. Ətraf mühitin monitorinqi üzrə yeni kompleks laboratoriyaların, Naxçıvançay vadisində Zooloji parkın yaradılması istiqamətində ilkin hazırlıq işləri aparılır.

Muxtar respublika əhalisini öz yerli məhsullarımızla təmin etmək əsas istiqamətlərdən biri kimi götürülmüşdür. Elə bu istiqamətin ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün dükan-bazarları yerli məhsullarla doludur. Kənd təsərrüfatı məhsulları istehsalçılarının maşın və mexanizmlər ilə təchizatını yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2014-cü ildə 276, 2015-ci ildə 187, 2016-cı ildə 102, 2017-ci ilin ilk rübü ərzində 31 ədəd olmaqla, ümumilikdə, 596 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Dövlət Proqramının icrası istiqamətində ötən dövr ərzində muxtar respublikada 15 heyvandarlıq, 5 quşçuluq, 16 istixana təsərrüfatı, ümumi tutumu 2330 ton olan 9 soyuducu anbar yaradılmış, 7 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Hazırda 4 heyvandarlıq, 2 quşçuluq təsərrüfatının yaradılması davam etdirilir.

Otən dövr ərzində muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kəndlərində infrastruktur obyektlərinin yaradılması istiqamətində, ümumilikdə, 698 infrastruktur obyekti istifadəyə verilmiş, 72 infrastruktur obyektinin inşası davam etdirilmişdir. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 1 şəhər, 1 qəsəbə və 39 kənd mərkəzi, 41 xidmət mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin tikintisi davam etdirilmişdir.

Muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərimizin dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması da diqqət mərkəzində saxlanılır.  Dövlət Proqramında təhsil sahəsinə nəzərdə tutulan tədbirlər də uğurla həyata keçirilmişdir.  Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xəstəxanası və baytarlıq təbabəti ixtisasının binası yenidən qurulmuş, İqtisadiyyat fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilmişdir.  “Naxçıvan” Universitetində yeni universitet şəhərciyi istifadəyə verilmişdir. Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksinin tikintisi, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin Ordubad Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin yenidən qurulması başa çatdırılmışdır.  Ötən dövrdə muxtar respublikada 5974 şagird yerlik 21 ümumtəhsil məktəbi tikilmiş, 13748 şagird yerlik 30 ümumtəhsil məktəbi yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Hazırda Naxçıvan şəhərinin Qaraxanbəyli, Babək rayonunun Payız, Ordubad rayonunun Üstüpü, Culfa rayonunun Dizə kəndlərində məktəb binalarının tikintisi davam etdirilir. Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224, Babək qəsəbəsində və Şahbuz şəhərinin hər birində 242 yerlik uşaq bağçası binaları tikilmiş, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində 72 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan şəhərində iki, Culfa rayonunun Bənəniyar və Sədərək rayonunun Sədərək kəndlərinin hər birində bir uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılmışdır.

 Yazımızda Dövlət Proqramının icrası üzrə həyata keçirilən tədbirlərin bir neçəsinə toxunduq.  Həyata keçirilən tədbirləri nəzər yetirəndə muxtar respublikamızda görülən işlərin həcmi,sözün həqiqi mənasında, hər birimizin qəlbini qürurla doldurur. Torpağına, xalqına qəlbən bağlı olan insanların amalı və əməlləri ən yüksək qiymətə layiqdir. Naxçıvanın bugünkü inkişafı Azərbaycanımızın müstəqilliyinə verilən böyük  töhfədir. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ona görə inkişaf edir ki, Ümummilli Liderimizin yolu ilə  gedir. Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız haqqında, Naxçıvan haqqında düşünür və deyirdi: "İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin". Böyük fəxrlə, qürur hissi ilə deyə bilərik ki,   dahi rəhbərin arzu və istəkləri naxçıvanlılar tərəfindən sonsuz məhəbbətlə həyata keçirilir. Bu gün muxtar respublikanın hər bir sakini-fəhləsi, kəndlisi, alimi, ziyalısı, qocası-cavanı qazanılan uğurlarla fəxr edir, qanuni vətəndaşlıq qüruru duyur, bütün bu quruculuq tədbirlərini ulu öndər Heydər Əliyev ideyalarının və arzularının Naxçıvan Muxtar Respublikasında çiçək açması kimi qiymətləndirir.

Namiq Məmmədov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

"İkisahil" qəzeti

26.05.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Peşəkar oftalmoloq xəstələri müayinə edib

22-09-2018-19-47 Xəbərlər

Peşəkar oftalmoloq xəstələri müayinə edib

NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkə...

Ən çox rast gəlinən beş diş problemi

22-09-2018-19-19 Xəbərlər

Ən çox rast gəlinən beş diş problemi

Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır...

Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

22-09-2018-18-50 Xəbərlər

Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

NUHÇIXAN xəbər verir ki, Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda fəaliyy...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

22-09-2018-18-22 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov...

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

22-09-2018-18-11 Xəbərlər

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasınd...

Avropalı qonaqlar tələbələrlə görüşüb - VİDEO

22-09-2018-17-54 Xəbərlər

Avropalı qonaqlar tələbələrlə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Avropa Günləri”nin keçirilməsi ilə əlaqədar...

Prezident İlham Əliyev Bakıda keçirilən dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - YENİLƏNİR

22-09-2018-17-39 Xəbərlər

Prezident İlham Əliyev Bakıda keçirilən dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - YENİLƏNİR

Sentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idman...

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

22-09-2018-17-24 Xəbərlər

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbista...

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

22-09-2018-17-13 Xəbərlər

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən R...

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

22-09-2018-17-10 Xəbərlər

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Tahir Süleymanovun “Vətənə xidmətə görə” ordeni ilə təlti...

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

22-09-2018-17-01 Xəbərlər

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub.

İmmunitetinin zəiflədiyini göstərən işarələr

22-09-2018-16-40 Xəbərlər

İmmunitetinin zəiflədiyini göstərən işarələr

İmmun sistemi orqanizmi bakteriya və infeksiyalardan qoruyur, qocalıq prosesini ...

Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO

22-09-2018-16-10 Xəbərlər

Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda  “Avropa Günü” çərçivəsində keçirilən tədbir...

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

22-09-2018-15-46 Xəbərlər

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

NUHÇIXAN xəbər verir ki, tədbirə həsr olunan mətbuat konfransında Avropa İttifaq...

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

22-09-2018-15-26 Xəbərlər

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələrindən istifadənin inkiş...

Ehtiram Aşırlı: Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

22-09-2018-15-07 Xəbərlər

Ehtiram Aşırlı: Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilə...

“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

22-09-2018-14-43 Xəbərlər

“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz d...

Naxçıvanda sabaha olan hava proqnozu

22-09-2018-14-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqla...

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

22-09-2018-14-10 Xəbərlər

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nqu...

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

22-09-2018-13-56 Xəbərlər

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin vəzifə səlahiyyəti...

Sekvoya dünyanın ən hündür ağacıdır

22-09-2018-12-58 Xəbərlər

Sekvoya dünyanın ən hündür ağacıdır

Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir....

Naxçıvanda “Avropa Günləri” davam edir

22-09-2018-12-44 Xəbərlər

Naxçıvanda “Avropa Günləri” davam edir

Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əl...

BMW 140 minə yaxın avtomobili geri çağırır

22-09-2018-12-11 Xəbərlər

BMW 140 minə yaxın avtomobili geri çağırır

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın...

Yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 542,3 manat olub

22-09-2018-11-21 Xəbərlər

Yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 542,3 manat olub

Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin o...

Neftin qiyməti bahalaşır

22-09-2018-10-50 Xəbərlər

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub

22-09-2018-10-33 Xəbərlər

Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub

Sentyabrın 22-də Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatını...

Alkoqol istehlakı dünyada hər il 3 milyon insanın həyatına son qoyur

22-09-2018-10-17 Xəbərlər

Alkoqol istehlakı dünyada hər il 3 milyon insanın həyatına son qoyur

Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir.

Ötən günün mənzərəsi - VİDEO

22-09-2018-09-59 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Damar tıxanmasına qarşı 7 məhsul

22-09-2018-09-45 Xəbərlər

Damar tıxanmasına qarşı 7 məhsul

Xroniki damar xəstəliyi olan ateroskleroz  bütün dünyada infarkt və insult nətic...

Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

22-09-2018-09-29 Xəbərlər

Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, D...