Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin möhtəşəm ömür yolu, çoxşaxəli, misilsiz fəaliyyəti Vətənə və xalqa fədakar xidmətin ideal nümunəsi olduğu kimi, ulu öndərin nəzəri irsi də neçə-neçə nəsillərin yolunu işıqlandırmağa, min illər boyu dəyərini, məna və əhəmiyyətini saxlamağa qadir olan mükəmməl təlimdir.

Başqa sözlə desək, dahi rəhbərin zəngin, dolğun nəzəri irsi ilə qlobal fəaliyyəti bir-birini üzvi şəkildə tamamlayır.
Ulu öndər Heydər Əliyevin fəaliyyətində və təlimində mədəniyyət, ədəbiyyat, incəsənət məsələləri də mühüm yer tutur. Klassik ədəbi-mədəni irsə diqqət və qayğı ilə yanaşmağı, ən yaxşı ənənələrdən layiqincə öyrənməyi vacib sayan ulu öndər Heydər Əliyevin aşağıdakı fikirləri bu cəhətdən xüsusi əhəmiyyətə malik olmaqla irs və varislik əlaqəsinin əsl mahiyyətini də aydın şəkildə nəzərə çatdırır: «Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycançılıq hissini yüksəldərik».
Bütün bunlar görkəmli dövlət xadiminin ədəbi-mədəni irsə böyük ehtiramının, diqqət və qayğısının təsadüfi olmadığını, ali məqsədlərə xidmət göstərən bütöv bir sistem təşkil etdiyini təsdiqləyir. Ona görə də təsadüfi deyil ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər boyunca ulu öndər Heydər Əliyev ədəbiyyat, mədəniyyət, incəsənət məsələləri ilə daim məşğul olmuş, klassik sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin təbliği, tədqiqi, dünya miqyasında tanıtdırılması istiqamətində son dərəcə böyük işlər görmüşdür. Müxtəlif vaxtlarda ədəbiyyat və incəsənətimizin Nizami, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov, Aşıq Ələsgər, H.Cavid, Ü.Hacıbəyli, S.Vurğun və digər böyük nümayəndələrinin, «Kitabi-Dədə Qorqud» kimi monumental eposun yubileylərinin qeyd olunması, dünya miqyasında tanıtdırılması məhz ümummilli liderimizin ciddi səyləri, ardıcıl fəaliyyəti sayəsində gerçəkləşmişdir. Bütün bunlar çağdaş nəsillərin klassik ədəbi-mədəni irsə ehtiram ruhunda tərbiyəsində, onlara dərin vətənpərvərlik hisslərinin aşılanmasında mühüm əhəmiyyətə malik olmaqla yanaşı, xalqımızın bəşər sivilizasiyasının inkişafına verdiyi töhfələrin lazımınca təqdim edilməsi və qiymətləndirilməsinə də müvafiq şərait yaratmışdır.
Ulu öndərimizin yüksək qiymət verdiyi ustad sənətkarlar sırasında görkəmli yazıçı-dramaturq və publisist Cəlil Məmmədquluzadə xüsusi yer tutur. Dahi rəhbər müxtəlif məruzə və çıxışlarında Cəlil Məmmədquluzadənin yaradıcılıq fəaliyyəti barədə dəyərli fikirlər söyləmişdir.
Bu baxımdan 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli liderin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Mirzə Cəlilin 125 illik yubileyi ilə əlaqədar 28 dekabr 1994-cü ildə keçirilən zirvə tədbirində ulu öndərin dərin mənalı nitqi onun klassik ədəbi-mədəni irsə bütün incəliklərinə qədər bələdliyinin və yüksək ehtiramının ifadəsidir. Həmin tarixi nitqdə ümummilli liderimiz görkəmli ədibin yaradıcılığına, çoxşaxəli fəaliyyətinə, əsərlərinin müasirlik keyfiyyətinə xüsusi dəyər verərək demişdir: «Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün bizimlədir, bizim sıramızdadır».
Dahi rəhbərimiz öz nitqində Cəlil Məmmədquluzadənin bədii-publisistik əsərlərinin, çoxşaxəli ictimai fəaliyyətinin, nəşr etdirdiyi məşhur «Molla Nəsrəddin» jurnalının xalqımızın tərəqqi və inkişafında ciddi əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir ki, «Xalqımızın milli şüurunun formalaşmasında məhz «Molla Nəsrəddin» jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir».
«Xalqımızın milli ruhunun yüksəldilməsi, milli ideologiyasının yaranması, formalaşması» istiqamətində Mirzə Cəlilin gördüyü işləri böyük xəzinə, əvəzsiz xidmət sayan ümummilli liderimiz görkəmli sənətkarın bir üstünlüyünü də öz fəaliyyətində və yaradıcılığında milliliklə bəşəriliyin üzvi vəhdətinə nail olması ilə əlaqələndirmişdir. «Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyamızın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi».
Ədəbiyyat və mədəniyyətin mükəmməl bilicisi olan böyük rəhbər başqa bir zəruri məqama da diqqət yetirmiş, sənətkarın əsərlərində ifadə olunan ali duyğu və müqəddəs ideallarla onun şəxsiyyətinin vəhdət təşkil etməsini mühüm faktor saymış, Mirzə Cəlilin fəaliyyətini, sənətini bu aspektdə də mənalandırmışdır: «Cəlil Məmmədquluzadənin böyüklüyü həm şəxsi həyatında, həm fəaliyyətində, həm yaradıcılığında ondan ibarətdir ki, o, ... ümumbəşəri dəyərləri dərk edib, öz milliliyi ilə, öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil – Cəlil Məmmədquluzadə olmuşdur».
Göründüyü kimi, ulu öndər görkəmli ədib C.Məmmədquluzadəni milli ideologiyanın təşəkkülündə mühüm rol oynayan böyük azərbaycançı, bəşər sivilizasiyasına dərindən bələd olan milli ziyalı kimi səciyyələndirmişdir.
«Cəlil Məmmədquluzadənin tariximizə böyük bir demokrat kimi daxil olduğunu», «öz yaradıcılığı ilə Azərbaycanın müstəqilliyi üçün çalışdığını» ayrıca vurğulayan ümummilli liderimiz ölməz ədibin əsərlərinin çağdaş mərhələdə müstəqil dövlət quruculuğu prosesində də aktuallığını itirmədiyini, xüsusi önəm qazandığını qeyd edərək demişdir: «Təsadüfi deyil ki, onun yazılarında cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə bir səsləşir. Mən onu oxuyanda fikirləşirəm ki, bunlar bu günmü yazılmışdır? Yox, bunları Cəlil Məmmədquluzadə o zaman yazmışdır».
Görkəmli dövlət xadimi Heydər Əliyev C.Məmmədquluzadənin mühüm xidmətləri sırasında ana dilinə böyük məhəbbətini, onun saflığının, təmizliyinin qorunması yolunda fədakar, ardıcıl səylərini də məxsusi olaraq dəyərləndirmişdir. Böyük ədibin məşhur «Anamın kitabı» əsərinin «Azərbaycan dilini, Azərbaycan milliliyini, milli şüurunu, milli məfkurəsini yaşatmaq» sahəsində möhtəşəm əhəmiyyətini nəzərə çatdıran ulu öndər öz nitqində Mirzə Cəlilin ana dili sevgisini yüksək qiymətə layiq görmüşdür: «Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi «Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!» sözləri xalqımızın, millətimizin arzularını ifadə edir. Ədibin ana dilinə – Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır». «Anamın kitabı»nı xalqı birliyə, milli kökə bağlılığa səsləyən, azərbaycançılıq ideologiyasının təşəkkülündə mühüm rol oynayan «çox dahiyanə əsər» sayması ulu öndərin özünün ən böyük azərbaycanlı kimi bu vacib məsələyə mühüm diqqətini bir daha təsdiqləyir.
Ulu öndər Heydər Əliyevin Mirzə Cəlilin «Ölülər» tragikomediyası barədəki fikirləri həmin əsərin ədəbi-ideologi mahiyyətinə çağdaş elmi baxışın ən mükəmməl nümunəsidir. Müxtəlif vaxtlarda, elə bizim günlərdə də «Ölülər»ə fərqli yanaşmanın olması bəllidir. «Ölülər»i din əleyhinə yazılan əsər kimi təhlil etməyə təşəbbüs göstərənlər də az olmamışdır. Ümummilli liderimiz bütün bu məsələləri müfəssəl şəkildə nəzərdən keçirərək «Ölülər»in əsl elmi qiymətini vermişdir: «Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm də nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılıq üslubunu və özünəməxsus fitri istedadını əks etdirir. «Ölülər» əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilmiş və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunmuşdur. Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmamış, əksinə, bu əsərdə islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır. Eyni zamanda, o, dini təhrif edənləri, dindən istifadə edib firıldaqçılıqla məşğul olanları ifşa edərək tənqid atəşinə tutmuşdur».
Müdrik rəhbər «Ölülər»in bir əhəmiyyətini də əsərdə ümumən mənəviyyat faktorunun önə çəkilməsində, insanların mənəvi şikəstliklərinin nə kimi acı nəticələrə gətirib çıxarmasının əyani şəkildə ifadə olunmasında görmüş, müasir mərhələdə də həmin cəhətlərə diqqət yetirilməsinin vacibliyini tövsiyə etmişdir: «Ölülər» əsərinin ikinci mühüm cəhəti ondan ibarətdir ki, orada təkcə dindən istifadə edib fırıldaqla məşğul olanlar ifşa edilmir, həm də insanların mənəviyyatının nə qədər əhəmiyyətli olduğu açıq-aşkar göstərilir. Təəssüf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün də sıxır. Mənəviyyatımızda ayrı-ayrı qrupların mənfi hərəkətləri cəmiyyətimizi, xalqımızı incidir. Biz «Ölülər» əsərindən dərs götürməliyik... O, böyük bir fəlsəfi əsər kimi bizə bu gün də lazımdır».
Mirzə Cəlilin nəşr etdirdiyi «Molla Nəsrəddin» jurnalı – mətbuatımızın bu möhtəşəm nümunəsi barədə də ulu öndərin qiymətli fikirləri vardır. 1906-1931-ci illərdə Tiflis, Təbriz və Bakıda müxtəlif fasilələrlə 25 il nəşr olunan «Molla Nəsrəddin» jurnalının sadə xalq dilində yazmasını, dərin mənalı karikaturalara müntəzəm yer verməsini ayrıca qeyd edən ümummilli liderimiz rabitənin zəif olduğu XX əsrin əvvəllərində bu jurnalın böyük sürətlə yayılmasının səbəbini də məhz onun yüksək ideya-bədii dəyərə malik olması ilə əlaqələndirmişdir: «Molla Nəsrəddin» jurnalı dünyada məşhurdur. O vaxtlar rabitənin çox zəif olmasına baxmayaraq, «Molla Nəsrəddin» jurnalı dünyanın bir çox ölkələrində yayılırdı, hörmətlə qarşılanırdı, oxunurdu və hər yerdə öz təsirini göstərirdi. Azərbaycanın həyatında «Molla Nəsrəddin» jurnalının xüsusi yeri vardır. O dövrün şəraitinə uyğun olaraq Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalını xalqın əksər təbəqələri üçün oxuna bilən, anlaşıqlı səviyyədə nəşr edirdi. Təsadüfi deyildir ki, tanınmış rəssamlar Şmerlinqin, Rotterin, Azərbaycanın böyük rəssamı Əzim Əzimzadənin və başqalarının istedadından istifadə edərək, demək olar ki, jurnalda yazılarla bərabər həcmdə olan şəkillər, karikaturalar da verilirdi... O vaxt xalqımızın əksəriyyəti savadsız olduğuna görə, çoxunun oxumaq imkanı olmadığına görə karikaturalar və şəkillər savadsız adamlara da çox təsir bağışlayırdı, sözlər oxunmadan da fikirlər çatdırılıb, bildirilirdi».
Cəlil Məmmədquluzadənin «Molla Nəsrəddin»i yaradanadək böyük hazırlıq keçdiyini, xalq həyatını, məişətini, dünya mədəniyyətini dərindən öyrəndiyini vurğulayan ümummilli liderimiz qeyd etmişdir ki, məhz bunların sayəsində «Mirzə Cəlil «Molla Nəsrəddin» kimi dahiyanə bir məktəb yaratmış və bizə böyük mənəvi irs qoyub getmişdir».
Ümummilli liderimiz Cəlil Məmmədquluzadə irsinin, «Molla Nəsrəddin»in bütün zamanlarda öz aktuallığını saxlamasına böyük önəm vermiş, mətbuatda «Molla Nəsrəddin» ənənələrinin davamını vacib saymış, «Molla Nəsrəddin» sözünə həmişə ehtiyac duyulduğunu nəzərə çatdırmışdır. Bakıda nəşr olunan «Kirpi» jurnalının «Molla Nəsrəddin» ənənələrinə bağlılığı ilə yanaşı, lazımi səviyyəyə yüksələ bilməməsi də görkəmli siyasi xadimin diqqətindən yayınmamışdır: «Kirpi» jurnalı «Molla Nəsrəddin» jurnalının səviyyəsinə çata bilmədi, onun tam davamçısı ola bilmədi, cəmiyyətimizdə onun yerini tuta bilmədi. Halbuki, o illərdə də buna ehtiyac çox idi. Bu gün də ehtiyac çoxdur».
Bütün bunlara əsasən dahi rəhbər «Molla Nəsrəddin» jurnalının bütün saylarının yenidən toplu halında nəşr edilərək çağdaş oxuculara çatdırılmasını vacib saymış, bu mühüm işə də ardıcıl diqqət və qayğı göstərmişdir.
Mirzə Cəlilin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də ulu öndər böyük tədbirlər həyata keçirmişdir. Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə bu istiqamətdə mühüm işlər görən müdrik liderin ardıcıl diqqət və qayğısı sayəsində görkəmli ədibin Bakıda və Naxçıvanda ev muzeylərinin yaradılması da bu qəbildəndir. 1999-cu ildə Naxçıvanda ustad sənətkarın ev-muzeyinin açılmasında çıxış edən dahi rəhbərimizin aşağıdakı sözləri onun Mirzə Cəlil şəxsiyyətinə və irsinə nə qədər dərin ehtiram bəslədiyini bir daha göstərir: «Mən xoşbəxt günlərimdən birini yaşayıram. Nə üçün? Çünki arzuma çatmışam. Çünki Mirzə Cəlilin ev muzeyini yaratmaq istəmişəm, bunu da yaratmışam».
Zamanın, dövrün ən mürəkkəb sınaqlarından mərdliklə çıxaraq heç vaxt öz amalından, xalqa xidmət yolundan dönməyən Mirzə Cəlilin mükəmməl şəxsiyyətini, fədakar ömür yolunu müasir ziyalılar üçün də «böyük tərbiyə mənbəyi, məktəbi» sayan ulu öndər görkəmli sənətkarın ədəbi irsinin daima öyrənilməsini, gələn hər yeni nəslin bu zəngin xəzinədən faydalanmasını vacib sayaraq fikrini belə ümumiləşdirmişdir: «Bizim bu gənc nəslimiz, indi yeni dövlətimizi, yeni cəmiyyətimizi formalaşdıran nəslimiz Cəlil Məmmədquluzadənin əsərləri ilə, yaradıcılığı ilə nə qədər yaxından tanış olsa, o qədər bizim dövlətçilik işimiz asan gedər...
Mirzə Cəlil yaradıcılığı bu günümüzə və gələcək həyatımıza parlaq işıq saçacaqdır, yollar açacaqdır və müstəqil Azərbaycanın gələcəyə uğurla getməsinə kömək edəcəkdir».
Ümumiyyətlə, müdrik dövlət xadimi, ulu öndərimiz Heydər Əliyev Cəlil Məmmədquluzadənin şəxsiyyətinə və yaradıcılığına böyük ehtiram bəsləmiş, yüksək qiymət vermişdir.

HÜSEYN HƏŞİMLİ: filologiya üzrə elmlər doktoru,
əməkdar elm xadimi

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Kəngərlidə elmi-praktik konfrans olub

14-12-2018-19-10 Xəbərlər

Kəngərlidə elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider...

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

14-12-2018-18-26 Xəbərlər

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar N...

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

14-12-2018-16-03 Xəbərlər

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Ko...

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

14-12-2018-15-48 Xəbərlər

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

14-12-2018-15-30 Xəbərlər

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

Naxçıvanın tarixi və coğrafi abidələri son illər dünya səviyyəli kütləvi informa...

Elmi praktik konfrans keçirilib

14-12-2018-15-11 Xəbərlər

Elmi praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşki...

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

14-12-2018-14-49 Xəbərlər

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvanda sabaha olan hava proqnozu

14-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

14-12-2018-14-00 Xəbərlər

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində BMT Uşaq Fondun...

YUNESKO–nun rəsmi saytında Naxçıvan Yallılarından bəhs olunur - VİDEO

14-12-2018-12-00 Xəbərlər

YUNESKO–nun rəsmi saytında Naxçıvan Yallılarından bəhs olunur - VİDEO

NUHÇIXAN xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniy...

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

14-12-2018-11-19 Xəbərlər

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

İnnovativ, şaxələndirilmiş, səmərəli və dayanıqlı inkişaf modelinə köklənmiş Nax...

Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

14-12-2018-11-04 Xəbərlər

Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

NUHÇIXAN xəbər verir ki, BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Kar...

Ötən günün mənzərəsi - VİDEO

14-12-2018-09-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...