Üzeyir Hacıbəyli

Qərəz getdim..

...Qərəz, getdim axundun yanına. Ordan-burdan söhbət elədik, çay içdik, yenə söhbət elədik, danışdıq, axırda soruşdum ki, axund, qəzet oxumaq nə tövrdür? Buyurdu ki, qəzet oxumaq haramdır. Dedim: Axı, qəzet bir yaxşı şeydir, adama nəfi çoxdur, gözümüzü açır. Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim axı qəzetsiz bu saat dünyada dolanmaq çətindir. Bir bu qədər əhvalat vaqe olur, bunları eşidib bilmək hər kəsə vacibdir. Baxəbər olmaq lazımdır. Buyurdular ki, xeyr, qəzet oxumaq haramdır. Dedim: yaxşı, müsəlmanlar bir-birinin əhvalından xəbərdar olmalıdırlarmı? Buyurdular ki, olmalıdırlar. Dedim, bəs qəzetsiz nə tövr xəbərdar olsunlar? Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim ki, yaxşı, bir kasıb, yazıq müsəlmana bir hakim tutub zülm eləyir. Binəvanın şikayətinə baxan olmur, hər yerə gedir, qovurlar. Hər yerə gedir, döyürlər. Axırı yazığın əlacı kəsilib, bu zülmü insaf əhllərinə bildirmək üçün, götürüb qəzetə yazdırır. İndi yazığın bu zülmündən xəbərdar olmaq üçün qəzet oxumaq lazımdır axı, nə deyirsiniz?! Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim bəs, yaxşı, müsəlmanlar bir-birlərinə kömək etməlidir, ya yox?! Buyurdular ki, etməlidir. Dedim, etməsələr günhadırmı? Buyurdular ki, günahdır. Dedim çox gözəl, indi tutalım ki, Allah eləməmiş kimi Mazandaranda zəlzələ olub, oranın müsəlmanları evsiz-eşiksiz qalıb, bərk möhtacdırlar. Mən də istəyirəm ki, o möhtac qardaşlara pul göndərim. Aya qəzet olmasa, mən haradan bilim ki, Mazandaranda zəlzələ olubdur. Bunu bilmək üçün, gərək qəzet oxuyam. Buyurdular ki, qəzet oxumaq haramdır. Daha mən dinmədim. Gördüm ki, acığımdan ağlamağım tutur. Bir də gördüm ki, qəribsəyirəm, külfətimiz yadıma düşdü. Uşaqlar gözümün qabağında durdu. Bir ah çəkib, durdum gedib ki, bir müsəlman intelligentini tapıb, dərdimi ona söyləyim.

Müsəlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən Allah, görürsənmi axund buyurur ki, qəzet oxumaq haramdır. İntelligent güldü, dedi: Əlbəttə, axund elə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm və vodkasız da abed eləyə bilmərəm.

Mən elə güman elədim ki, bu axırkı vodkalı mətləbi intelligent cənabları məzəlik üçün dedi. Ona görə də bir qədər gülməyi lazım bilib dedim ki, sözün doğrusu, mən də yerdən duran kimi “İrşad”a baxmamış corablarımı geyə bilmirəm. İntelligent soruşdu ki, “İrşad” nədir? Mən təəccüb elədim.

- “İrşad”... “İrşad” müsəlman qəzeti.

İntelligent gülümsündü və dedi:

“Xeyr, mən qəzet rus qəzetinə deyirəm, müsəlman qəzetinə demirəm. Müsəlman qəzetini mən əlimə alıb oxumaram.

Dedim, bəs nə üçün belə? Cavab verdi ki: “Mənə müsəlman qəzeti yaraşmır. Bir də mənim yanıma hər dəfə ruslar və rus arvadları gəlir. Onlar mənim əlimdə müsəlman qəzeti görsələr, çox ayıb olar”.

Dedim ki, canım, bunun nə dəxli var? Hər millətin özünün qəzeti olmağı nə üçün ayıb olsun? Dedi: “O doğrudur, gərək ayıb olmasın. Məsələn, ermənilərin, gürcülərin öz qəzeti olmağı bir o qədər ayıb görünmür, amma müsəlman qəzeti olmağı mənim aləmimdə çox ayıbdır, çünki müsəlmana qəzet yaraşmır”. Dedim axı mənim rusca savadım yoxdur, özüm də qəzet oxumaq istəyirəm, nə qayırım? Dedi: “Mən onu-bunu bilmirəm, amma mənim aləmimdə müsəlmana qəzet yaraşmır”.

Mən bir qədər fikir elədim, gördüm hər nə desəm, hər nə dəlil gətirsəm, bu hamısına cavab verəcəkdir ki, müsəlmana qəzet yaraşmır. Ona görə bir qədər dinməyib sonra dedim ki, lotu, bəs, bəs vodka necə? Müsəlmana vodka yaraşırmı? Dedi: “Vodka yaraşır, çünki ruslar və rus arvadları görəndə ki, mən müsəlman vodka içirəm, onlara çox xoş gəlir. Daha mənə “vəhşi müsəlman” demirlər”.

Bu sözləri eşidəndə gördüm ki, acığımdan titrəyirəm. Haman saat durdum ayağa, özümü hazırladım, ora-buramı düzəltdim və “ya Allah” deyib bilirsinizmi nə qayırdım?!

Çıxdım gəldim evə, yatdım!

 

Bənzər məqalələr

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

20-10-2018-17-31 Xəbərlər

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılı...

Naxçıvanda sabaha olan hava proqnozu

20-10-2018-14-33 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlan...

Gənclər yeni layihə hazırlayıblar

20-10-2018-11-03 Xəbərlər

Gənclər yeni layihə hazırlayıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu muxtar re...

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

20-10-2018-10-41 Xəbərlər

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Ötən günün mənzərəsi - VİDEO

20-10-2018-10-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

20-10-2018-09-26 Xəbərlər

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabr ayının 19-da Azərbaycan energetiklərinin təltif e...

Gənclər arasında yeni intellekt oyunu keçirilib

19-10-2018-18-53 Xəbərlər

Gənclər arasında yeni intellekt oyunu keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il ...

Ali Məclisin Sədri Sərəncam imzaladı

19-10-2018-18-26 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da ...

Culfa və Ordubad rayon gəncləri hərbi xidmətə yola salınıb

19-10-2018-17-43 Xəbərlər

Culfa və Ordubad  rayon gəncləri hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Culfa və Ordubad  rayonunda çağırışçıların hərbi xidmət...

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

19-10-2018-17-04 Xəbərlər

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri D...

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

19-10-2018-16-14 Xəbərlər

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin ol...

Gənclər Ordubadda ekskursiyada olub

19-10-2018-15-31 Xəbərlər

Gənclər Ordubadda ekskursiyada olub

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizm imkanlarının tanıdılması  mə...

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

19-10-2018-15-18 Xəbərlər

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Naxçıvandan Buenos-Ayresə uzanan yol

19-10-2018-14-36 Xəbərlər

Naxçıvandan Buenos-Ayresə uzanan yol

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Naxçıvanda sabaha olan hava proqnozu

19-10-2018-13-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlan...

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

19-10-2018-11-37 Xəbərlər

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq əra...

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

19-10-2018-10-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi – VİDEO

19-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi – VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

18-10-2018-19-50 Xəbərlər

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

Bu il 40 yaşını qeyd edən Babək rayonu böyük inkişaf yolu keçib.

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

18-10-2018-19-28 Xəbərlər

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci...

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

18-10-2018-18-28 Xəbərlər

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni ekspona...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

18-10-2018-18-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gü...

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

18-10-2018-17-31 Xəbərlər

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

NUHÇIXAN xəbər verir ki, peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” kurs...

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

18-10-2018-17-14 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Türkmənistan Respublikasının Müstəqillik Günü münasibət...

“Naxçıvan” Universitetində konfrans keçirilib

18-10-2018-16-51 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Dövlət Müstəqilliyi Günü il...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

18-10-2018-16-36 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali M...

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

18-10-2018-16-13 Xəbərlər

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

3 ən ziyanlı gigiyenik vərdiş

18-10-2018-15-52 Xəbərlər

3 ən ziyanlı gigiyenik vərdiş

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

18-10-2018-15-22 Xəbərlər

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici...

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

18-10-2018-15-08 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə Naxçıv...