Naxçıvan ədəbi mühitinin tanınmış yetirmələrindən olan Əli Səbri Qasımov yazıçı, publisist, tərcüməçi və ictimai xadim kimi çoxşaxəli və səmərəli fəaliyyət göstərmişdir.

Qasımov Əli Camal oğlu (Əli Səbri) 15 aprel 1892-ci ildə Nehrəmdə dünyaya göz açmış, bir müddət sonra ailəsi Naxçıvan şəhərinə köçmüşdür. Uşaq yaşlarından elmə böyük maraq göstərən Əli Qasımov xatirələrində yazırdı: “Şəxsən mənim tamam yeni həyata qədəm basmağımda, savadlanmağımda, təhsil alma­ğım­da dörd böyük şəxsiyyətin – Mirzə Abbas Qədimovun, Məmməd Taği Sidqinin, Hüseyn Cavidin, bir də Əziz Şərifin atası Qurbanəli Şərifovun müstəsna rolu olmuşdur”. O, Naxçıvan şəhərində əvvəlcə  Mirzə Abbas Qədimovdan dərs almış, əsası M.T.Sidqi tərəfindən qoyulmuş məktəbdə  oxumuş,  sonra isə Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir.1913-cü ildə seminariyanı bitirən Əli bir müddət Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O illərdə yazıçının Bakıda “Cəmiyyəti-xeyriyyə”, “Səfa”, “Nicat” kimi cəmiyyətlərin işin­də iştirakı faktları da bəllidir. Məşhur mil­yonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə ali təhsil almağa hazırlaşan gənc ədib  birinci dünya müharibəsinin başlanması ilə əlaqədar  arzusunu təxirə salmışdır.

Müharibə illərində Osmanlı əsgərlərinə və qaçqınlarına yar­dım niyyətiylə həyata keçirilən tədbirlərə qoşulan Əli Səbri bir sıra ziyalılarla birlikdə bu məqsədlə Qars, Batu­mi, Trabzon və başqa şəhərlərə səfərlər etmişdir. Dəfələrlə ölüm təhlükəsi ilə üzləşsə də, Ə.Səbri həyata keçirdikləri humanist aksi­ya­dan geri çəkilməmişdir.

1918-1920-ci illərdə  Əli Səbri Naxçıvanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, bölgənin erməni təcavüzündən qorunması istiqamətində görülən işlərdə qüvvəsini əsirgəmə­mişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbov Naxçıvanın muxtariyyətinin 90 illiyinə həsr olunmuş təntənəli mərasimdəki məruzəsində həmin mərhələni xarakterizə edərkən demişdir: “Naxçıvan ziyalıları yaxşı başa düşürdülər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil. Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular. Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik”.

1919-cu ilin sentyabr-oktyabr aylarında Naxçıvanda olan amerikan polkovniki V.Haskellə aparılan danışıqlarda Ə.Səbri yerli əhalinin seçdiyi səlahiyyətli nümayəndə kimi qətiyyətlə çıxış etmiş, Naxçıvana və ətraf  bölgələrə erməni təcavüzünü tutarlı dəlillərlə ame­ri­ka­lıların nəzərinə çatdırmışdı. Ə.Səbri nümayəndə heyətinin tərki­bində Naxçıvan əhalisinin 17 maddədən ibarət tələblərini  amerikalı polkovnik V.Haskelə təqdim etmiş və bildirmişdir ki, əgər  bu tələblər qəbul olunmasa, nax­çı­vanlılar öz haqlarını əldə silah qoruyacaqlar. Naxçıvan, Ordubad, Şərur, Sürməli, Milistan və Vedibasar mahallarının əhalisi adından Azərbaycan Xalq Cümhuriy­yə­tinin rəhbərlərinə göndərilən 1919-cu il 09 sentyabr tarixli sənədi də Əli Səbri imzalamışdır. Sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngə­zura gedən yolun açılması və s. tələb­lər irəli sürülürdü…

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Ə.Səbri ədəbi, pedaqoji və jurnalistlik fəaliyyətini davam etdirmişdir. O, 1923-28-ci illərdə xalq təhsili işçiləri ittifaqında inspektor işləmiş, eyni zamanda, Bakıda universitetin filologiya fakültə­sində təhsil almışdır. Sonra isə “Maarif işçisi” jurnalının redaktoru vəzifəsində işləyən yazıçı 1937-ci ilədək qiyabi pedaqoji institutda çalışmışdır. Ədibin rep­ressiya təhlükələrindən sovuşmaması, həbsə alınması, qısa fasilələrlə çoxillik sürgün həyatı keçirməsi, sürgündən qayıdışı, nəhayət, bəraət alması faktları onun ömür yolunun ağrılı səhifələrindəndir. Ustad Mirzə Cəlilin qızı Mü­nəv­vər Məmmədquluzadəyə rus dilində ünvanlanmış 19 yanvar 1962-ci il tarixli məktubda Əli Səbri həmin ağır illəri xatırlayaraq yazmışdı: “Həyatımın on səkkiz ən yaxşı ilini mən Sibirin qarlı, sərt çöllərində dəfn etmişəm...”

Bəraət aldıqdan sonra Ə.Səbri Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor, 1976-cı ildən Azərbaycan Yazıçılar İttifaqı Ədəbiyyat fondunun sədri vəzifələrində çalışmışdır. 1934-cü ildən Yazıçılar İttifaqının üzvü olan, sovet yazıçılarının həmin il keçirilmiş birinci qurultayına nümayəndə seçilən Əli Səbri uzun ömür ya­şa­mış, 1983-cü il fevralın 19-da 91 yaşında ikən Bakıda vəfat etmişdir.

 Əli Səbrinin yaradıcılığı çoxşaxəlidir. O, ədəbiyyat tari­xi­mizə nasir, publisist, tənqidçi, tərcüməçi kimi daxil olmuşdur. Əli Səbri bədii yaradıcılığa hələ seminariya tələbəsi ikən başlamışdır. Onun çap olunmuş ilk orijinal kitabı “Şəbi-hicran, yaxud müsibəti-Şadi” adlanır. 1912-ci ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində işıq üzü görən bu kitabda  iyirmi yaşlı gənc qələm sahibinin eyni adlı povesti veril­miş­dir. Aşiqanə-melodramatik səpkidə yazılmış bu təsirli nəsr nümunəsində Şadi adlı azərbaycanlı gəncin na­kam  eşqinin acı taleyi özünün sentimental ifadəsini tap­mış­dır. “Balaca və Xallı” povesti isə uşaqlar üçün qələmə alınmışdır. Rus yazıçısı Dmitriyevadan iqtibas etdiyi bu əsəri Ə.Səbri ilk dəfə 1914-cü ildə Bakıda nəşr etdirmişdir. Ə.Səbri əsərin sadəcə tərcüməsi ilə kifayət­lən­məmiş, onu yerli şəraitə, milli koloritə uyğunlaşdırmış, müəyyən dəyişikliklər və əlavələrlə dolğunlaş­dır­mışdır. Sovet dövründə yazıçı əsər üzərində yenidən işləmiş, hadisə­lərin davamını qə­ləmə almışdır. Bu ikinci yara­dı­cılıq prosesi əsəri sonralar orijinal po­vest kimi təqdim etmək üçün müəllifə əsas vermişdir. Ə.Səbri sujeti lüzumsuz əlavələrlə ağırlaşdırmamış, hadisə və personajların yığcam və koloritli təsvirinə nail olmuş­dur. Oxucu sadə və təmiz hissiyyata malik Balacanı, Nəzakət müəl­liməni dolğun bədii surətlər kimi sevir.

Əli Səbrinin ən geniş yayılan, müəllifə daha çox şöhrət qazandıran əsəri “Sol­ğun çiçək” romanıdır.Yazıçı  bu əsəri 1912-ci ilin dekabrında Qori semi­na­ri­yasının tələbəsi ikən tamamlamış, bir il sonra Bakıda Orucov qardaşlarının mət­bəəsində ayrıca kitab halında çap etdirmişdir. 1914-cü ildə yenidən çap olunan həmin roman ədəbi mühitdə maraq doğurmuşdur. “Solğun çiçək” 1910-cu illər nəsri üçün xarakterik olan aşiqanə-sentimental bir ruhda yazılıb. Müəllif “Solğün çiçək” üzərində 1970-ci illərdə yenidən işləmiş, bir sıra dəyişikliklər aparmışdır.

Romanın əvvəlində belə bir epiqraf var: “Əziz müəllimim Firudin bəy Kö­çər­liyə həsr edirəm”. Bu epiqraf Əli Səbrinin ədəbi aləmə qədəm qoymasında F.Köçərlinin rolunu bir daha yada salır. “Solğun çiçək” Fərhadla Əfruzun nakam sevgisi, bu məhəbbət yolunda canlarını fəda etmələri, yeniliklə köhnəliyin mübarizəsi  üzərində qurulmuşdur. Hadi­sələr Naxçıvan şəhərində baş verir. Doğrudur, şəhərin adı bütöv çəkilmir, sadəcə “N” formasında göstərilir. Lakin “N” şəhərinin əsas məhəllələrindən biri kimi Şa­hab məhəlləsinin, yerli ziyalılarından M.T.Sidqinin, Molla Mahmud Çakərin adla­rının çəkilməsi və bir sıra digər tutarlı faktlar hadisələrin Naxçıvanda baş vermə­sinə şübhə yeri qoymur. “Atalar və oğullar”, köhnəliklə yenilik arasındakı ziddiyyət burada daha kəskinliyi ilə süjetin əsasına qoyulmuşdur. Köhnəlik, hələ ki, güclü­dür. Şəxsiyyət azadlığı, insani dəyərlər yolunda çarpışan, əzab çəkən Fərhad kimi gənclər, hələ ki, qalib gələ bilmirlər, lakin mənəvi ləyaqətləri və dəyanətləri ilə oxu­­cunun gözündə ucalırlar. Ə.Səbri Fərhadın timsalında ötən əsrin əvvəlləri Azər­baycan gəncliyinin üzləşdiyi problemləri, çətinlikləri məharətlə ümumiləşdirməyi ba­carmışdır.

Əli Səbrinin qələmindən dolğun hekayələr də  çıxmışdır. Həmin əsərlərin əksəriyyəti uşaq ədəbiyyatımızın dəyərli nümunələri sırasına daxil edilməyə layiqdir. 1914-cü ildə yazdığı “Qaraçılar”  hekayəsində müəllif yığcam, lakin mənalı epizodlar timsalında iki dünyagörüşü, iki mənəviyyatı üz-üzə qoymuş, təbiətin saf qoynunda yaşayıb, təbiətdən saflıq, təmizlik əxz edən qaraçıların insaniyyət baxımından bəy-xan mühitinin bəzi nümayəndələrindən üstün olduğunu təsvir etmişdir. Yazıçının “Gonbul ayı balası” hekayəsi də sentimental, müəyyən qədər də idillik ruhdadır. Bu əsər Ə.Səbrinin 1920-ci ildən sonrakı yaradıcılığının məhsuludur. Hekayə birinci şəxsin – ovçu Hatəmin dilindən nağıl olunur. Bu yığcam əhvalatların təqdimi ilə yazıçı ovçu həyatının və təbiət mühitinin ayrı-ayrı mənalı epizodlarını qələmə almışdır. “Firuzun kədəri” hekayəsində isə düzlük, doğruçuluq, mənəvi təmizlik kimi müsbət əxlaqi keyfiy­yət­lər ön plana çəkilmişdir. Kiçik yaşlı Firuzun saf mənəviyyatının oğruların- İbişlə Mahmudun bəd niyyətinə qarşı qoyulması, Firuzun düzlüyünün onlara nümunə göstərilməsi maraq doğuran ibrətamiz məqamdır. “Himayə”  hekayəsində də müəllif insanlar arasında ünsiy­yə­tin, xeyirxahlığın, qarşılıqlı səmimiyyətin mühüm şərti olması ideyasını bədii şəkildə əsaslandır­mışdır. Saf qəlbə, nəcib mənəviyyata malik Loğman müəllim, hə­yat yoldaşı Vəsilə xanım kimi surətlərin bədii təqdimi həmin əsərdə əsas yeri tutur.

Ə.Səbrinin hekayələrinin çoxunda hadisələrin Naxçıvan mühiti ilə bağlılığına işarələr vardır. Məsələn, “Firuzun kədəri” hekayəsində Şahbuz, Qaraxanbəyli, Xal­xal meşəsi kimi yerlərin adının çəkilməsi, heka­yənin əsas surəti Firuzun Uzunoba kəndində yaşaması və s. detallar bu baxımdan maraq doğurur.

Ə.Səbri həm də fəal publisist və tənqidçi kimi tanınmışdır.O, hələ tələbəlik illərindən başlayaraq  dövrün, cəmiyyətin aktual ictimai-siyasi, sosial-mədəni problemlərinə, o cümlədən  milli istiqlal, vətənpərvərlik, ədəbiyyat, teatr, maarif, ana dili məsələləri və s. mövzularda  400-dən artıq məqalə yazmış, Bakıda və Tiflisdə (Tbilisidə) çıxan “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “İqbal”, “Açıq söz” “Azərbaycan”, “Gələcək”, “Ədəbiyyat və incəsənət”  və digər mətbuat orqan­larında Ə.Səb, Ə.Səbri, Dağyuniszadə, Yəmut Elli və s. imzalarla çap etdirmişdir.

Ə.Səbri həm də mahir bir tərcüməçi olmuş, müxtəlif vaxtlarda L.N.Tolstoy, İ.S.Turgenev, A.P.Çexov, V.Şekspir, R.Taqor və başqa yazıçıların bir sıra əsərlə­rini, ayrı-ayrı elmi, siyasi monoqrafiyaları Azərbaycan dilinə tərcümə etmişdir. Bundan əlavə, M.S.Ordubadi, S.Şamilov və başqa Azərbaycan yazıçılarının bəzi əsərlərinin rus dilinə tərcüməsi də Ə.Səbriyə məxsusdur. 1912-ci ildə hələ Qori seminariyasının tələbəsi ikən gənc Əli L.N.Tolstoyun dörd heka­yə­sini Azərbaycan dilinə tərcümə etmiş, bu tərcümələri F.Köçərli müsbət qiymətlən­dir­mişdi. Sonrakı illərdə o, bu sahə ilə daha ciddi məşğul olmuşdur. R.Taqorun “Fəlakət”, P.P.Verşinqoranın “Təmiz vicdanlı insanlar” adlı kitabları, “Gürcü hekayələri” adlı məcmuə, V.Şekspirin “Şıltaq qızın yumşalması” pyesi və s. Əli Səbrinin geniş tərcümə yaradıcılığından xəbər verir.

Ümumiyyətlə, Əli Səbri Qasımov istiqlal mücadiləsində fəallıq göstərən, ədəbiyyat və mədəniyyət tariximizdə diqqətəlayiq yer tutan vətənpərvər ziyalı olmuşdur.

 

HÜSEYN HƏŞİMLİ: filologiya üzrə elmlər doktoru, 
əməkdar elm xadimi

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...

Mən İstanbulda Naxçıvanı gördüm

11-12-2018-15-22 Xəbərlər

Mən İstanbulda Naxçıvanı gördüm

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz.

Sədərəkdə monitorinq keçirilib

11-12-2018-14-46 Xəbərlər

Sədərəkdə monitorinq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti S...

Naxçıvanda sabaha olan hava proqnozu

11-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Nakhchivan news - VİDEO

11-12-2018-14-00 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...