İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

Səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

Naxcivantv.az xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb. Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. Son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası intensiv iş aparır.

Ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb. İran Azərbaycana 3,1 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb.

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2 faiz artıb.

İrandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və 2017-ci ildə 363 min nəfərə çatıb. Nazir Şahin Mustafayev qeyd edib ki, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında İran vətəndaşları 1-ci yerdədir.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından Astara, Culfa və Biləsuvar sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyətini qeyd edib.

İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian qeyd edib ki, müstəqil Azərbaycan ilə İranın əlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlayıb və Heydər Əliyevin o dövrdə İrana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını yaradıb. Qeyd olunub ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görülüb, bir sıra qarşılıqlı səfərlər və görüşlər keçirilib. Məsud Kərbasian Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib.

Qeyd edək ki, görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Peşəkar oftalmoloq xəstələri müayinə edib

22-09-2018-19-47 Xəbərlər

Peşəkar oftalmoloq xəstələri müayinə edib

NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkə...

Ən çox rast gəlinən beş diş problemi

22-09-2018-19-19 Xəbərlər

Ən çox rast gəlinən beş diş problemi

Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır...

Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

22-09-2018-18-50 Xəbərlər

Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

NUHÇIXAN xəbər verir ki, Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda fəaliyy...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

22-09-2018-18-22 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov...

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

22-09-2018-18-11 Xəbərlər

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasınd...

Avropalı qonaqlar tələbələrlə görüşüb - VİDEO

22-09-2018-17-54 Xəbərlər

Avropalı qonaqlar tələbələrlə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Avropa Günləri”nin keçirilməsi ilə əlaqədar...

Prezident İlham Əliyev Bakıda keçirilən dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - YENİLƏNİR

22-09-2018-17-39 Xəbərlər

Prezident İlham Əliyev Bakıda keçirilən dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - YENİLƏNİR

Sentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idman...

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

22-09-2018-17-24 Xəbərlər

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbista...

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

22-09-2018-17-13 Xəbərlər

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən R...

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

22-09-2018-17-10 Xəbərlər

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Tahir Süleymanovun “Vətənə xidmətə görə” ordeni ilə təlti...

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

22-09-2018-17-01 Xəbərlər

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub.

İmmunitetinin zəiflədiyini göstərən işarələr

22-09-2018-16-40 Xəbərlər

İmmunitetinin zəiflədiyini göstərən işarələr

İmmun sistemi orqanizmi bakteriya və infeksiyalardan qoruyur, qocalıq prosesini ...

Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO

22-09-2018-16-10 Xəbərlər

Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda  “Avropa Günü” çərçivəsində keçirilən tədbir...

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

22-09-2018-15-46 Xəbərlər

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

NUHÇIXAN xəbər verir ki, tədbirə həsr olunan mətbuat konfransında Avropa İttifaq...

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

22-09-2018-15-26 Xəbərlər

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələrindən istifadənin inkiş...

Ehtiram Aşırlı: Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

22-09-2018-15-07 Xəbərlər

Ehtiram Aşırlı: Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilə...

“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

22-09-2018-14-43 Xəbərlər

“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz d...

Naxçıvanda sabaha olan hava proqnozu

22-09-2018-14-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqla...

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

22-09-2018-14-10 Xəbərlər

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nqu...

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

22-09-2018-13-56 Xəbərlər

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin vəzifə səlahiyyəti...

Sekvoya dünyanın ən hündür ağacıdır

22-09-2018-12-58 Xəbərlər

Sekvoya dünyanın ən hündür ağacıdır

Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir....

Naxçıvanda “Avropa Günləri” davam edir

22-09-2018-12-44 Xəbərlər

Naxçıvanda “Avropa Günləri” davam edir

Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əl...

BMW 140 minə yaxın avtomobili geri çağırır

22-09-2018-12-11 Xəbərlər

BMW 140 minə yaxın avtomobili geri çağırır

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın...

Yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 542,3 manat olub

22-09-2018-11-21 Xəbərlər

Yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 542,3 manat olub

Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin o...

Neftin qiyməti bahalaşır

22-09-2018-10-50 Xəbərlər

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub

22-09-2018-10-33 Xəbərlər

Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub

Sentyabrın 22-də Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatını...

Alkoqol istehlakı dünyada hər il 3 milyon insanın həyatına son qoyur

22-09-2018-10-17 Xəbərlər

Alkoqol istehlakı dünyada hər il 3 milyon insanın həyatına son qoyur

Dünyada hər 20 ölüm halının biri alkoqol istehlakı ilə əlaqədar baş verir.

Ötən günün mənzərəsi - VİDEO

22-09-2018-09-59 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Damar tıxanmasına qarşı 7 məhsul

22-09-2018-09-45 Xəbərlər

Damar tıxanmasına qarşı 7 məhsul

Xroniki damar xəstəliyi olan ateroskleroz  bütün dünyada infarkt və insult nətic...

Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

22-09-2018-09-29 Xəbərlər

Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, D...