Naxçıvanlılar tarixən hərb peşəsinə maraqlı olublar. Nəinki Azərbaycanın, Rusiya hərb tarixində yüksək mövqe tutan Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski, Əbülfət ağa Şahtaxtinski kimi görkəmli sərkərdələr özlərindən sonrakı nəsillər üçün əsl qəhrəmanlıq, cəsurluq örnəyi qoyublar.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Sovet rejiminin tüğyan etdiyi bir zamanda bütün çətinliklərə rəğmən Bakıda yaratdığı hərbi təhsil ocağına Cəmşid Naxçıvanskinin adını vermişdi. 70-ci illərdə yaradılan lisey məhz Azərbaycanın bugünkü müstəqilliyinə hesablanmışdı.

Naxçıvanlıların hərb peşəsinə olan sonsuz marağını və ordu quruculuğuna verə biləcəyi töhfələri nəzərə alan ulu öndər Heydər Əliyev bu qədim diyarda da hərbi təhsil ocağının yaradılması ilə bağlı 13 mart 1998-ci il tarixli sərəncam imzaladı. Bununla da muxtar respublikada ilk hərbi təhsil ocağının təməli qoyuldu.

Filial kimi fəaliyyətə başlayan liseyə ildən-ilə gənclərin marağı artırdı. 1999-cu il oktyabrın 13-də, onun yeni tədris korpusunun açılışında iştirak edən dahi rəhbər Heydər Əliyev deyib: "Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, Naxçıvan filialı qısa müddətdə genişlənəcəkdir. Buraya 100 yox, 200, bəlkə də ondan daha artıq gənc qəbul edib hazırlamaq mümkündür ki, bizim zabit kadrlarımız daha çox olsun". Böyük ümidlərlə səsləndirilən bu fikir çox keçmədi ki, reallığa çevrildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey fəaliyyətə başladı.

Hərbi lisey şəhərciyində müəllifi heykəltəraş Ömər Eldarov olan ümummilli liderin tunc büstü ucaldılıb, ikimərtəbəli qərargah binası, 750 nəfərlik yeməkxana, ən müasir avadanlıqlarla ilə təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası və s. istifadəyə verilib.

Müasir hərbi təhsil ocağında fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, tarix, ingilis dili, riyaziyyat, hərbi topoqrafiya və ədəbiyyat kabinələri yaradılıb və tədris proqramına uyğun avadanlıqlarla təmin olunub.

2005-ci ilin dekabrında muxtar respublikaya səfəri zamanı ölkə başçısı İlham Əliyev Hərbi liseydə olaraq, burada yaradılan şəraiti yüksək qiymətləndirib.

İndi nəinki muxtar respublika üzrə, Azərbaycanın bir çox bölgələrindən təhsil almaq üçün gənclər də bu hərbi təhsil müəssisəsinə üz tuturlar. Belə gənclərdən biri də Goranboy rayonundan olan Rəvan Məmmədovdur. Düşmənə olan nifrət hissi, Vətənin müdafiəsində dayanmaq arzusu onu da bu ünvana gətirib.

Salyandan olan Ələsgər Rəsulov bildirir ki, televiziya vasitəsilə bu Hərbi liseylə tanış olub. Buradakı şəraitdən razı qalan valideynləri də onun Naxçıvanda təhsil almasına qarşı çıxmayıblar.
"Hələ orta məktəbdə oxuduğum illərdə "Kim olmaq istəyirsən?" mövzusunda yazdığım inşa yazıda bu suala belə cavab vermişdim: “General.” Bu məktəbə qəbul olunduğumu eşidəndə sevincimin həddi-hüdudu yox idi. Artıq liseyi bitirirəm. Lisey həyatı çox şey qazandırdı bizə. Yüksək təhsil, nizam-intizam, fiziki və mənəvi güc". Bu sözləri isə Ucardan olan kursant Səfər Səfərli deyir.

Hərbçilərdə müşahidə etdiyi çeviklik, cəsurluq, vətənpərvərlik Lənkərandan Naxçıvana yol alan Ziya İbadzadənin də yiyələnmək istədiyi keyfiyyətlərdir. Onun üçün Vətən hər şeydən öndə gəlir. "Vətənin keşiyində dayanmaq, ölkəmizin ərazi bütövlüyünü qorumaq, millətini, dövlətini ürəkdən sevən hər bir azərbaycanlı gəncin müqəddəs borcudur", - deyir.

Şərur rayonunun Vərməziyar kəndindən olan Hidayət İsmayılov isə Xocalı faciəsini televiziyadan izlədikdən sonra taleyini hərbə bağlamaq qərarına gəlib.

Bu gün dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdən biri təhsilin inkişafıdır. Bu istiqamətdə son illərdə aparılan məqsədyönlü islahatlar müasir düşüncə tərzinə malik, bilikli, dövlətçiliyimizə sadiq vətənpərvər gəncliyin yetişməsinə əsaslı zəmin yaradıb. Əgər bir ölkənin gəncliyi vətənpərvərlik ruhunda tərbiyə edilirsə, təbii ki, orada hərbi təhsilin inkişafı da qaçılmaz olacaq. Bu səbəbdəndir ki, liseyə maraq ilbəil artır.  Bu gün Hərbi liseyin yüzlərlə məzunu ali hərbi məktəblərdə təhsillərini davam etdirir və ordumuzun sıralarında xidmət edirlər.

Kapitan Bəhruz Ziyadov bu təhsil ocağının məzunlarındandır. Onun üçün doğma liseydə çalışmaq, xidmət etmək qürurvericidir. Sevdiyi, seçdiyi peşəsinə yiyələndiyi üçün Hərbi liseyə minnətdar olduğunu bildirir.

2016-cı ilin aprelində Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımız uğrunda həyata keçirdiyi uğurlu əməliyyatlar, qazandığı qələbələr, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış liseyin kollektivində də böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaəti ilə düşmənə layiqli cavab verənlər sırasında Hərbi liseyin məzunları da var. Aprel döyüşlərində şəhid olan zabitimiz Qabil Orucəliyev kimi gənclər Vətənin iftixarı, gələcək nəsillər üçün örnəkdir. Həmçinin içdikləri hərbi anda sadiq qalaraq, Vətənin hər qarışı uğrunda mübarizə aparan və müxtəlif illərdə şəhidlik zirvəsinə yüksələn məzunlardan kapitan Ceyhun Orucəliyevin, baş leytenantlar Cəfər Cəfərovun, Şəhriyar Məmmədovun, Orxan Quliyevin, Tural Haşımlının, leytenant Zamin Məmmədovun adları iftixarla səslənir. Gələcəyin zabitlərini daha mətin, mübariz olmağa, düşməndən intiqam almağa, üçrəngli bayrağımızı əzəli və əbədi ata-baba yurdlarımızda dalğalandırmağa ruhlandırır.

Kursantlar muxtar respublikada keçirilən tədbirlərdə də fəallıqları ilə seçilir, bilik müsabiqələrində, fənn olimpiadalarında, bədii özfəaliyyət baxış müsabiqələrində, idman yarışlarında müntəzəm iştirak edərək yüksək nəticələr əldə edirlər. Təhsil, idman, mədəni sahələr üzrə liseydə 31 adda dərnək fəaliyyət göstərir.

Gələcəyin zabitlərini yetişdirmək kimi şərəfli missiyanı üzərlərinə götürən Hərbi liseyin pedaqoji kollektivi öz məsuliyyətlərini dərk edir. Hər il yüksək səviyyədə keçirilən buraxılış mərasimi, yaradılan əlverişli şərait tədris prosesini düzgün istiqamətləndirməyə kömək edir.

Ötən il iyunun 22-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının buraxılışı mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: "Müasir dövrdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin mühüm bir istiqamətini ixtisaslı kadrların yetişdirilməsi təşkil edir. O ordu güclüdür ki, onun sıralarında peşəkar zabit heyəti var. Zabit heyəti isə öz-özünə formalaşmır. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Silahlı Qüvvələrimiz üçün zabit korpusunun formalaşması işinə Ulu Öndərimizin adını daşıyan Hərbi lisey də öz töhfəsini verir".

Naxçıvan bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, elminə, təhsilinə, incəsənətinə layiqli töhfələr verib. Heydər Əliyev adına Hərbi Lisey də, öz növbəsində, Azərbaycan hərb tarixində parlaq səhifələr açacaq.



Ruhiyyə RƏSULOVA

Naxçıvan Televiziyasının baş redaktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sədərəkdə müşavirə keçirilib

18-12-2018-13-33 Xəbərlər

Sədərəkdə müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətində “Qəsəbə və kəndlərdə ...

Culfada seminar olub

18-12-2018-12-47 Xəbərlər

Culfada seminar olub

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda “Torpaqların məhsuldarlığının yüksəldil...

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il

18-12-2018-12-28 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il

Naxçıvanın Muxtar Respublikası unitar quruluşa malik Azərbaycan Respublikasının ...

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış keçirilib

18-12-2018-12-10 Xəbərlər

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış keçirilib

NUHÇIXAN xəbər verir ki,  yarışda Naxçıvan komandası ilə Şimali Amerikanın Bermu...

Nakhchivan news - VİDEO

18-12-2018-11-55 Xəbərlər

 Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ötən günün mənzərəsi - VİDEO

18-12-2018-10-04 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ordumuz qürurumuzdur

18-12-2018-09-47 Xəbərlər

Ordumuz qürurumuzdur

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədid...

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilir

17-12-2018-19-58 Xəbərlər

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən Muxtar Respubli...

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib

17-12-2018-18-56 Xəbərlər

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib

Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib....

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

17-12-2018-18-52 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov T...

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasıdan 5 il ötür

17-12-2018-18-43 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasıdan 5 il ötür

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 5-ci ildönümü...

Ümumtəhsil məktəblərində psixoloji xidmət müzakirə edilib

17-12-2018-18-05 Xəbərlər

Ümumtəhsil məktəblərində psixoloji xidmət müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikanın Təhs...

Həkimlər üçün seminar-treninq keçirilir

17-12-2018-17-23 Xəbərlər

Həkimlər üçün seminar-treninq keçirilir

NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləş...

Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində olublar

17-12-2018-16-21 Xəbərlər

Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Təhsil müəssisələrində işləmək istəyənlər üçün test imtahanlarına start verilib

17-12-2018-15-06 Xəbərlər

Təhsil müəssisələrində işləmək istəyənlər üçün test imtahanlarına start verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Beynəlxalq konfrans iştirakçıları tarixi abidələrlə tanış olublar - VİDEO

17-12-2018-14-21 Xəbərlər

Beynəlxalq konfrans iştirakçıları tarixi abidələrlə tanış olublar - VİDEO

NUHÇIXAN xəbər verir ki, “Türk İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküs...

Şagirdlər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olublar

17-12-2018-12-52 Xəbərlər

Şagirdlər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olublar

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində ...

“Naxçıvan ən işıqlı şəhər kimi yadımda qaldı” – Amina Əl-Həcri - VİDEO

17-12-2018-12-17 Xəbərlər

“Naxçıvan ən işıqlı şəhər kimi yadımda qaldı” – Amina Əl-Həcri - VİDEO

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində  iştirak etm...

Tələbələrlə görüş olub

17-12-2018-11-35 Xəbərlər

Tələbələrlə görüş olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin ...

Bir payız günündə Payız kəndində

16-12-2018-19-50 Xəbərlər

Bir payız günündə Payız kəndində

Üç ay ellərimizə qonaq olan payız  fəsli də artıq yerini yavaş-yavaş qışa vermək...

Ordubadın nadir inciləri

16-12-2018-19-16 Xəbərlər

Ordubadın nadir inciləri

Ordubad rayonu özünün zəngin tarixi abidələri ilə həmişə diqqəti çəkib.

Naxçıvanda sabaha olan hava proqnozu

16-12-2018-15-47 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

16-12-2018-15-14 Xəbərlər

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

Culfa rayonunda həyata keçirilən ardıcıl sosial-iqtisadi inkişafın və quruculuq ...

Ordubadın müasirləşən kəndi- Tivi

16-12-2018-14-46 Xəbərlər

Ordubadın müasirləşən kəndi- Tivi

Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda Tivi kəndinin özün...

Daylaqlı kəndi xoş günlərini yaşayır

16-12-2018-14-15 Xəbərlər

Daylaqlı kəndi xoş günlərini yaşayır

Ulu dağların  ətəyinə sığınan kəndlərimizin  bugünkü mənzərəsinə baxdıqca onları...

Konfrans iştirakçıları Naxçıvanla tanış olublar

16-12-2018-13-46 Xəbərlər

Konfrans iştirakçıları  Naxçıvanla tanış olublar

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq ...

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

16-12-2018-12-59 Xəbərlər

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

Payızda da yazda olduğu kimi ting əkilir, bağlar salınır, yaşıllıq zolaqlarının ...

2018-ci il-uğurların təntənəsi

16-12-2018-12-31 Xəbərlər

2018-ci il-uğurların təntənəsi

2018-ci ili  Naxçıvanın uğur ili adlandırsaq,- heç də yanılmarıq.  23 ildir ki, ...

Yaratdıqca ucalır

16-12-2018-11-32 Xəbərlər

Yaratdıqca ucalır

Düz 23 il bundan əvvəl- 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası A...

Naxışların ömür yoluna saldığı izlər

16-12-2018-10-27 Xəbərlər

Naxışların ömür yoluna saldığı izlər

Böyük inkişaf yolu keçib, özünün ən yüksək zirvəsinə çatan qədim sənət sahələrin...