Faiq Səfərov Suallarınızı cavablandırır: 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsinin rəisi,

ədliyyə müşaviri Faiq Səfərov

 

   

Cavabı görmək üçün sualın üzərinə kilikləyin

Cavab: Bəzi şəxslər tərəfindən təbii qaz və elektrik energisindən istifadə qaydaları hələ də pozulur, qanunsuz olaraq elektrik və qaz xətlərinə qoşulma hallarına yol verilir. Bu sahədə baş verən neqativ halların qarşısının vaxtında alınması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilmiş, bu sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilmişdir. Enerji resurslаrındаn istifаdə zаmаnı bаş verə biləcəк qаnun pоzuntusunun qаrşısının аlınmаsı məqsədilə bu gün vətəndaşlara bir dаhа qаnunvericiliyin tələbləri, törədilmiş əməlin ictimаi təhlüкəliliyi və məsuliyyəti bаrədə məlumаt verməк istəyirik.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunuan əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən yuxarıda qeyd olunan əməllərin qarşısının alınmaması üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən qeyd olunan əməllərin qarşısını almaması isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Cavab: Ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 01.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, tütün çəkilməsinə icazə verilməyən yerlər müəyyən edilmişdir. Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanunvericiliyə əsasən qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-otuz manat məbləğində cərimə edilir. Həmçinin hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-yüz manat məbləğində, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində, vaqonlarda siqaret çəkməyə görə-əlli manat məbləğində, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə isə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.

Qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə isə yüz manat məbləğində cərimə edilir.

Cavab: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. O, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ya yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalrını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı hadisələr baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.

Cavab: Satış qiyməti, mal vahidinə (kəmiyyətinə) qoyulmuş son qiymət məzənnəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır. 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə, səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

Cavab: Azərbaycan Respublikasının inzobati xətalar qanunvericiliyinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.  Burada “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

Cavab: Bəli, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə, xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

Cavab: Azərbaycan Respublikasının ailə qanunvericliyinə əsasən, Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı («müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir) tərəfindən müəyyən olunur.

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı Ailə Məcəllənə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə, müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 10 yaşına çatmış uşağın adı və ya soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Cavab: Bəli, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Həmçinin, inzibati xətalar qanunvericliyinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə, xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Cavab: Azərbaycan Respublikasnın inzibati xətalar qanunvericiliyinə əsasən, On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə, valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

Cavab: Bəli, bunanla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 15.12.2017-ci iltarixli Qanunla dəyişikliklər edilmiş və həmin müddəa 2018-ci il fevralın 1-dən qüvvəyə minir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə, fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə beş min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər. Qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır.

Cavab: Bu məsələlər Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinni 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
Həmçinin əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 №-li Qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir. Qərara əsasən, qızıl və qızıl məmulatları, qiymətli və yarım qiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar və dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilmir.

Cavab: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına, malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə və ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmə hüququna malikdirlər. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.

Cavab: Bəli, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Ölkə ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Satıcı (icraçı) ölkə ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. Yuxarıda nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinə əsasən fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda (yüz min manatdan artıq olan mәblәğdə) ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Cavab: Əmtəə nişanı, sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Həmçinin Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması xeyli miqdarda (iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər, külli miqdarda (yüz min manatdan artıq olan məbləğdə) ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cavab: Babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar,ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr yaxın qohumlardır. Qohumlar isə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığfa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.

Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə, yüz manat məbləğində cərimə edilir.

Cavab: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, informasiya sorğusu (informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət) ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz
operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.
İnformasiya sorğusunın “İnformasiya əldə etmək haqqında” Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. Qanunun 24.4-cü maddəsində göstərilən hallarda (əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa) sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi günün sonrakı iş günündən, Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan hallarda (23.1. sorğu edilən informasiya informasiya sahibində yoxdursa) isə sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır. İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər. İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.

Cavab: Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə, müqavilə bağlayan tərəflər haqqında məlumatlar, tərəflərin hüquq və vəzifələri,

görüləcək işlər və göstəriləcək xidmətlər, müqavilənin müddəti, tərəflərin məsuliyyəti, müqaviləyə xitam verilməsi qaydası göstərilir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin
təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Cavab: Könüllü fəaliyyət, ölkə qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü, öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Könüllü fəaliyyətin təşkilatçısı, könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Əvəzi ödənilməyən fəaliyyət isə, əmək haqqı ödənilməyən fəaliyyətdir. Bu fəaliyyət isə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının 9 iyun 2009-cu il tarixli Qanun ilə tənzimlənir. Həmin Qanun isə hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.

Cavab: Könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

-əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
-insanpərvərliyin və dözümlülüyün təbliği;
-istehlakçıların hüquqlarının qorunması;
-hüquqi və mədəni maarifləndirmə;
-uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
-idmanın inkişafı;
-xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
-sağlam həyat tərzinin təbliği;
-ətraf mühitin mühafizəsi;
-tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
-silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər
fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər
çəkmiş şəxslərə yardım göstərilməsi;
-cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz
qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Cavab: Könüllü fəaliyyətin təşkilatçıları “Könüllü fəaliyyət haqqında” Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək, bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək, könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq, könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək hüquqlara malikdir. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq, könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq, könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək, könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək, könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq, könüllünün həyat və sağlamlığını sığorta etmək, könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək, könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək, könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək və könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməkdən ibarətdir.

Cavab: Könüllülər müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək, könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək,
könüllü fəaliyyət haqqında informasiya yaymaq, könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq, könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək, könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq, sığorta olunmaq və öz əmlakından istifadəyə görə kompensasiya almaq hüququna malikdirlər Şəxsin
könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur. Könüllünün əsas vəzifələri aşağıdakılardır:
-işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq;
-Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik
qaydalarına riayət etmək;
-fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək;
-könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat
təqdim etmək;
-könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının
müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək;
-vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli
saxlamaq.

Cavab: Yalnız qanunsuz olaraq övladlığa götürmə məsuliyyətə səbə olur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə, min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma, min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cavab: Bəli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 172-ci maddəsinə əsasən, tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cavab: Bəli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1- ci maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə, iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə, üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cavab: Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsinə əsasən, əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Cavab: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən, torpaq istifadəçiləri vəicarəçiləri torpaqdan təyinatı üzrə istifadə etmək, qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək, torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək, torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq, torpaqdan istifadəyə və ya icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq və Torpaq Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəyə) vermək və qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək hüququna malikdirlər.
Cavab: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək,
təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməyə, torpaqlarda Torpaq Məcəlləsində nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirməyə, torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya- gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirməyə, torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etməyə, torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə, başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamağa, torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji
təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamağa, torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında verməya və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməya borcludurlar.

 

 

 

 

 

 Əgər sizdə əlavə sual yaranarsa bizə müraciət edin   MÜRACİƏT ETMƏK

  E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Milli geyimlərimiz

23-09-2018-11-36 Xəbərlər

Milli geyimlərimiz

Azərbaycan xalqının tarixi və milli mədəniyyətilə bağlı əsas rəmzlərindən biri d...

Tütün qırımı davam edir

23-09-2018-11-05 Xəbərlər

Tütün qırımı davam edir

NUHÇIXAN xəbər verir ki, bu il Kəngərli rayonunun  Böyükdüz, Xıncab, Çalxanqala,...

SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasının 90-cı ildönümü tamam olur

23-09-2018-10-33 Xəbərlər

SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasının 90-cı ildönümü tamam olur

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədo...

Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək

23-09-2018-09-55 Xəbərlər

Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək

Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarı...

Azərbaycana payız gəldi…

23-09-2018-09-32 Xəbərlər

 Azərbaycana payız gəldi…

Azərbaycana payız fəsli qədəm qoyub.

İspaniya La Liqası: “Real Madrid” dördüncü qələbəsini qazanıb

23-09-2018-09-03 Xəbərlər

 İspaniya La Liqası: “Real Madrid” dördüncü qələbəsini qazanıb

Sentyabrın 22-də İspaniya La Liqasında beşinci turun növbəti oyunları keçirilib....

Peşəkar oftalmoloq xəstələri müayinə edib

22-09-2018-19-47 Xəbərlər

Peşəkar oftalmoloq xəstələri müayinə edib

NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkə...

Ən çox rast gəlinən beş diş problemi

22-09-2018-19-19 Xəbərlər

Ən çox rast gəlinən beş diş problemi

Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır...

Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

22-09-2018-18-50 Xəbərlər

Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda

NUHÇIXAN xəbər verir ki, Türkiyənin məşhur “Evim AVM” firması Naxçıvanda fəaliyy...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

22-09-2018-18-22 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov...

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

22-09-2018-18-11 Xəbərlər

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasınd...

Avropalı qonaqlar tələbələrlə görüşüb - VİDEO

22-09-2018-17-54 Xəbərlər

Avropalı qonaqlar tələbələrlə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Avropa Günləri”nin keçirilməsi ilə əlaqədar...

Prezident İlham Əliyev Bakıda keçirilən dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - YENİLƏNİR

22-09-2018-17-39 Xəbərlər

Prezident İlham Əliyev Bakıda keçirilən dünya çempionatında yarımfinal qarşılaşmasına baxıb - YENİLƏNİR

Sentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idman...

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

22-09-2018-17-24 Xəbərlər

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbista...

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

22-09-2018-17-13 Xəbərlər

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən R...

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

22-09-2018-17-10 Xəbərlər

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Tahir Süleymanovun “Vətənə xidmətə görə” ordeni ilə təlti...

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

22-09-2018-17-01 Xəbərlər

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub.

İmmunitetinin zəiflədiyini göstərən işarələr

22-09-2018-16-40 Xəbərlər

İmmunitetinin zəiflədiyini göstərən işarələr

İmmun sistemi orqanizmi bakteriya və infeksiyalardan qoruyur, qocalıq prosesini ...

Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO

22-09-2018-16-10 Xəbərlər

Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda  “Avropa Günü” çərçivəsində keçirilən tədbir...

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

22-09-2018-15-46 Xəbərlər

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

NUHÇIXAN xəbər verir ki, tədbirə həsr olunan mətbuat konfransında Avropa İttifaq...

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

22-09-2018-15-26 Xəbərlər

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələrindən istifadənin inkiş...

Ehtiram Aşırlı: Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

22-09-2018-15-07 Xəbərlər

Ehtiram Aşırlı: Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilə...

“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

22-09-2018-14-43 Xəbərlər

“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz d...

Naxçıvanda sabaha olan hava proqnozu

22-09-2018-14-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqla...

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

22-09-2018-14-10 Xəbərlər

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nqu...

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

22-09-2018-13-56 Xəbərlər

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin vəzifə səlahiyyəti...

Sekvoya dünyanın ən hündür ağacıdır

22-09-2018-12-58 Xəbərlər

Sekvoya dünyanın ən hündür ağacıdır

Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir....

Naxçıvanda “Avropa Günləri” davam edir

22-09-2018-12-44 Xəbərlər

Naxçıvanda “Avropa Günləri” davam edir

Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əl...

BMW 140 minə yaxın avtomobili geri çağırır

22-09-2018-12-11 Xəbərlər

BMW 140 minə yaxın avtomobili geri çağırır

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın...

Yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 542,3 manat olub

22-09-2018-11-21 Xəbərlər

Yanvar-iyul aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 542,3 manat olub

Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin o...