Azərbaycanın qədim yaşayış məskəni olan Naxçıvan torpağında boz ayın çillə çıxarmanı əhatə edən çərşənbələri qədim dövrlərdən SU-TORPAQ-YEL-OD ardıcıllığı ilə qeyd olunur.

Bu çərşənbələrin hər biri öz mərasim və ayinlərinin zənginliyi ilə seçilir. Təbii ki, ulu əcdadlarımız yaradılışın bu dörd ünsürünü özünün ilkin ibtidai düşüncə sistemindən keçirərək onu simvollaşdırmış, şifahi mətnlər, dastanlar yaratmışlar. “Yaradılış” dastanında da biz bu işarələri açıq-aydın müşahidə edirik.

Türk dünyasında çərşənbələr öz sakral mahiyyətində təbiətin canlanması ardıcıllığını qoruyub saxlayır. Belə ki, öz sərt soyuğu ilə “asıb-kəsən” kiçik çillə başa çatandan sonra təbiətdə mülayimləşmə başlayır. Bu zaman ilk olaraq Su qızmağa, əriməyə başlayır. Bundan sonra Torpaq isinir. Torpağın isinməsindən sonra soyuq və isti havanın qarşılıqlı mübadiləsi prosesi baş verir. Təbiətdə coğrafi hadisələrdən də bizə bəlli olan soyuq və isti hava axınının yerdəyişməsindən Külək-Yel əmələ gəlir. Yəni yeni, isti hava axını – Külək havanı qızdırır. Ən sonda isə Günəşin hərarəti tamamilə hiss edilir. İnsanlar və təbiət, canlı və cansız bütün varlıqlar Odu – istini duyurlar.

Yuxarıda qeyd etdiyimiz ardıcıllıq uzun minilliklər boyu insanların həyatına, yaşayışına, öz güzəranlarını bu ardıcıllıq üzrə tənzimləmələrinə təsir etmişdir. İlkin dünyagörüşü zamanı məhz bu hadisələr ulu əcdadlarımızın inam, inanc sistemini də formalaşdırmışdır. Suya, Torpağa, Yelə, Oda inam meydana gəlmiş, bu ünsürlərin hər birinə aid müxtəlif ayinlər, mərasimlər təşkil olunmuş, beləliklə də, bu gün təmtəraqla qeyd etdiyimiz dörd çərşənbənin yaranmasına səbəb olmuşdur.

Xalq təqviminə uyğun olaraq boz ayın Yel çərşənbəsində və ya Külək çərşənbəsində küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir. “Vədə yeli, ağ yeldir”, – deyib atalarımız. Novruz bayramına 17 gün qalmış əsən küləyə “vədə yeli” deyilir. Bu isə Külək çərşənbəsinə təsadüf edir. Bu küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını bildirir. Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən “vədə küləyi” adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli”, “ağ yel” deyilir. Bir deyimə görə, “ələyəz yeli” qalxdısa, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvanda sözü, fikri, əqidəsi bilinməyən adama “ələyəz yelidir, hərdən bir tərəfə əsir”, – deyirlər.

Digər bir deyimə görə, “vədə yeli” yazın yelidir. Elə ki, əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərir. Köçəri quşlar yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayır. Boz ayın üçüncü çərşənbəsində əsən küləklər Novruzdan bir həftə sonra dayanmağa başlayır.

Xalq arasında küləklə, yellə bağlı bir çox folklor nümunələri də mövcuddur. Xüsusilə “Yel baba”, hətta bəzi bölgələrdə “Yel nənə” ifadəsi də mə- rasimlərdə qarşımıza çıxır:

Qonaq oldu Yel nənəm,

Şirin-şəkər dil nənəm.

Yel babam Oğanımdır,

Yel nənəm Uğanımdır.

Oğanım qismətimdir,

Uğanım ismətimdir.

Oğanım hərəkətdir,

Uğanım bərəkətdir.

Yel çərşənbəsində keçirilən mərasimlərdə oxunan nəğmələr çoxdur. Onlardan biri də aşağıdakı kimidir:

A Yel babam, Yel babam,

A gül babam, gül babam.

Əs hoyur-hoyur babam,

A Yel babam, əsə gəl,

El-obanı kəsə gəl.

Yel babam, Yel əs gətir,

Xeyir-xəbər səs gətir.

Yellə bağlı xalqımız bir çox folklor nümunələri də söyləmişlər. Atalar sözlərində bu daha çox qarşımıza çıxır. “Yel aparan yelinkidir, yerdə qalan mənimki”, “Yel qayadan nə aparar?”, “Yelnən gələn selnən gedər, elnən gələn gülnən gedər”, “Yelin zarafatı qovmaqla başlar”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yelə qoşulan çox uzağa getməz!” Yel çərşənbəniz mübarək!

 

Elxan MƏMMƏDOV

filologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Sədərəkdə müşavirə keçirilib

18-12-2018-13-33 Xəbərlər

Sədərəkdə müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətində “Qəsəbə və kəndlərdə ...

Culfada seminar olub

18-12-2018-12-47 Xəbərlər

Culfada seminar olub

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda “Torpaqların məhsuldarlığının yüksəldil...

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il

18-12-2018-12-28 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il

Naxçıvanın Muxtar Respublikası unitar quruluşa malik Azərbaycan Respublikasının ...

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış keçirilib

18-12-2018-12-10 Xəbərlər

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən növbəti yarış keçirilib

NUHÇIXAN xəbər verir ki,  yarışda Naxçıvan komandası ilə Şimali Amerikanın Bermu...

Nakhchivan news - VİDEO

18-12-2018-11-55 Xəbərlər

 Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ötən günün mənzərəsi - VİDEO

18-12-2018-10-04 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ordumuz qürurumuzdur

18-12-2018-09-47 Xəbərlər

Ordumuz qürurumuzdur

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədid...

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilir

17-12-2018-19-58 Xəbərlər

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən Muxtar Respubli...

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib

17-12-2018-18-56 Xəbərlər

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib

Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib....

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

17-12-2018-18-52 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov T...

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasıdan 5 il ötür

17-12-2018-18-43 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasıdan 5 il ötür

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 5-ci ildönümü...

Ümumtəhsil məktəblərində psixoloji xidmət müzakirə edilib

17-12-2018-18-05 Xəbərlər

Ümumtəhsil məktəblərində psixoloji xidmət müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikanın Təhs...

Həkimlər üçün seminar-treninq keçirilir

17-12-2018-17-23 Xəbərlər

Həkimlər üçün seminar-treninq keçirilir

NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləş...

Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində olublar

17-12-2018-16-21 Xəbərlər

Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Təhsil müəssisələrində işləmək istəyənlər üçün test imtahanlarına start verilib

17-12-2018-15-06 Xəbərlər

Təhsil müəssisələrində işləmək istəyənlər üçün test imtahanlarına start verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Beynəlxalq konfrans iştirakçıları tarixi abidələrlə tanış olublar - VİDEO

17-12-2018-14-21 Xəbərlər

Beynəlxalq konfrans iştirakçıları tarixi abidələrlə tanış olublar - VİDEO

NUHÇIXAN xəbər verir ki, “Türk İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküs...

Şagirdlər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olublar

17-12-2018-12-52 Xəbərlər

Şagirdlər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olublar

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində ...

“Naxçıvan ən işıqlı şəhər kimi yadımda qaldı” – Amina Əl-Həcri - VİDEO

17-12-2018-12-17 Xəbərlər

“Naxçıvan ən işıqlı şəhər kimi yadımda qaldı” – Amina Əl-Həcri - VİDEO

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində  iştirak etm...

Tələbələrlə görüş olub

17-12-2018-11-35 Xəbərlər

Tələbələrlə görüş olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin ...

Bir payız günündə Payız kəndində

16-12-2018-19-50 Xəbərlər

Bir payız günündə Payız kəndində

Üç ay ellərimizə qonaq olan payız  fəsli də artıq yerini yavaş-yavaş qışa vermək...

Ordubadın nadir inciləri

16-12-2018-19-16 Xəbərlər

Ordubadın nadir inciləri

Ordubad rayonu özünün zəngin tarixi abidələri ilə həmişə diqqəti çəkib.

Naxçıvanda sabaha olan hava proqnozu

16-12-2018-15-47 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

16-12-2018-15-14 Xəbərlər

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

Culfa rayonunda həyata keçirilən ardıcıl sosial-iqtisadi inkişafın və quruculuq ...

Ordubadın müasirləşən kəndi- Tivi

16-12-2018-14-46 Xəbərlər

Ordubadın müasirləşən kəndi- Tivi

Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda Tivi kəndinin özün...

Daylaqlı kəndi xoş günlərini yaşayır

16-12-2018-14-15 Xəbərlər

Daylaqlı kəndi xoş günlərini yaşayır

Ulu dağların  ətəyinə sığınan kəndlərimizin  bugünkü mənzərəsinə baxdıqca onları...

Konfrans iştirakçıları Naxçıvanla tanış olublar

16-12-2018-13-46 Xəbərlər

Konfrans iştirakçıları  Naxçıvanla tanış olublar

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq ...

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

16-12-2018-12-59 Xəbərlər

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

Payızda da yazda olduğu kimi ting əkilir, bağlar salınır, yaşıllıq zolaqlarının ...

2018-ci il-uğurların təntənəsi

16-12-2018-12-31 Xəbərlər

2018-ci il-uğurların təntənəsi

2018-ci ili  Naxçıvanın uğur ili adlandırsaq,- heç də yanılmarıq.  23 ildir ki, ...

Yaratdıqca ucalır

16-12-2018-11-32 Xəbərlər

Yaratdıqca ucalır

Düz 23 il bundan əvvəl- 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası A...

Naxışların ömür yoluna saldığı izlər

16-12-2018-10-27 Xəbərlər

Naxışların ömür yoluna saldığı izlər

Böyük inkişaf yolu keçib, özünün ən yüksək zirvəsinə çatan qədim sənət sahələrin...