Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. Onların sırasında Ermənistan prezidenti Serj Sarkisyan da vardı. S.Sarkisyan tədbirdə çıxış edib.

Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sarkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub. Erməni lider yenə də tam əsassız, iftira və yalanla dolu fikirlər ifadə edib. O, Bakı və Ankaranı sülhə gəlməməkdə günahlandırmağa çalışıb. Lakin heç bir arqument gətirə bilməyib. Dediklərinə reaksiya da minimum olub. Müzakirələr zamanı verilən suallara özünün məhdud regional təfəkkürü çərçivəsində primitiv cavablar verib. Yəni faktiki olaraq heç birinə normal cavab verə bilməyib. Bütün bu məsələlərin geosiyasi aspektləri üzərində dayanmağa çalışacağıq.

Cavabsız suallar: Serj Sarkisyanın çaşqınlığı

Ondan heç zaman həqiqi siyasi lider formalaşmayacaq. Dünyagörüşü məhdud, siyasi görüşləri məhdud radikal milliyyətçilikdən kənara çıxa bilməyən adamdır. O, dünyaya “balaca separatçı” kimi gəlib, elə o statusda da gedəcək. İndi Ermənistan adlı vassal dövlətə, forposta rəhbərlik edən Serj Sarkisyan haqqında onun Münxen Təhlükəsizlik Konfransdakı çıxışında ifadə olunan fikirlərinə nəzər saldıqda və tədbirdə verilən suallara cavablardan sonra yalnız bu nəticəni çıxarmaq olar.

Biz S.Sarkisyanın bir neçə ildir ki, müxtəlif tədbirlərdəki çıxışlarını izləyirik. Etiraf edək ki, o, bizi təəccübləndirir; bəsit məntiqi, radikal siyasi mövqeyi və qaba fikirləri ilə! Adam heç dəyişə bilmir! Münxendə də Yan Bremerin suallarına cavab verə bilməməsi, onlardan faktiki olaraq yan keçməsi ayrıca bir komik səhnə idi (bax: На Мюнхенской конференции по безопасности Президент ответил на вопросы участников обсуждения / "President.am", 17 fevral 2018).

Xatırladaq ki, Yan Bremer “Avrasiya” qrupunun yaradıcısı və hazırda sədridir. O, S.Sarkisyana xarici siyasət məsələləri ilə bağlı suallar verib. Y.Bremer soruşub ki, rəsmi İrəvanın "Aİ ilə assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etməklə Avrasiya İqtisadi İttifaqına üzv olması necə seçim idi? Siz qorxdunuzmu? Rusiyanın təsiri oldumu? Budurmu yeni model və ya yeni ideya?" (bax: əvvəlki mənbəyə).

S.Sarkisyan isə cavabında deyib ki, Avropa İttifaqı Ermənistanla saziş imzalamaqdan imtina edib (?). Guya o, şərt qoyub, Ermənistan isə onu qəbul etməyib. Əslində isə Brüssel dəqiq mövqe tutmağı tələb edirdi ki, bunda da tam haqlıdır. S.Sarkisyan da öz mövqeyini, yəni seçimini etdi – o, Moskvaya üstünlük verdi. İndi isə hiyləgərcəsinə və əbləhliklə Avropanı ittiham etməyə çalışır. Və bunun üçün də özünün ənənəvi böhtan dəst-xəttini davam etdirir. O, Y.Bremerin ikinci və üçüncü sualına verdiyi “cavab”da ... Azərbaycan və Türkiyəni günahlandırmağa çalışır.

Üstəlik, deyir ki, Ermənistan təcrid olunmayıb, onun vətəndaşlarının orta əməkhaqqı Azərbaycanda olandan yüksəkdir. Görün, Ermənistan Milli Statistika Komitəsi sədrinin müavini Qurgen Martirosyan jurnalistlərlə görüşündə nə deyib. O vurğulayıb ki, 2017-ci ilin yanvarında Ermənistanda tərəvəz və kartofun qiyməti 49% (!) artıb. Bütövlükdə ərzaq məhsullarının qiyməti 2016-ya nisbətən 7,4% yüksəlib. Meyvələrin qiyməti 10,9% artıb (bax: Жизнь в Армении в 2017 году стала дороже – цены бьют рекорды / “Sputnik”, 6 fevral 2017).

Həyat səviyyəsinə görə isə MDB dövlətləri içərisində ən aşağı olanı Ermənistandır (bax: Средняя зарплата в Армении в 2016-2017 году / “VisaSam.ru”). Orta əməkhaqqı 2015-ci ildə Ermənistanda 383 ABŞ dolları, Azərbaycanda isə 439 ABŞ dolları olub. 100 erməni dramı indi 11,3 rubldur, 1 Azərbaycan manatı isə 35 rubldur! 100 erməni dramı 21 sentdir (!), 100 Azərbaycan manatı isə 58 dollardır! Bunlardan başqa, kim Ermənistanın regiondakı beynəlxalq layihələrdən birində iştirak etdiyini deyə bilər? Belə bir layihə mövcuddurmu? Yoxdur! Bəs bunun adı “təcrid” deyilsə, nədir?

İddialar və reallıq: ədalətlə böhtan arasında

Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi də məlumdur – Azərbaycan torpaqlarını işğal etməsi! Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. Bəzən yüksək səviyyəli xarici qonaqlar Ermənistanın da layihələrə qoşulması ilə bağlı söz açmağa çalışıblar. Buna cavab olaraq dövlət başçısı yalnız bir səbəbi göstərir: Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyincə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Son zamanlar ermənilər ümidlərini İran vasitəsi ilə dəmiryolu və qaz kəmərləri çəkməyə bağlayırdılar. Ancaq bu da boşa çıxıb və indi faktiki olaraq Ermənistan Gürcüstana yalvarır ki, Rusiya ilə dəmiryolu əlaqəsi yaratmağa imkan versin. Baxın, belə aciz bir ölkənin başçısı Münxen Konfransı kimi mötəbər bir tədbirdə həm öz ölkəsi barədə yalan danışır, həm də Azərbaycan və Türkiyəni nələrdəsə əsassız olaraq günahlandırmağa çalışır. Onun çıxışında Azərbaycanı Dağlıq Qarabağ məsələsində günahlandırmağa cəhd göstərməsi də son dərəcə böyük yalan üzərində qurulmuş sayıqlamalar idi.

Serj Sarkisyan özünü elə aparır ki, guya əzəldən Ermənistanın silahlı qüvvələri Qarabağda və ətraf rayonlarda olublar, indi Azərbaycan güclə onları oradan çıxarmaq istəyir. Bütün dünya da bu yalana inanıb Azərbaycana təpki göstərməlidir. Lakin reallığı hər kəs bilir. Bu, BMT, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların uyğun sənədlərində dəqiq ifadə olunub. Məsələn, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin hamısında açıq bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Heç olmasa bu faktın fonunda S.Sarkisyanın azca da olsa, ədalətli olması ona yalnız şərəf gətirərdi. Ancaq, deyəsən, onun şərəfdən başqa, hər şeyi vardır!

Sonra, Serj Sarkisyanın Türkiyəni ittiham etməyə çalışması gülüncdür. O deyir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına həmişə çalışıb. Ancaq Ankara Bakının tərəfini tutur və qeyri-dost münasibət göstərir (bax: Президент принял участие в Мюнхенской конференции по безопасности / “President.am”, 17 fevral 2018).

Həqiqət nədən ibarətdir? Ankara ifadə edir ki, erməni silahlı dəstələri zəbt etdiyi qonşu Azərbaycanın ərazilərini tərk etməsə, hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu, ortaya Azərbaycanı atmaq deyil, Ermənistanı təcavüzkarlıqdan çəkinməyə dəvətdir, sülh içində yaşamağa çağırışdır. Siz necə təsəvvür edirsiniz, minlərlə azərbaycanlını qətlə yetirən, əsir saxlayan, uşaq, qadın, qoca demədən zorakılıq işlədən və işğalçı kimi davranmaqda davam edən Ermənistanla Türkiyə necə əməkdaşlıq edə bilər? Bu, absurd bir tələbdir və yerinə yetirilməsi mümkün deyil.

Ancaq S.Sarkisyanın Türkiyə məsələsini Münxen Konfransında ayrıca vurğulamasının səbəbi də olmamış deyil. Çünki cəmi bir il əvvəl onun BMT-nin Nyu-Yorkda keçirilən iclasında, necə deyərlər, ağzından od-alov püskürürdü! S.Sarkisyan onda çox radikal mövqedə idi. İndi isə adam muma dönüb, Türkiyə ilə əlaqələrin bərpasından dəm vurur, yeni danışıqlara hazır olduğunu bəyan edir. Görünür, bu “balaca separatçı”nı Afrin əməliyyatı yumşaldır. Çünki bütün dünya görür ki, türk rəhbərliyi kimsədən məsləhət almır və türk ordusu bir mükəmməl savaş maşını kimi terrorçuları məhv edir. Bəzilərinin ələkeçməz adlandırdıqları ən müasir mühəndis qurğularını belə ustalıqla tuta bilir. Müxtəlif tərəflərdən Ankaranı dayandırmağa çalışanlara Rəcəb Tayyib Ərdoğanın cavabı birdir: “Son terrorçu qalana qədər gedəcəyik!”

Azərbaycan Prezidenti İlham Əliyev də işğal olunmuş torpaqların azad ediləcəyini qətiyyətlə ifadə etməkdədir və tarixi torpaqlarımızın da unudulmadığı mesajını verir. Bax, bunlar həm də sarkisyanlara mesajdır! Onlara xəbərdarlıqdır ki, əgər danışıqlarla zəbt etdiyiniz Azərbaycan torpaqlarını tərk etməsəniz, hərbi yolla məsələni həll edəcəyik.

Beləliklə, S.Sarkisyanın Münxen Konfransındakı çıxışı və müzakirələrdə verilən suallara cavabı primitiv, bəsit məntiqdən başqa bir şey deyil. Onun orada boşboğazlıq etdiyini zaman da göstərəcək. Ancaq indidən bir sıra erməni ekspertləri Serj Sarkisyanın Münxen “imtahanından kəsildiyini” yazır (bax: məs., В Мюнхене Серж Саркисян не ответил на главный вопрос / “Lragir.am”, 18 fevral 2018). Ümumiyyətlə isə S.Sarkisyan həyat imtahanından kəsilmiş adamdır!

Newtimes.az

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

22-06-2018-14-00 Xəbərlər

“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentya...

Düşmənin növbəti məğlubiyyəti - Günnüt əməliyyatı

22-06-2018-13-10 Xəbərlər

Düşmənin növbəti məğlubiyyəti - Günnüt əməliyyatı

Şərur-Sədərək istiqamətində yola çıxanlar yol kənarında yeni vurulmuş bir istiqa...

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

22-06-2018-12-45 Xəbərlər

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Ni...

Dünya çempionatının IX günü: Braziliya millisi vacib üç xal üçün meydana çıxacaq

22-06-2018-12-25 Xəbərlər

Dünya çempionatının IX günü: Braziliya millisi vacib üç xal üçün meydana çıxacaq

İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının...

Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

22-06-2018-12-10 Xəbərlər

Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır

Biz buradan bütün dünyaya bir mesaj göndərərək deyirik ki, Azərbaycan Respubli...

Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

22-06-2018-11-15 Xəbərlər

Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

İyunun 22-də Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim...

Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

22-06-2018-10-57 Xəbərlər

Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölk...

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

22-06-2018-10-17 Xəbərlər

UEFA “Qarabağ”ın “Olimpiya” ilə keçirəcəyi hər iki görüşün başlama saatı və stadionlarını açıqlayıb

“Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında futbol üzrə Çempionl...

“Facebook” pullu olacaq?

22-06-2018-10-37 Xəbərlər

“Facebook” pullu olacaq?

“Facebook” sosial şəbəkəsi qruplarda ödənişli qeydiyyatı tətbiq edir.

İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22-06-2018-09-58 Xəbərlər

İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 iyun tarixindən etibarən valyuta məzənnələrini açıql...

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

22-06-2018-09-38 Xəbərlər

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən r...

Ötən günün mənzərəsi

22-06-2018-09-00 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi y...

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

21-06-2018-19-50 Xəbərlər

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıva...

Naxçıvanda ekspertlərin görüşü keçirilib

21-06-2018-19-20 Xəbərlər

Naxçıvanda ekspertlərin görüşü keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” təd...

Ali Məclisin Sədri sərəncam imzaladı

21-06-2018-18-45 Xəbərlər

Ali Məclisin Sədri sərəncam imzaladı

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “...

Naxçıvanda ümumi daxili məhsulun istehsalı bir milyard manata yaxın olub

21-06-2018-18-39 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsulun istehsalı bir milyard manata yaxın olub

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən...

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

21-06-2018-18-23 Xəbərlər

Baş nazirin birinci müavini vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 21-də A...

“İndiyədək Naxçıvana gəlmədiyim üçün təəssüflənirəm”- misirli qonaq

21-06-2018-17-45 Xəbərlər

“İndiyədək Naxçıvana gəlmədiyim üçün təəssüflənirəm”- misirli qonaq

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirində iştirak edən Yaxın Şə...

“Rusiya 2018”: Danimarka-Avstraliya matçında səkkizdəbir final mərhələsinin üçüncü iştirakçısı bəlli ola bilər

21-06-2018-16-45 Xəbərlər

“Rusiya 2018”: Danimarka-Avstraliya matçında səkkizdəbir final mərhələsinin üçüncü iştirakçısı bəlli ola bilər

İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının V...

“Visa” və “Master Card” ödəmə sistemləri daxili barmaq izi skanerinə malik olacaq

21-06-2018-17-18 Xəbərlər

“Visa” və “Master Card” ödəmə sistemləri daxili barmaq izi skanerinə malik olacaq

Ödəmə sistemləri üzərində təkmilləşdirmə işləri davam edir. Bu, rəqəmli texnolog...

Naxçıvan Dövlət Universitetində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib

21-06-2018-16-02 Xəbərlər

Naxçıvan Dövlət Universitetində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib

“İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqə...

Danimarka və Avstraliya yığmalarının start heyətləri açıqlanıb

21-06-2018-15-46 Xəbərlər

Danimarka və Avstraliya yığmalarının start heyətləri açıqlanıb

Rusiyadakı dünya çempionatında C qrupunda üz-üzə gələcək Danimarka və Avstraliya...

Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

21-06-2018-15-21 Xəbərlər

Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqla...

Azərbaycana yay fəsli daxil olub

21-06-2018-14-32 Xəbərlər

Azərbaycana yay fəsli daxil olub

Bu gün saat 14:07-də Azərbaycana yay fəsli daxil olub.

Günəşdə partlayış baş verib

21-06-2018-14-13 Xəbərlər

Günəşdə partlayış baş verib

İyunun 21-i səhər saatlarında Günəşdə partlayış qeydə alınıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

21-06-2018-13-54 Xəbərlər

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

İyunun 21-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib....

Türkiyə dənizdə külək enerjisi stansiyası qurur

21-06-2018-13-39 Xəbərlər

Türkiyə dənizdə külək enerjisi stansiyası qurur

Türkiyə hökuməti ilk dəfə olaraq dənizdə külək enerjisi (offshore) stansiyası qu...

Çində gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb

21-06-2018-13-24 Xəbərlər

Çində gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb

Yunan universiteti nəzdində fəaliyyət göstərən optik-elektron texnologiyalar üzr...

Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb

21-06-2018-12-51 Xəbərlər

Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb

Bəhreyn Krallığının “Bahrain News Agency” (BNA) dövlət informasiya agentliyinin ...

Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq

21-06-2018-12-37 Xəbərlər

Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq

Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.