Kənd təsərrüfatında mütərəqqi metodların tətbiqi, müasir texnika və texnoloji avadanlıqlardan istifadə mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı diqqətdə saxlanılır.

Naxcivantv.az xəbər verir ki, martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat verib ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 2213 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 1808-i sahibkarlara satılıb. Lizinqə götürələcək  kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdən sonra  dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir.  Bundan başqa 2016-cı ildən başlayaraq muxtar respublikada suvarma sistemlərinə də dövlət büdcəsi hesabına 40 faiz güzəşt tətbiq edilir. Əhalinin keyfiyyətli ət və süd məhsullarına olan təlabatını ödəmək, eyni zamanda qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 1927 baş damazlıq cins mal-qara gətirilərək satışı həyata keçirilib. Arıçılıq təsərrüfatları üçün də ləvazimatların alınması diqqətdə saxlanılıb, arı pətəkləri və balsüzən maşınlar alınıb gətirilib.

Texnikalara baxış zamanı bildirilib ki, bu il 6 taxılsəpən, 15 kotan, 8 otbiçən, 4 çizel, 8 gübrəsəpən, 10 otdoğrayan maşın, 6 suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla 59 texnika alınıb. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları yüksək keyfiyyət göstəricilərinə malikdir. Yeni texnika və avadanlıqlar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir.

Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bitkiçilik və heyvandarlıq aptekinə, eləcə də ehtiyat hissələri və gübrə anbarlarına baxıb.

Qeyd olunub ki, bitkiçilik və heyvandarlıq aptekində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir, izahat işləri aparılır. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır. Gübrə anbarında da tələbata uyğun ehtiyat yaradılıb.

Ali Məclisin Sədri sahibkarların tələbatına və sifarişinə uyğun texnika və gübrələrin alınıb gətirilməsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında texnikaların ehtiyat hissələrinin, arıçılıq ləvazimatlarının və dərmanların satışının həyata keçirilməsi, kənd təsərrüfatında mütərəqqi metodlardan və texnikalardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli