Naxçıvanda Novruz iməciliyi keçirilibTəbiətin oyanması Novruzun gəlişi ilə başlayır.

Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir qorunub-yaşadılan ənənələrindən biri də bayram günlərində yaz-tarla işlərinin görülməsi, təsərrüfatlarda səliqə-sahman yaradılmasıdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər muxtar respublikada bu gün də yaşadılır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır.

Naxcivantv.az xəbər verir ki, martın 24-də Naxçıvan Muxtar Respublikasında Novruz iməciliyi keçirilib, Naxçıvan şəhərində və rayon mərkəzlərində “Gənclər bağı” salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Şərur-Sədərək magistral avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 meyvə tingi əkiblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri meyvə bağlarına və yaşıllıq zolaqlarına düzgün aqrotexniki qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Naxçıvanda Novruz iməciliyi keçirilib

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli