Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın Xarici İşlər Naziri ilə görüşübAprelin 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Ali Məclisin Sədri dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfər etdiyinə görə Məhəmməd Cavad Zərifə təşəkkür edib. Ali Məclisin Sədri ötən il İran İslam Respublikasına səfəri zamanı göstərilən qonaqpərvərliyə, eləcə də səfərdən ötən qısa zaman ərzində əlaqələrin inkişafı sahəsində görülən işlərə görə İranın xarici işlər nazirinə bir daha təşəkkürünü bildirib. Qeyd olunub ki, hökümətlərarası komissiyanın növbəti iclasında əlaqələrin inkişafı sahəsində digər məsələlərin də həlli nəzərdə tutulub.

Ali Məclisin Sədri deyib: Bu gün hər iki ölkə prezidentlərinin səyi ilə Azərbaycan-İran əlaqələri uğurla inkişaf edir. Qısa müddət ərzində Azərbaycan və İran prezidentlərinin 11 dəfə görüşməsi, həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin daha da inkişafına səbəb olmuşdur. Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. İran İslam Respublikasının xarici işlər nazirinin muxtar respublikaya səfəri də əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın genişlənməsinə böyük təkan verəcəkdir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələr müxtəlif sahələr üzrə inkişaf etdirilir. Nəqliyyat, təhsil, iqtisadi-ticarət, energetika, gömrük, dəmir yolu və digər sahələrdə uğurlu əməkdaşlıq vardır. Naxçıvan-Təbriz-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının və avtobus marşrutlarının fəaliyyət göstərməsi, İrandan olan tələbələrin Naxçıvanda təhsil alması, qarşılıqlı gediş-gəlişin artması bunu bir daha təsdiq edir.

Ali Məclisin Sədri xalqlarımız arasında mehriban münasibətlərin olduğunu diqqətə çatdırıb, bunu qarşılıqlı əlaqələrin göstəricisi kimi dəyərləndirib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Məhəmməd Cavad Zərif Naxçıvanda olmaqdan məmnunluğunu bildirib, göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikasının inkişafı göz qabağındadır. Bu da əlaqələrin inkişafı üçün geniş imkanlar açır. İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Hazırda ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Son illər dövlət başçıları arasında keçirilən görüşlər və qəbul olunan qərarlar bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan Vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələrin daha da genişləndirilməsi və əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial vardır. Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, Təbriz şəhəri isə İslam Dünyasının Turizm paytaxtı seçilmişdir. Bu da imkan verir ki, turizm və mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin.

Söhbət zamanı qarşılıqlı maraq doğun məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə və Naxçıvandakı Baş konsulu Mənsur Ayrom, Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov və Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov görüşdə iştirak ediblər.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın Xarici İşlər Naziri ilə görüşüb

Digər rəsmi xəbərlər

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Geriyə
İrəli