Nehrəm İmamzadəsi bərpa olunubÜmummilli liderimiz Heydər Əliyev "Yeni 2001-ci il, yeni əsr və üçüncü  minillik münasibətilə Azərbaycan xalqına müraciəti"ndə deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Bu gün muxtar respublikada tarixi-mədəni irsimizə hörmətlə yanaşılır. Min illərin yadigarı olan abidələrimiz bərpa olunaraq qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Nehrəm İmamzadəsində bərpa işlərinin aparılması da bu sahədə görülən işlərin davamıdır.

Naxcivantv.az xəbər verir ki, aprelin 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndinə gəlib, imamzadədə aparılan bərpa işləri ilə tanış olub.

Nehrəm İmamzadəsi bərpa olunubMəlumat verilib ki, XVIII əsrdə inşa olunmuş Nehrəm İmamzadəsi İslam müqəddəsləri ilə əlaqədar yaranmış memarlıq nümunələrindəndir. Burada yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub. Aşağı hissəsi kvadrat şəklində olan abidənin tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri aparılarkən türk-islam memarlıq elementlərindən istifadə olunub, imamzadənin tarixi görkəmi qorunub saxlanıb.

İmamzadə ilə tanışlıqdan sonra yeddinci imam Musa Kazımın oğlu Seyid Əqilin ruhuna fatihə oxunub.

Ali Məclisin Sədri muxtar respublikada İslam tarixinin bir hissəsi olan imamzadələrin bərpa olunduğunu diqqətə çatdırıb, onların yaranma tarixlərinə nəzər salıb, imamzadələrin əsrlərdən bəri ziyarətgah və inanc yeri kimi fəaliyyət göstərdiyini bildirib. Ali Məclisin Sədri Nehrəm İmamzadəsinin tarixi abidə və ziyarətgah kimi qorunub saxlanması, imamzadə haqqında bələdçi mətninin hazırlanması barədə tapşırıqlar verib.

Babək Rayon Dini İcmasının sədri Şahin İsmayılov rayon əhalisi və dindarları adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada tarixi-mədəni irsimizə qayğı göstərilir, mənəvi dəyərlərimiz qorunub yaşadılır. Yeni məscidlər tikilir, ziyarətgahlarımız bərpa olunur, dindarlar üçün hərtərəfli ibadət şəraiti yaradılır. Nehrəm İmamzadəsinin bərpa olunması da tarixi və dini-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir.

İmamzadənin həyətində də geniş abadlıq işləri aparılıb.

Nehrəm İmamzadəsi bərpa olunub

 

Digər rəsmi xəbərlər

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Geriyə
İrəli