İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirib və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirib. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd edib ki, bu, ölkələrimiz arasındakı yaxşı münasibətlərin nəticəsidir. Ali Məclisin Sədri Azərbaycan-Hindistan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası tərəfindən səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlıq edən Sanjay Rana Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Naxçıvana səfər etdiyini, muxtar respublikada sosial-iqtisadi və mədəni inkişafın şahidi olduğunu bildirib. Səfir bu il Naxçıvan şəhərində İslam Mədəniyyətinin Paytaxtı və Avropa günləri ilə bağlı keçiriləcək tədbirlərin muxtar respublikanın uğurlu inkişafının nəticəsi olduğunu qeyd edib, əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiklərini vurğulayıb.

Digər rəsmi xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Geriyə
İrəli