Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir.

Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır.

NUHÇIXAN xəbər verir ki, iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb.

Məlumat verilib ki, fəaliyyətini yerli və məhsuldar sortların qorunması, bərpası və yayılması istiqamətində quran “Kəhrəba” Fermer Təsərrüfatı üçün Babək rayonunun Şıxmahmud kəndində 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılıbr. 2018-ci ilin məhsulu üçün təsərrüfatda 18,6 hektarda taxıl, 2,9 hektarda sarımsaq, 2,4 hektarda tütün, 2,3 hektarda isə kartof, bostan və tərəvəz bitkiləri əkilib. Əkin zamanı yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə olunub. Aqrotexniki qaydalara düzgün əməl edilməsi məhsulun vegetasiya dövründə yaxşı inkişafına səbəb olub. Təsərrüfatda yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaqdır.

Ali Məclisin Sədri fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli