İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari səmimi qəbula görə minnətdarlıq edib, Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirib. Foroud Asgari deyib ki, bu gün İran və Azərbaycan gömrük nümayəndələri arasında keçirilən görüşdə gömrük keçid məntəqələrinin iş saatının artırılması, yüklərin tranzit keçidinin sadələşdirilməsi və sürətləndirilməsi, eləcə də elektron məlumat mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub. Qonaq İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə səylərin artırılacağını bildirib.

Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri son illər hər iki ölkə prezidentlərinin 12 dəfə görüşdüyünü və bunun ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan və İran gömrük nümayəndələrinin görüşü də ölkələrimiz, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İran İslam Respublikasına sonuncu səfərinin səmərəli olduğunu bildirən Ali Məclisin Sədri keçirilən görüşlərdə gömrük sahəsində əməkdaşlığın da müzakirə olunduğunu və müsbət nəticələr əldə olunduğunu bildirib.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələri diqqətə çatdırıb, gömrük sahəsindəki əməkdaşlığın vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

View the embedded image gallery online at:
http://ntv.az/index.php/ri/14195-nax1.html#sigProId3cdccf6ef5

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Geriyə
İrəli