Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.

Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlayıblar.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.

Məlumat verilib ki, burada Naxçıvan Muxtar Respublikasının, Avropa İttifaqının, o cümlədən Almaniyanın, Macarıstanın, Fransanın, İsveçin, Bolqarıstanın və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə ölkələrin mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən sərgilər nümayiş olunurdu. Avropa İttifaqı tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı, yerli və regional idarəetmənin təşkili, ailələrdə və kiçik sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən layihələr, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına məlumat verilib.

Naxçıvan stendində milli geyimlərimiz və mətbəx nümunələrimiz, şirniyyatlar, içkilər nümayiş olunub, xalça toxunuşu təqdim edilib. Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Uşaq Filarmoniyasının solistlərinin ifasında xalq mahnıları və muğamlar səslənib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa Naxçıvan xalçası hədiyyə edib.

Naxçıvan şəhər sakinləri Qönçə Yusifova, Süsənbər Ağamalıyeva, Rəna Hüseynova və Samirə Abdullayeva “Avropa şəhərciyi”nin açılışını inkişafın, sabitliyin, milli dəyərlərimizə, adət-ənənələrimizə və mədəniyyətimizə göstərilən qayğının nəticəsi kimi dəyərləndirib, bütün bunlara görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Tədbirin gedişində hər bir ölkə haqqında viktorinalar təşkil edilib, bilik səhnələri və bir sıra digər tədbirlər nümayiş olunub.

Axşam saatlarına qədər davam edən tədbir konsert proqramı ilə başa çatıb.

Digər rəsmi xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Geriyə
İrəli