Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin uğurla başa çatması münasibətilə Vençay Janqı təbrik edib.

Ali Məclisin Sədri deyib ki, layihə çərçivəsində 350 kilometr içməli su və 332 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 135 min nəfər standartlara uyğun içməli su ilə təmin olunub. Həmçinin layihədən qənaət olunmuş vəsait hesabına 3 yaşayış məntəqəsində də içməli su və kanalizasiya şəbəkəsi qurulub. Ali Məclisin Sədri dövlət vəsaiti hesabına muxtar respublikanın digər rayon və şəhərlərində də içməli su və kanalizasiya sistemlərinin qurulduğunu diqqətə çatdırıb.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Asiya İnkişaf Bankı ilə əlaqələri bundan sonra da davam etdirməkdə maraqlı olduğunu bildirən Ali Məclisin Sədri qurulan səmərəli əməkdaşlığa görə Asiya İnkişaf Bankının vitse-prezidentinə təşəkkür edib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq səmimi qəbula görə minnətdarlıq edib və muxtar respublikaya səfərindən məmnunluğunu bildirib. Asiya İnkişaf Bankının ölkəmizdə 20 ilə yaxındır fəaliyyət göstərdiyini və müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən vitse-prezident Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlandığını diqqətə çatdırıb.

Qonaq muxtar respublikaya səfərinin də layihə çərçivəsində görülən işlərin və Asiya İnkişaf Bankı ilə Naxçıvan Muxtar Respublikası arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün geniş imkanlar açdığını bildirib.

Sonda xatirə şəkili çəkdirilib.

Digər rəsmi xəbərlər

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Geriyə
İrəli