Şərur rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

Şərur rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

Naxçıvanda ağacəkmə davam etdirilir, yaşıllıq massivlərinin sahəsi genişləndirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq Şərur rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Bu gün keçirilən növbəti ağacəkmə aksiyasında rayonun Şəhriyar kəndində 1.6 hektar sahədə yeni meyvə bağı salınıb. Ərazidə rayonun torpaq, iqlim xüsusiyyətlərinə xas 700 meyvə tingi əkilib.

Bu gün rayondakı Kürkənddə də abadlıq işləri görülüb. Kənd mərkəzində təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Röyal Kərimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM