Naxçıvan könüllüləri “Təbiətimiz” devizi altında təmizlik aksiyası keçirdi - FOTOLAR

Naxçıvan könüllüləri “Təbiətimiz” devizi altında təmizlik aksiyası keçirdi<font color=red> - FOTOLAR</font> Naxçıvan könüllüləri “Təbiətimiz” devizi altında təmizlik aksiyası keçirdi<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Fondu tərəfindən start verilən aksiya “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində baş tutub.

Heydər Əliyev Su anbarının ətrafında təşkil edilən təmizlik aksiyasının məqsədi su hövzələrinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və insanları ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Aksiya çərçivəsində zəruri sanitar ləvazimatlarla təmin olunan 40-a qədər könüllü gənc tulantıları toplayıb, ətrafda səliqə-səhman yaradıblar.

Bundan əlavə “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində “Naxçıvan Könüllülərinin I Həmrəylik Forumu”, könüllü qanvermə aksiyası da təşkil olunub.

Qeyd edək ki, bütün Naxçıvan könüllülərini əhatə edəcək “Könüllülük Həftəsi”nin sonunda könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaq.

                                                                 Rəmzi Tahirli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM