Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirildi - FOTOLAR

Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirildi<font color=red> - FOTOLAR</font> Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirildi<font color=red> - FOTOLAR</font>

Test imtahanı Xidmət işçilərinin peşəkarlığının obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişafının təmin edilməsi məqsədilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunub.

Bu barədə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanda qanunvericilik üzrə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Keçirilən imtahanda test tapşırıqlarının ən azı 60 faizini (60 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış sayılıb.

Xidmətin 16 əməkdaşının iştirak etdiyi test imtahanında 15-i müvafiq keçid balını toplayıb. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib.

Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM