Zəfər bizimdir, Qarabağ Azərbaycandır! - FOTOLAR

Zəfər bizimdir, Qarabağ Azərbaycandır!<font color=red> - FOTOLAR</font> Zəfər bizimdir, Qarabağ Azərbaycandır!<font color=red> - FOTOLAR</font> Zəfər bizimdir, Qarabağ Azərbaycandır!<font color=red> - FOTOLAR</font> Zəfər bizimdir, Qarabağ Azərbaycandır!<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı tədbir “Naxçıvan” Universitetində təşkil olunub.

Müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi qələbə münasibətilə keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsilə başlayıb.  

Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlayan və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxan Azərbaycan Ordusunun şücaətindən danışıb. Rektor bildirib ki, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq noyabrın 10-da düşmən üzərində  böyük zəfər çaldı. Prezident İlham Əliyevin dekabrın 2-də imzaladağı sərəncamla artıq noyabrın 10-u hər il Zəfər Günü kimi qeyd ediləcək.

Sonra universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

Sonda universitetin ictimai fəaliyyətində fərqlənən tələbələr təltif edilib.

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM