“Şagird-məzun və nəzarətçilərin elektron qeydiyyatı” sisteminin əlaqələndiriciləri üçün seminar keçirilib

“Şagird-məzun və nəzarətçilərin elektron qeydiyyatı” sisteminin əlaqələndiriciləri üçün seminar keçirilib

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  məlumat verilib. Bildirilib ki, seminar  Nazirliyin  və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə keçirilib.

Seminarda regional Bölmənin əməkdaşı Səməndər Nəsirov “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.

Qeyd edilib ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır. Nəzarətçilər bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir.    

Seminar iştirakçılarına 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların, buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM