Tələbələr Geologiya Muzeyində olub - FOTOLAR

Tələbələr Geologiya Muzeyində olub<font color=red> - FOTOLAR</font> Tələbələr Geologiya Muzeyində olub<font color=red> - FOTOLAR</font> Tələbələr Geologiya Muzeyində olub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyə götürdüyü Naxçıvan Dövlət Universitetinin ekologiya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Culfa şəhərindəki geoloji axtarış və kəşfiyyat idarəsində olub, buradakı muzeyin eksponatları ilə tanış olublar.

İdarənin nəzdində fəaliyyət göstərən geologiya muzeyində arxeoloji tədqiqatlar zamanı tapılan eksponatlarla tanış olan tələbələrə məlumat verilib ki, 300-ə yaxın eksponatın sərgiləndiyi muzeydə misin ilkin materialları, daşduz, andezit tufu, təbii daşlardan hazırlanan məmulatlar, bəzək daşları və digər eksponatlar sərgilənir.

Sonra tələbələr geoloji tədqiqat mərkəzində  üyütmə sexindəki  avadanlıqların işləmə texnikası, axtarışlar zamanı istifadə olunan texnikalarla tanış olublar.

Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib.

Səftər Sadiqov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM