Qürurumuzu ucaldan qəhrəman - VİDEO

Anar Əliyevin vətən müharibəsindəki rəşadəti və şəhadəti

Vətən müharibəsindəki şücaəti, qəhrəmanlığı və şəhidliyi ilə həm öz tarixini, həm də yeni şanlı tariximizi yazanlardan oldu polkovnik-leytenant Anar Əliyev.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti, Polkovnik Leytenant Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib. Oktyabr ayının 21-də Xocavənd istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hazırda Tərtər şəhərində yaşayan ailəsinin Anarın şərəfli həyat və döyüş yolu ilə bağlı xatirələrindən qəhrəmanlıq dastanı yazmaq olar. Atası Vaqif Əliyev deyir ki, hələ kiçik yaşlarından müharibənin dəhşətlərini görən Anar hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Yüksək ali təhsil alan, xarici ölkələrdə hərbi təlimlər keçən oğullarının hara getsə ordan hər zaman başı uca qayıtdığını deyir ata. Elə Vətən müharibəsində də başımızı uca etdi, bu dəfə tək ailəsinin deyil, xalqının da başını, qürurunu ucaldaraq şəhidlik zirvəsinə yüksəldi.

Anar doğulduğu Kəlbəcərə bayraq sancmağı çox arzulasa da, bunu onun silahdaşları - Azərbaycan əsgərləri yerinə yetirdi. Anası Səkinə xanımın indi təsəllisi bütün torpaqların işğaldan qurtarılması ilə oğlunun da ruhunun şad olmasıdır.

O indi bütün Azərbaycanın qəhrəman oğludur. Anar Əliyevin Vətən sevgisini həyat yoldaşı Vüsalə xanım belə izah edir.

Vətənə olan borcunu şərəflə yerinə yetirdi Anar Əliyev və əbədi milli qəhrəmanımız oldu. Azərbaycan var olduqca Anar kimi vətən oğullarımız da yaşayacaq, tariximizdə, hər birimizin yaddaşında və qəlbində.

NUHÇIXAN İnformasiya Agentliyi "Real" televiziyasının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı zabiti, şəhid polkovnik-leytenant Anar Əliyev barədə hazırladığı həmin reportajı təqdim edir:

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM