Startap layihələrinin qalibləri mükafatlandırıldı

Startap layihələrinin qalibləri mükafatlandırıldı

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “İdeyadan başlanğıca” layihəsi çərçivəsində tələbələr tərəfindən  İqtisadiyyat Nazirliyinə təqdim olunan startap layihələrinin müsabiqəsi yekunlaşıb. Naxçıvan Biznes Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırma tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı muxtar respublikada yaradıcı gənclərin potensiallarının üzə çıxarılması, onların təşəbbüslərinin stimullaşdırılması istiqamətində çox əhəmiyyətli rola malikdir.

Tələbələr tərəfindən nazirliyə 16 startap layihəsi  təqdim olunub. Məqsədə müvafiq hesab olunan 9 layihə müsabiqəyə buraxılıb.

Sonra tələbələrin  startap layihələrinə baxış olub. Münsiflər heyətinin qərarına əsasən, I yerə heyvanlar üçün vitamin bloklarının hazırlanması layihəsini təqdim edən Naxçıvan Dövlət Universitetinin tələbəsi Kamil Hüseynli, 2-ci yerə “Bookmade” layihəsi ilə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Havva Əsgərova, 3-cü yerə isə “SStime” layihəsi ilə “Naxçıvan” Univeristetinin tələbəsi Leyla Hüseynova layiq görülüblər.

Qaliblər və digər startap layihələri təqdim edən digər tələbələrə hədiyyələr təqdim olunub.                                          

                                                                    Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM