Şahbuz rayonunda bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib

Şahbuz rayonunda bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı qanunçuluğun təmin edilməsi ilə əlaqədar keçirilən seminar Şahbuz rayon bələdiyyə sədrləri və qulluqçuları üçün olub.

Seminarda bildirilib ki, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr kənd təsərrüfatı təyinatlı torpaqların yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilməsinə məsuliyyətlə yanaşmalı, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə vəziyyətini və icarə şərtlərinə əməl olunmasını, qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsini daim nəzarətdə saxlamalıdırlar.

Torpaq üzərində icarə hüququ bu icarə müqaviləsini bağlayan tərəflərdən birinin müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Torpaq sahəsi icarəyə verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin planı əlavə edilir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. 

Seminar iştirakçılarına “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair metodik vəsait”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası”, “Metodik sənədlər toplusu” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitlər təqdim edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM