Uzaq tarixin yaxın bələdçiləri

Uzaq tarixin yaxın bələdçiləri

Şahbuz rayonunun Kükü kəndinin girəcəyində yerləşən I Kükü abidəsi Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Sahəsi 74 hektardan çox olan I Kükü abidəsi iki hündür təpəni və onların ətəyini əhatə edir. Aparılan kəşfiyyat işləri nəticəsində məlum olmuşdur ki, abidədə mədəni təbəqənin böyük bir hissəsi dağıdılmış, yaşayış yerinin bəzi hissələrində isə uçub tökülmüş daş yığınları var. Onu da qeyd edək ki, divar qalıqları bəzən 50 metr məsafədən izlənən binalar dağın relyefi nə uyğun olaraq ensiz şəkildə yerləşdirilibdir.

Arxeoloji qazıntılar zamanı yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılıbdır. Eyni zamanda həmin ərazidə qədim qəbirlərin olması ehtimal edilir. Bu yaşayış yerlərindən toplanmış yerüstü materiallar onu deməyə əsas verir ki, həmin materiallar eramızdan əvvəl III minilliklər, şurfdan aşkar olunmuş materiallar isə eramızdan əvvəl I minilliyin əvvəlləri üçün xarakterikdir. Şahbuz abidələr kompleksinə daxil olan II Kükü abidəsi rayonun Küküçay ilə Zırnelçayın qovuşduğu yerdən bir qədər aşağıda-İlk Dəmir dövrünə aid arxeoloji abidədir. Abidə Küküçayın sağ sahilində, hündür təpə üzərində olub, hər tərəfdən dərin dərə ilə əhatələnmişdir. Sahəsi 6400 kvadratmetr olan II Kükü abidəsi yaşayış yerində iri daşlardan tikilmiş bina qalıqlarına rast gəlinir. Həmin qalıqların dördbucaqlı formada olması müəyyən edilmiş, saxlanmış divarlar isə bir cərgə iri daşlardan inşa edilibdir. Abidənin cənub-qərb tərəfində də iki cərgə daşdan hörülmüş divar qalıqları aşkar edilibdir. Yaşayış yerindən çəhrayı rəngli gil qab qırıqları tapılıb, Küküçayın sağ sahilində isə xüsusi düzəldilmiş yerdə qaval daşı aşkarlanıbdır. Bu abidənin də tarixinin çox qədimlərə gedib çıxdığı təsdiqlənibdir. Ehtimal edilir ki, abidə eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aiddir.

“Oğuz səsi” qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM