Naxçıvan şəhərində yollarda təhlükəsiz və rahat hərəkət təmin edilib - VİDEO

Bir neçə gün öncədən hava dəyişimi ilə bağlı edilən xəbərdarlıqlar özünü doğruldub. Ötən gündən etibarən muxtar respublikamız ərazisində şaxtalı və qarlı hava müşahidə edilir. Ətrafın qarla örtülməsi yollarda sürüşmə riski yaratsa da, vaxtında görülən işlər bu sarıdan heç bir çətinlik yaratmır. Səhərin erkən saatlarından etibarən Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin texnikaları və canlı qüvvəsinin iştirakı ilə avtomobil yolları və səkilərin qardan təmizlənməsi işləri həyata keçirilir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Yaqub İsayev

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM