Türkiyənin “A Haber” telekanalı ASALA erməni terror təşkilatının törətdiyi terror aktlarından reportaj yayıb

Türkiyənin “A Haber” telekanalı ASALA erməni terror təşkilatının törətdiyi terror aktlarından reportaj yayıb

Türkiyənin nüfuzlu “A Haber” telekanalı ASALA erməni terror təşkilatı ilə bağlı xüsusi reportaj yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reportajda Türkiyə dövlətini və xalqını hədəf alan erməni terror təşkilatlarının çoxistiqamətli fəaliyyətinin səbəb və məqsədləri tamaşaçılara çatdırılıb. Qeyd olunub ki, erməni terror təşkilatları 1973-cü ildən 1986-cı ilədək 34-ü diplomat olmaqla, 58 türkü amansızcasına qətlə yetiriblər. Çox sayda yaralanan və dağıntılar olub. Təəssüf ki, bu terror aktlarını törədən ermənilərin bir qismi tutulmayıb, bir qismi sonradan müxtəlif bəhanələrlə bəraət alıb. Ermənistan dövləti isə terrorçu erməniləri qəhrəmanlaşdıraraq öz xalqına örnək göstərib.

Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM