Gələcəyin peşəkar zabitləri - VİDEO

Heydər Əliyev adına Hərbi Lisey gələcəyin peşə zabitlərinin  yetişdirilməsi işinə böyük məsuliyyətlə yanaşır. Bu işdə  böyük öhdəlik isə zabit heyətinin öhdəliyinə düşür. Belə ki, gənc kursantlar hərbi dərslər vasitəsilə vətənin müdafiəsini öyrənirlər.

Heydər Əliyev adına Hərbi Lisey bu gün həm də böyük bir ailədir.  Artıq liseyin məzunları burada zabit kimi çalışır. Pedaqoji heyətin əksəriyyəti uzun illərdir ki, liseydə fəaliyyət göstərir, ömürlərinin yarısını bura həsr edirlər. Kursantlar burada yalnızca elmi biliklərə yiyələnmir. Həm də bu doğma ailənin hər fərdi kimi vətənpərvər ruhda yetişdirilir.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinin iştirakçıları arasında Heydər Əliyev adına Hərbi Liseyin məzunları da yer alıbdır. Bu Vətən oğulları şəhidlik zirvəsinə ucalıb və özlərindən sonrakı nəslə Vətəni, torpağı, al bayrağı miras qoyublar. Bütün Vətən oğulları kimi liseyin kursantları da bu mirası canları, qanları bahasına qoruyacaqlarına söz verirlər.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının  əməkdaşlarının Heydər Əliyev adına Hərbi Liseylə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM