Sədərək şəhidləri üçün “Zəfər guşəsi” yaradılıb

Sədərək şəhidləri üçün “Zəfər guşəsi” yaradılıb

Sədərək Rayon Mərkəzləşmiş Kitabxana Sistemi Heydərabad qəsəbə filialında “Zəfər guşəsi” yaradılıb. Filialın müdiri Vəzir İmamverdiyev bildirdi ki, məqsəd kitabxana oxucularını 44 günlük Vətən müharibəsi zamanı aktiv döyüşdə iştirak edənlər haqqında məlumatlandırmaqdır. Sədərək rayonundan olan 44 vətən oğlu II Qarabağ savaşında, torpaqlarımızın azad olunmasında iştirak edib. Qeyrət qalasının mərd oğullarından 4 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 4 igidimiz qazi olub. 18 qəhrəman oğlumuz müxtəlif medal və ordenlərlə təltif olunub. Yaradılan bu guşə vətənpərvər, sağlamdüşüncəli yeni nəslin formalaşmasına, vətəndaşların ictimai fəallığının artırılmasına xidmət edəcək.

                                                           “Oğuz yurdu” qəzeti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM