“Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyət idi” - Vazgen Manukyan

“Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyət idi” - Vazgen Manukyan

“Yanvarın 11-dəki üçtərəfli görüş və birgə bəyanat bizim yanaşmamızı bir daha təsdiq etdi, bizim yanaşmamıza əsasən, Nikol Paşinyan Ermənistan və erməni xalqının maraqlarını irəli aparmaq iqtidarında deyil”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Ermənistanın “Vətənin xilası hərəkatı”nın Baş nazir vəzifəsinə namizədi Vazgen Manukyanın yaydığı bəyanatda qeyd olunub.

“Üçtərəfli Moskva görüşü başa çatdı, bu, ictimai-siyasi dairələrdə ciddi narahatlıqlara və həyəcanlara səbəb olurdu. Ermənistan bu görüşdən hər hansı müsbət nəticə qazanmadı, əsirlər məsələsində nəticəsiz qaldı. Azərbaycan nə üçün gəldiyini bir daha təsdiqlədi. Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyət idi”, - deyə bəyanatda bildirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM