ABŞ-ın Nümayəndələr Palatası Prezident Donald Trampı impiç edib

ABŞ-ın Nümayəndələr Palatası Prezident Donald Trampı impiç edib

Yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar müzakirələr keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müzakirələr zamanı Nümayəndələr Palatası üzvləri Trampı 6 yanvar tarixində baş verən qiyama təhrikçilik etməsində günahlandırıblar.

Qeyd olunub ki, keçən həftənin çərşənbə günü etirazçıların Konqresə hücumuna görə məsuliyyət daşıyır. Hücum nəticəsində 5 nəfər insan həyatını itirib. Müzakirələr qurtarandan sonra, Konqres üzvləri impiçment haqqında qətnaməyə səs veriblər.

Demokratların Nümayəndələr Palatasında çoxluq təşkil etdiyinə görə, prezidentin impiçmentini təmin etmək üçün tələb olunan səs çoxluğu asanlıqla təmin edilib. Prezidentin impiç olunmasının lehinə 232 Konqres üzvü səs verib, əlehinə 197, 5 nəfər isə səs verməyib. Bu, Trampı ABŞ tarixində Nümayəndələr Palatasında impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezident edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM