Türkiyədə səhiyyə naziri və SEK-in üzvləri “Sinovac” vaksini ilə peyvənd olunublar

Türkiyədə səhiyyə naziri və SEK-in üzvləri “Sinovac” vaksini ilə peyvənd olunublar

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Nazirin ardınca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin üzvləri peyvənd olunublar.

“Sinovac” vaksini ilə ilk peyvəndləmə Ankara şəhər xəstəxanasında aparılıb.

Proses media qurumları tərəfindən canlı nümayiş edilib.

Qeyd edək ki, Türkiyəyə 3 milyon “Sinovac” vaksini gətirilib və laboratoriya sınağından keçirilib. “Sinovac” vaksinindən sifariş 50 milyon dozadır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM