Bayden bildirib ki, Vaşinqtondakı qarışıqlıqları Tramp təşkil edib

Bayden bildirib ki, Vaşinqtondakı qarışıqlıqları Tramp təşkil edib

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden güman edir ki, yanvarın 6-da Konqresin binasında qarışıqlıqlar Amerikanın hazırkı lideri Donald Tramp tərəfindən təşkil edilib və planlaşdırılmış xarakter daşıyırdı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, demokratın müvafiq bəyanatı çərşənbə günü onun keçid komandasının saytında dərc edilib.

"Keçən həftə demokratik sistemimizə görünməmiş hücumun şahidi olduq. Bizim bütün 244 yaşlı tariximizdə buna oxşar heç nə görmədik", - Bayden qeyd edib.

"Bu cinayətkar hücum əlaqələndirilmiş və planlaşdırılmış xarakter daşıyırdı. Onu prezident Trampın təkan verdiyi siyasi ekstremistlər və daxili terrorçular həyata keçirdilər", - siyasətçi hesab edir.

Qeyd edək ki, yanvarın 6-da Konqresdə baş verən qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub. Konqresin üzvləri bir neçə saatlıq yubanmaya baxmayaraq, Baydenin prezident seçkilərində qələbəsini rəsmi olaraq təsdiq ediblər. Qarışıqlıqlardan əvvəl Vaşinqtonda Donald Tramp tərəfdarları üçün mitinq təşkil edib. Ağ Ev rəhbəri tərəfdarlarını "zəif respublikaçılar"ın olduğu Konqresə getməyə çağırıb. Bundan sonra xeyli sayda etirazçı Kapitoli binasına soxulub. Bu zaman polis əməkdaşları ilə toqquşmalar baş verib və əraziyə əlavə polis qüvvələri, hərbçilər cəlb edilib. Etirazçılar bir neçə saatdan sonra Kapitoli binasını tərk ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər