Ermənilərin 75%-i mühacirət barədə düşünürlər

Ermənilərin 75%-i mühacirət barədə düşünürlər

Ötən gün Ermənistanda ölkənin düşdüyü vəziyyət və s. mövcud hadisələrlə bağlı sorğu keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sorğunu ArmVoice teleqram kanalının könüllüləri keçiriblər. Belə ki, sorğuda iki sual verilib:

1-Nikol Paşinyanı baş nazir postunda dəstəkləyirsinizmi?

2- Ermənistanı tərk etmək və qazanc dalınca xaricə mühacirət etməyi düşünürsünüzmü?

Sorğuda yaşı 19-dan başlayaraq 70-dək olan 100 insan iştirak edib. Nəticələr isə bu cürdür:

Paşinyanın baş nazir postundan dəstəkləyənlərin 28%-i “hə”, 64%-i isə “yox” cavabını veriblər. 8 nəfər isə birmənalı cavab verməkdə çətinlik çəkib.

Ermənistandan qazanc dalınca mühacirət etməyi düşünənlərdən 65%-i müsbət cavab versələr də, 35%-i mühacirət barədə düşünmədiklərini bildiriblər.

Teleqram kanalının yazdığına görə, sorğuda yaşanan təəccüblü hal bu olub ki, məhz Paşinyana dəstək verənlərin 75%-i başqa ölkəyə köçmək niyyətində olduqlarını bildirənlərdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM