Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlanıb

Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlanıb

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, bu gün Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri məhv edilən meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM